Əhməd Seyidov

Əhməd Seyidov (tam adı: Seyidov Əhməd Yusif oğlu 1882, Aslanbəyli, Qazax qəzası1977, Aslanbəyli, Qazax rayonu) — azərbaycanlı alim, ZaqafqaziyaAzərbaycanın ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri.[1][2] Əhməd Seyidov Hacı Kərim Sanılı ilə birlikdə ilk "Əlifba" dərsliyinin müəllifi olmuşdur.[3][4] O, müxtəlif vaxtlarda Lənkəran qəza xalq maarif şöbəsinin müdiri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifələrini icra etmişdir.[2][3][4]

Əhməd Seyidov
24 iyun 1944 7 may 1950
ƏvvəlkiMəmməd Kazım Ələkbərli
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Doğum yeri
Vəfat tarixi 1977
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti pedaqoq
Uşağı
Elmi fəaliyyəti
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı "Qafqazın müdafiəsinə görə" medalı "Əmək veteranı" medalı

Həyatı

Erkən illəri

Əhməd Yusif Seyidov 1892-ci ildə mart ayının 31-də Yelizavetpol quberniyasının Qazax qəzasının Aslanbəyli kəndində, Seyid Nigari nəslindən[2] olan Yusif və Xədicə xanımın ailəsində anadan olmuşdur.[3][4] Dörd-beş yaşalarında atasını itirən Əhməd Xədicə xanımın himayəsində böyüyüb.[2][3][4] O, övladının oxumasına һәг cür şərait yaratmış, ev qayğılarından onu azad etmişdi. Əvvəlcə Hacı Mahmud Əfəndinin kənddə açdığı hücrədə yazıb-oxumağı öyrənən Əhməd, təhsilini Əhməd Ağa Mustafayevin məktəbində davam etdirmişdir.[2] Əhməd Seyidov sonralar о günləri xatırlayaraq yazırdı:

" Əhməd ağa nəinki şagirdləririnə dərs verər, o, həm də uzaq kəndlərdən onun məktəbinə gələn uşaqları evində saxlayıb yedizdirərdi. Biz oxuduğumuz müddətdə bit dəfə də olsun ondan yersiz hərəkət, uca ton, pis münasiləət görmədik. Onun şagirdlərinə mənəvi təsiri olduqca böyük idi. Əhməd ağa elə dərs keçirdi ki, о dərsə getməmək olmazdı. "

Əhməd ağa Xədicə xanımı inandıra bilmişdir ki, Əhməd çox qabiliyyətli uşaqdır, onun elmə həvəsi var, böyük gələcəyi üçün hökmən təhsilini davam etdirməlidir. Kasıblıq və imkansızlıq onu sıxsa da, Xədicə xanım övladının Qori Müəllimlər Seminariyasında oxumasına qərar verir. O dövrdə Qori Müəllimlər Seminariyasında ödənişli və ödənişsiz əsaslarla təhsil almaq mümkün idi. İmtahanları daha müvəffəqiyyətlə verənlər dövlət hesabına oxuya bilərdilər. Ödənişli şöbəyə daxil olan Əhməd Seyidov qəbuldan üç gün sonra yaxşı imtahan vermiş tələbə kimi ödənişsiz oxuyan tələbələr sırasına daxil edilir.[2]

1911-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olan Əhməd Seyidov 1917-ci ildə oranı 10 tələbə (Məhiş Hüseynov, Qəzənfər Qəniyev, Yusif Qasımov, Yasin Miralıyev, Hüseyn Paşayev, Xosrov Şirinbəyov, Əliş Şəfiyev, Lətif Şahməmmədbəyov, Rzaqulu Şadlinski)[2] ilə birgə bitirmişdir.[3][4] Əhməd Seyidov Qori Müəllimlər Seminariyasmin son buraxılışının məzunlarından idi. O, pedaqoji fəaliyyətinə Aslanbəylidəki evinin ikinci mərtəbəsində məktəb açmaqla başlayır.[2][3] Sonralar Osman Cəfərov yazırdı:

" Professor Seyidov təmiz qəlbli, geniş düşüncəli, gələcəyi yaxşı görə bilən, hamı üçün xeyirxah, düzgün yol göstərərı şəxsiyyət olduğuna görə kəndimizin bütün camaatı Əhməd müəllimə inanır və onun dediklərinə əməl edirdilər. Ona görə də kənd sakinləri uşaqlarını hücrədərı çıxarilə Əhməd miiəllimin yeni tipli məktəbinə göndərdilər. "

Əhməd Seyidov 1920-ci ildə Qazax xalq maarif şöbəsində kənd məktəbləri üzrə inspektor təyin olunur.[2] 1921–1925-ci illərdə Aslanbəyli, Qaymaqlı, MusaköyKəmərlidə müəllim və məktəb direktoru[2][3] işləyən Seyidovun fəaliyyəti İsmayıl Şıxlının "Dəli Kür" romanında da öz əksini tapmışdır.[2]

1925-ci ilin sentyabrında Azərbaycan Respublikası Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə Əhməd Seyidov Lənkəran Qəza Xalq Maarif şöbəsinə müdir təyin olunur.[2][3] O, 1926–1930-cu illərdə dəmir yolu məktəbləri üzrə inspektor vəzifəsində işləyir. Bu dövrdə Əhməd Seyidov həm də Azərbaycan Dövlət Universitetində ali təhsil alırdı.[2]

Elmi fəaliyyəti

1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirən Əhməd Seyidov elə həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlayır. 1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunur, daha sonra isə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (indiki Təhsil İnstitutu) köçürülür. Assistent kimi əmək fəaliyyətinə başlayan Əhməd Seyidov 1932-ci ildə ADPİ-nin pedaqogika kafedrasının dosenti vəzifəsinə seçilir. O, 1934–1936-cı illərdə ADPİ-də Pedaqoji fakültənin dekan vəzifəsində çalışır.[2]

Əhməd Seyidov 1939-cu ildə Azərbaycan Dövlət Universitetində təşkil olunan Elmi Şurada "Abbasqulu ağa Bakıxanovun pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk azərbaycanlı pedaqoq-alim statusu qazanmışdır.[2] Onun müdafiә etdiyi "A.Bakıxanovun pedaqoji görüşlәri" namizәdlik dissertasiyası onunu ilk tədqiqat işi olmaqla yanaşı, həm də Azərbaycanın pedaqoji fikrinin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi.[3] Bu dissertasiyada A.Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material vә zәngin sәnәdlәr әsasında şәrh olunmuşdu. Yüksәk elmi-nәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr professor A.O.Makovelski və pedaqoji elmlər namizədi N.T.Ariskin tərəfindən yüksək qiymətləndirilmiş və 1940-cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görülmüşdür.[2][3]

Əhməd Seyidov 1940-cı ildə ADPİ-nin pedaqogika və psixologiya kafedrasının müdiri seçilmiş, 30 ildən artıq bir müddətdə həmin kafedraya rəhbərlik etmişdir.[2]

Əhməd Seyidov fəaliyyəti dövründə elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmişdir. O, qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur.[4] Onlar arasında akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov da olmuşdur.[2][3] Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında Azərbaycanın milli irsini yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov və D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər.[4]

Əhməd Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qasımov, Əli Hüseynov (Mehdi Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuşdur.[3][4] Əhməd Seyidov pedaqoji fikir tarixinin "məktəb"ini yaradan, onu inkişaf etdirən alim idi. O, NizamiFüzulini orijinaldan araşdırmış, Seyid Əzim ŞirvaniMirzə Ələkbər Sabiri, həmçinin, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirmişdir.[4]

Əhməd Seyidov otuzuncu illərdən etibarən A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabi, M.F.Axundov irsinə müraciət etmiş, bununla yanaşı, dünya pedaqoqlarından Con Lokk, K.D.Uşinski, S.Disterveq, J.J.Russo, N.Pestalotsi və başqalarını araşdırmışdır.

O, ilk sistemli tәdqiqat işini o vaxta qәdәr tәdqiqat predmeti olmayan vacib mövzuya – A.Bakıxanovun pedaqoji görüşlәrinin tәdqiqinә hәsr etmişdir. Onun 1939-cu ildә müdafiә etdiyi "A.Bakıxanovun pedaqoji görüşlәri" namizәdlik dissertasiyası Azərbaycanın pedaqoji fikrinin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi. Bu dissertasiyada A.Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material vә zәngin sәnәdlәr әsasında şәrh olunmuşdu. Yüksәk elmi-nәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr 1940-cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görülmüşdür.[3]

17 yanvar 1944-cü ildə Azərbaycan SSR Maarif Komissarlığının əmri ilə Əhməd Seyidov ADPİ-nin elmi işlər üzrə direktor müavini (prorektor) təyin edilir. Çox keçmədən Seyidova APİ-nin rektorluğu təklif edilir. Bu dövrdə maarif komissarı olan Mirzə İbrahimov Mircəfər Bağırovun bu tapşırığını Seyidova çatdırdıqda ondan "Mirzə müəllim, mən kommunist deyiləm, bunu MK-da bilirlər" cavabını alır.[4] Bununla birlikdə, Əhməd Seydiov həmin ilin iyununda ADPİ-nin direktoru (rektoru) vəzifəsinə təyin olunur və 1950-ci ilə qədər bu vəzifədə çalışır.[2]

Əhməd Seyidov 1945-ci ildə Akademik Y.M.Medinskinin məsləhətindən sonra "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" mövzusundakı doktorluq işini başa çatdırır və 1947-ci ilin 11 dekabrında RSFSR PEA-nın Pedaqogikanın Nəzəriyyəsi və Tarixi Elmi-Tədqiqat İnstitutunda təşkil olunan Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edir.[2][3] Dissertasiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvləri, professorlar Y.M.Medinski və N.A.Konstantinov və akademik A.O.Makovelski tərəfindən yüksək qiymətləndirilir. Elə həmin ilin iyul ayında Ali Attestasiya Komissiyası Əhməd Seyidovun yazdığı doktorluq dissertasiyasını təsdiq edirvə ona professor elmi adı verilir. Bu elmi fakt respublikada pedaqoji elmlərin inkişafında mühüm bir hadisə olmuş və gənc elmi-pedaqoji kadrların yetişməsinə güclü təkan vermişdir.[2]

Əhməd Seyidov "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" dissertasiyanın әsas hissәsini "Azәrbaycanda pedaqoji fikrin inkişaf tarixindәn" adı altında 1958-ci ildə nәşr etdirmişdir. "Azәrbaycanda pedaqoji fikrin inkişafı tarixindәn" kitabında Azәrbaycan pedaqoji fikrinin inkişaf yolu tarixi pedaqoji vә nәzәri planda ayrı-ayrı oçerklәr ("A.Bakıxanovun pedaqoji görüşlәri", "M.Şәfinin pedaqoji görüşlәri", "M.F.Axundovun pedaqoji görüşlәri", "S.Ә.Şirvaninin pedaqoji görüşlәri", "H.Z.Mәlikovun pedaqoji görüşlәri") vә qısa icmallarda ("Azәrbaycanda XIX әsrә qәdәrki dövrün pedaqoji fikrinә dair", "XX әsrin әvvәllәrindә Azәrbaycanda pedaqoji fkrin qısa xülasәsi") tәqdim olunur.[3]

Əhməd Seyidov 40-cı illərdə "A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır", "A.Bakıxanovda əxlaq tərbiyəsi və təhsil", "S.Ə.Şirvani müəllimin rolu haqqında", "XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı" əsərlərini çap etdirib. Bu dövrdə onşu respublikaların alimlərini qabaqlayan professor Əhməd Seyidov SSRİ miqyasında tanınmağa başlayır. Məşhur rus akademiki Y.Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir:

" Ə.Seyidovun tədqiqatı, şübhəsiz, bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı-ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir. "

1950-ci ildə yenidən ADPİ-nin pedaqogika kafedrasının müdiri vəzifəsinə təyin olunan Ə.Seyidov, 1973-cü ilin 1 sentyabrında öz ərizəsi ilə kafedra müdiri və professor vəzifəsindən azad edilir, kafedrada professor-məsləhətçi vəzifəsinə keçirilir.[2]

Əhm'd Seyidov "Türk əlifbası" (H.Sanılı ilə birlikdə) (1927), "Kitab üzərində necə işləməli"" (1946), "Pedaqogika tarixi" (1959–1960; 1968), "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" (1958), "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" (1987), "Pedaqogika və psixologiya terminləri lüğəti" (1956,1958), Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji ensiklopediya", 2 cildlik "Pedaqoji lüğət" və "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi oçerkləri" adlı çoxcildlik monumental əsərlərin əsas müəlliflərindən biri olmuş, "Sovetskaya pedaqogika'' jumalında müntəzəm çıxış etmiş, Azərbaycan xalqının pedaqoji irsinin təbliğində böyük əmək sərf etmişdir.[2] Onun 1958 və 1970-ci illərdə qələmə alınmış çoxcildlik "Pedaqogika tarixi" və "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" monoqrafiyalarından bu gün də dərslik kimi ali məktəblərdə istifadə olunur.[3]

Professor Ə.Seyidovun elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirmişdir. O, 1 may 1944-cü ildə "Qafqazın müdafiəsinə görə", 5 iyun 1945-ci ildə "1941–45-ci illərdə əmək igidliyinə görə" medalı, 23 fevral 1960-cı ildə Azərbaycan SSR və Azərbaycan KP-nin 40 illiyi münasibətilə respublikanın xalq təsərrüfatının və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, 12 noyabr 1960-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 29 iyun 1964-cü ildə respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 31 mart 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə "Əmək igidliyinə görə" medalı, 31 dekabr 1976-cı ildə "Əmək veteranı" medalı ilə, 24 fevral 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanı ilə, 2 mart 1978-ci ildə isə respublikada müəllim kadrları hazırlanmasında səmərəli fəaliyyətinə görə və ADPİ-nin 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuş, 1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.[2]

Adı məktəb və pedaqoji fikir tarixinə ilk Azərbaycanlı pedaqoq-alim, Zaqafqaziyada pedaqoji fikir tarixinin tədqiqi sahəsinin pioneri kimi daxil olmuş Əhməd Seyidov 1977-ci ilin 1 oktyabrında dünyasını dəyişmiş və Aslanbəyli kəndində dəfn edilmişdir.[2][4]

Təltif və mükafatları

İstinadlar

  1. "«Azərbaycan məktəbi» jurnalı" (PDF). 2019-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-23.
  2. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". nkpi.az. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
  3. "Görkəmli Pedaqoq-alim Əhməd Seydovun həyatı və elmi yaradıcılığı". pcc.az. 2015-03-26. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.
  4. "Əhməd Yusif oğlu Seyidov (1882-1977)". qazax.net. 2022-03-08 tarixində arxivləşdirilib.

Mənbə

  • "Azərbaycan pedaqoji fikir tarixinin ilk tədqiqatçısı". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 8.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.