Əhməd Salahov

Salahov Əhməd Məmməd oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002).

Əhməd Salahov
Doğum adı Əhməd Məmməd oğlu Salahov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2002
IMDb ID0757453

Həyatı

Əhməd Salahov 22 fevral 1964-cü ildə Bakıda anadan olub. 172 saylı məktəbdə orta təhsil alıb.[1] 1988-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsi bitirib. Gənc Tamaşaçılar Teatrında (1988-1991) çalışıb. “Ölüm Cəzası” (Lenfilm, 1986), “Kişilər Ağlamır” (2003, serial, Mosfilm)” filmlərində çəkilib. 13-cü Ümumittifaq kinofestivalının laureatı (1986), əməkdar artist (2002) Əhməd Salahov 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.

Filmoqrafiya

  1. Bakı oğrusu
  2. Bəyaz həyat (film, 2003)
  3. Bircəciyim (film, 1986)
  4. Əlvida (film, 2007)
  5. Həyat varsa... (serial, 2012-2014)
  6. Kənar adamlar (film, 1992)
  7. Qaydasız döyüş (film, 2009)
  8. Nizami (film, 1982)
  9. Ruhun abidəsi (film, 2003)
  10. Sonun başlanğıcı (film, 2013)
  11. Sən həmişə mənimləsən (film, 1987)
  12. Şəbəkə (film, 2011)
  13. Toy gecəsi (serial, 2013)
  14. Yaddaş (film, 2010)
  15. Yaradılış hikməti (film, 2003)
  16. Zirzəmi (film, 1990)
  17. Cehizsiz gəlinlər (serial, 2016)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.