Əhmədli məscidi
Əhmədli məscidi — Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən məscid.
Əhmədli məscidi | |
---|---|
Şəhər | Bakı |
Rayon | Xətai rayonu |
Yerləşir | Əhmədli qəsəbəsi |
Minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin "məktəb tiksəydiniz, daha yaxşı olardı" deyir. Daha sonra "məscid də tikirsinizsə eybi yoxdur" deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir.[1]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.