Əhməd Zülfüqarov

Əhməd Məmməd oğlu Zülfüqarov (22 iyun 1917, Nuxa16 yanvar 1984) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1970–1984).

Əhməd Zülfüqarov
bayraq
Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri
bayraq2
31 iyul 1970 16 yanvar 1984
Əvvəlkikomitə təsis edilib
SonrakıNailə Bağırova
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1917(1917-06-22)
Doğum yeri
Vəfat tarixi 16 yanvar 1984(1984-01-16) (66 yaşında)
Dəfn yeri
Partiya
Hərbi xidmət
Döyüşlər
Rütbəsi Leytenant

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı
Azərbaycan SSR əməkdar iqtisadçısı

Həyatı

Əhməd Məmməd oğlu Zülfüqarov 1917-ci ildə anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycanın maliyyə orqanlarında işləməyə başlamışdır.[1]

1939-cu ildən 1947-ci ilədək Sovet Ordusu sıralarında olmuş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra Ə. Zülfüqarov Azərbaycan SSR Maliyyə Nazirliyi sistemində rayon maliyyə şöbəsinin müdiri, nazirliyin idarə rəisi, Bakı şəhər maliyyə şöbəsinin müdiri işləmişdir. 1961-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin maliyyə, qiymət və maya dəyəri şöbəsinin rəisi təyin edilmişdir. 1966-cı ildən Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Qiymət Komitəsinə (1970-ci ildən Azərbaycan SSR Dövlət Qiymət Komitəsi) başçılıq etmişdir.[1]

Əhməd Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. 1-ci dərəcəli "Vətən müharibəsi", "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.[1]

Əhməd Zülfüqarov 16 yanvar 1984-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]

İstinadlar

  1. Ә. М. Зүлфүгаров // Коммунист. № 15 (18903). 18 јанвар 1984-ҹү ил. С. 4.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.