Əhməd Tsalikov
Əhməd Batskoyeviç Tsalikov (10 iyul 1929, Şimali Osetiya – 21 sentyabr 2023, Vladiqafqaz) — Sovet və Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2006), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980).
Əhməd Tsalikov | |
---|---|
Ахмет Бацкоевич Цаликов | |
Doğum tarixi | 10 iyul 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 21 sentyabr 2023 (94 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | heykəltaraşlıq |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Əhməd Tsalikov 10 iyul 1929 ildə Şimali Osetiyada doğulub. Heykəltəraş uşaqlığının ilk illərini Noqkau kəndində keçirib. Sonralar ailə Bakıya köçüb burada məskunlaşır. Əhməd orta məktəbi bitirdikdən dərhal sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Sonra isə təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirir. Orada Akademiyanı bitirdikdən sonra gənc heykəltəraş çox sevdiyi Bakıya dönür. Tsalikov müəllimləri arasında Cəlal Qaryağdı və Pinxos Sabsayın adlarını çəkir. Onun yaradıcılıq yolu Mirələsgər Mirqasımov, Elmira Hüseynova və digər məşhur sovet heykəltəraşları ilə bağlı idi. 2017-ci ildən Vladiqafqazda yaşayırdı. Məşhur heykəltəraş 21 sentyabr 2023-cü ildə vəfat edib.