Əhmədli (Beyləqan)

ƏhmədliAzərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Əhmədli kənd inzibati ərazi dairəsi Əhmədli kənd inzibati ərazi vahidi hesab edilmişdir.[1]

Əhmədli
39°43′10″ şm. e. 47°50′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhmədli xəritədə
Əhmədli
Əhmədli

Toponimikası

Şahsevənlərin əhmədli tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Mil düzündə yerləşir.

İqtisadiyyatı

2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır.[3]

Şəxslər

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.