Əhməd Əmir-Əhmədi

Əhməd Əmir-Əhmədi (1884, İsfahan1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir.

Əhməd Əmir-Əhmədi
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 1965
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı.

O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi.

Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi. Məhəmmədtağı xan Püsyan öldürüləndə bacısı bu qohumluğu Rza şahdan gizlədə bildi.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.