Əhməd Rasim
Əhməd Rasim (1864, Fateh – 21 sentyabr 1932, İstanbul) — Türk yazıçı, qəzet yazıçısı, Tarixci, millətvəkili.[1]
Əhməd Rasim | |
---|---|
türk. Ahmed Râsim | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1864 |
Doğum yeri | |
Vəfat tarixi | 21 sentyabr 1932 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, jurnalist, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Öz xüsusiyyətlərini ön planda tutduğu bir üslubla qələmə aldığı əsərləri geniş bir oxuyucu tərəfindən oxunan, mütləqiyyət, məşrutiyyət və cumhuriyyət devirlərinə şahitlik edən bir yazıçıdır. 50 illik yazı həyatında fərqli ədəbi növlərdə və çox sayıda əsər yazmışdır. Dövrün İstanbul həyatının incəlikləri üzərində duran lətifələri ilə tanındı. 3 və 4 müddət TBMM-də İstanbul millətvəkili olaraq millət məclisində yer aldı. Tanınmış bəstəkar Osman Nihat Akının babasıdır.
Darüşşafaka məzunudur. Yazıçılıq , bəstəkarlıq, Poçt teleqraf idarəsi məmurluğu, Həqiqi Tərcüməçi, Saadət, İkdam, Sabah, Məlumat, Sərvət, Tanın, Haq və Təsviri Əfkar qəzetlerində yazıçılıq etdi, Günəş, Gülşən, Səbat, Sayı və Sərvəti Fünun , Rəsimli qəzet, Musavvar və Məlumat jurnallarında yazıçılıq etde, Dövrün kitapxanasında kitapxana müdürlüyü etmişdir. Evli və 6 övladı var idi.
Həyatı
1864 cü ildə İstanbulda Fatihin Sarı Gözəl məhəlləsində dünyaya gəldi. Atası Məntəşoğullarından Kipirli Bahəddin Əfəndi, anası isə Nəvbahar xanımdır. Atası yazıçı doğulmadan əvvəl ailəsini tərk etdiyi üçün Nəvbahar xanım onu tək başına yetişdirdi. 1875 ci ildə başladığı Darüşşafakada ədəbiyyatla tanış oldu. Bu məktəbdə bəstəkar Məmməd Zəkai Dədədən musiqi dərsləridə gördü. Öz zəhməti ilə Fransızca öyrəndi. Təhsilini 1883 cü ildə birinciliklə bitirdi.
Məktəbi bitirdikdən sonra digər Darüşşafaka məzunları kimi Poçt və Teleqraf nəzarətində məmur oldu. Bu təşkilatda qısa bir vaxt katiblik etdi. Məmuriyyət həyatının ilk vaxtlarında Sadbərk xanım ilə evləndi. 1902 ci ildə xanımının ölümünə qədər dəvam edən bu evlilikdən dörd oğlu və iki qızı oldu.
Məmuriyyət həyatını mənimsəyən və həyatını yazıçı olaraq qazanmaq istəyən Əhməd Rasimin ilk yazısı Əhməd Mithad Əfəndinin Tərcüman-ı Həqiqət qəzetində dərc olundu. Bu, "Yolçu" başlıqlı bir tərcümə yazısı idi. Ardından vaxtın məşhur yazıçısı Baba Tahir vssitəsi ilə Cəridə-i Havadisdə Fənn mövzuları ilə bağlı yazı və tərcümələr dərc etməyə başladı. Bir müddət Məktəb-i Bəhrami adlı məktəbdə və Komonto musəvi məktəbində müəllimlik vəsifəsində işlədi. Əhməd Mithatdan gördüyü təşviq sayəsində 1885 ci ildən sonra özünü tamamilə gəzet yazıçılığına verdi.
Yayım həyatına 1891 ci ildə başlayan Sərvət-i Fünun jurnalında fənn mövzularındaki yazılarının yanında, başlanğıç formasında olan romanlarınıda çıxartma imkanı tapdı. Ləyal-i İzdırab, Məşak-ı Həyat və Afifə burada dərc olundu. Ancaq Sərvət-i Fünun yazıçılarının ümumi olaraq ədəbi cizgisini mənimsədi. O, Əhməd Cövdət Paşa və Əhməd Mithat Əfəndinin şərq və qərb ədəbiyyatının müsbət tərəflərini qarışdıraraq ortaq xüsusiyyətləri ilə diqqət cəlb edən ədəbi anlayışı mənimsəmişdi.
1908 ci ildə Hüseyin Rəhmi ilə birlikdə 37 sayılıq "Boşboğaz ilə Güllabi" adlı bir yumor qəzeti çıxaran Əhməd Rasim, yazıçılığı Məlumat, Sabah, Səbat, Günəş, Maarif, Rəsimli Qəzet, Məcmuai Əbuzziya, Türk Yurdu, Yeni Məcmua, Rəsimli Ay, İkdam, Boşboğaz, Basirət, Təsviri Əfkar, Vaxt, Axşam, Cumhuriyyət qəzeti və jurnallarındaki yazıları ilə dəvam etdi, bununla birlikdə Gülşən, Səbat, Hamiyyət, Şəfəq, Sərvət, Tanın, Ənvəri Zəka, Maarif, Rəsimli Qəzet, Xəzinəi Fünun, Məktəb, Pul, Fən və Ədəb, İrtiqa, Surayı Ümmət, Donanma, Rəsimli Kitab, Müsəvvər, Mühid kimi jurnallarda gərçək adı ilə, Xanimlara Məxsus Müəllim Naci təsirində qələmə aldığı Məlumatda isə "Leyla Fəridə" adını istifadə edərək yazılar göndərmişdir.
1898 cü ildə Alman İmperatoru 2ci Vilhelmin Suriya gəzintisi vaxtında Məlumat qəzeti tərəfindən Suriyaya, 1916 cı ildə isə Sabah qəzeti tərəfindən muxbir olaraq Romaniya cəphəsinə göndərildi.
Eyni zamanda məktəblər üçün yazdığı tarix, dil bilgisi, imla və aritmetika kimi cürbəcür mövzulardaki əsərlərini kitap forması halında çap etdirdi. Menakını İslam adlı kitabı səbəbi ilə 2ci Əbdülhəmiddən Məcidi nişanı aldı. Şeir, hekayə və roman sahələrində əsərlər verdiysədə onu günümüzə çatdıran "Şəhər Məktubları", " Əşğalı Zaman" , " Ciddü Mizah" , " Gülüb Ağladıqalrım" kimi araşdırma və müşahidəyə dəyanan yazıları oldu.
Musiqi sahəsində də əsərlər verən sənətkar, bəstələri də özünə ayit olan olduqca çox mahnı sözləri yazdı. Yaxın dostu musiqiçi Tatyos Əfəndinin bəstələdiyi uşşak məqamındaki " Bu axşam gün batarkən / Əsla gec qalma, ərkən gəl " sətirləri ilə başlayan güftəsi günümüzə qədər gələn əsərlərindəndir.
1927 ci ildə Cumhuriyyət lideri Musatafa Kəmalın referansı ilə İstanbul millətvəkili oldu və Türkiyə Böyük Millət Məclisinin üçüncü və dördüncü müddətlərində millətvəkilliyi etdi. Ancaq səhhətində ki sağlamlıq məsələləri səbəbiylə məclis müzakirələrində belə iştirak edə bilmədi. 1932 ci ildə Heybəliadadaki evində həyatını dəyişdi, Heybəliadadaki Abbaspaşa Məzarlığına dəfn edildi.
İstanbul Fatih Qaragömrükde 1938–1939 cu illərdə təhsil ilində qurula Qaragömrük orta məktəbinin adı 1965–1966 cı illərdə Əhməd Rasim Orta məktəni olaraq dəyişdirilmişdir. Məktəb 1988–1989 cu ildən bəri Əhməd Rasim Liseyi adını almışdır.
Başlıca əsərləri
Roman ve Hekâyələri
- İlk Sevgi (1890)
- Bir Səfilənin Əvraq-ı Mətrukəsi (1891)
- Gözəl Eleni (1891)
- Məsakk-ı Həyat (1891)
- Ləyâl-i İzdırab (1891)
- Məhalik-i Həyat (1891)
- Əndişə-i Həyat (1891)
- Meyl-i Dil (1891)
- Təcârib-i Həyat (1891)
- Afifə (1892)
- Məktəb Yoldaşım (1893)
- Təcrübəsiz Eşq (1893)
- Nümunə-i Xəyal (1893)
- Biçarə Gənc (1894)
- Qəm-i Hicran (1896)
- Sevda-yı Sərmədî (1895)
- Əsgər Oğlu (1897)
- Nâkâm (1897)
- Ülfət (ikinci çapı "Hamamcı Ülfət" adıyladır) (1898)
- Bəlkə Mən Aldanıram (1909)
- İki Gözəl Günahkâr (1922)
- İki Günahsız Sevda (1923)
Xatirələr
- Gecələrim (Daha sonra "Ömr-i Ədəbî III"’də yer almışdır) (1894)
- Köhnə Maceralardan Fuhş-i Atik, 2 c. (1922)
- Mühərrir, Şair, Ədib (1924)
- Falaka (1927)
Mənsur Şeirleri
- O Çöhrə (1893)
- Kitabə-i Qam, 3 c., (1897)
Lətifələr ve Məqalələr
- Külliyat-ı Say ü Tahrir: Makalât və Musahabat, 2 c. (1909)
- Külliyat-ı Say ü Tahrir: Menakıb-ı İslâm, 2 c. (1909–10)
- Şəhər Məktubları, 4 c. (1912–1913)
- Tarix və Muharrir (1913)
- Cidd ü Mizah (1920)
- Əşkâl-i Zaman (1918)
- Gülüb Ağladıqlarım (1924)
- Muharrir Bu Ya (1926)
Tarixlə bağlı Kitabları
- Ərəblərin Terakkiyat-ı Mədəniyyəsi, 2 c. (1888)
- Tarix-i Muhtasar-ı Bəşər (1887)
- Köhnə Romalılar 3 c. (1887–1889)
- Tərakkiyyat-ı İlmiyyə və Mədəniyyə (1887)
- Rəsimli və Xəritəli Osmanlı Tarixi, 4 c. (1910–1912)
- İki Xatırat, Üç Şəxsiyyət (1916)
- İstibdattan Hakimiyyət-i Milliyəyə, 2 c. (1924)
Səyahət Yazıları
- Romanya Məktubları (1917)
Monoqrafiya
- Mətbuat Tarixinə Mədhal: İlk Böyük Muharrirlərdən Şinasi (1927)
Tərcümələri
- Ədəbiyyat-ı Qarbiyədən Bir Nəbzə (1886)
- Cüməl-i Hikəmiyyə-i Əcnəbiyyə (1886)
- Cizvit Tarixi (1887)
- Əzhâr-ı Tarixiyə (1887)
- Ürani (1891)
- İki Damla Göz yaşı (1894)
- Mathildə Laroche (1894)
- La Dame aux Camelias (1895)
- Karpat Dağlarında (1896)
- Mızıkacı Yanko ve Kamyonka (1899)
- Nəşidə-i Ruh (1899)
- Ohlan Qarısı (1900)
- Kaptan Jipson (1902)
- Madam Hardibər (1903)
- Asya Qumsallarında (1904)
Məktəb Kitapları
- Yeni Usul Sarf-ı Farisî (1888)
- Kiçik Tarix-i İslâm (1889)
- Kiçik Tarix-i Osmanî, 2 c. (1889)
- Yeni Usul Müəllim-i Sarf, 3 c. (1889)
- Osmanlı Tarixi (1890)
- Hesab-ı Tədricî (1890)
- İmlâ-yı Osmanî (1890)
- Müptədi (Sadəcə adı bilinir)
- Hesab Kitabı, 2 c. (1893)
- Sarf-ı İptidayî (1894)
- Kiçik Hıfzıssıhha (1894)
- Əməlî və Nəzərî Təlim-i Lisan-ı Osmanî (1895)
- Əlifba (1903)
- Əlifbadan Sonra (1903)
- Yeni Usul Muhtasar Sarf-ı Türkî (1907)
- Rəsimli Kiçik Tarix-i Osmanî (1913)
- Yeni Sarf Dərsləri II (1924)
- Doğru Usul-ı Kıraat III (1927)
Digər Əsərləri
- Bədayi-i Kəşfiyyat və İhtiraat-ı Bəşəriyyədən Fonoqraf (1885)
- Elektrikiyət-i Sakinə (1885)
- Cüməl-i Hikəmiyye-i Osmaniyə (1886)
- Elektrik (1887)
- Təşəkkül-i Cihan Haqqında Fikr-i İcmalî (1887)
- Qaraib-i Âdat-ı Akvam (1887)
- Xəzinə-i Məkâtip yaxud Mükəmməl Münşəat (1889)
- Ömr-i Ədəbî, 4 c. (1897–1900)
- Xanım (1910)
İstinadlar
- 100 böyük türk. Bakı, 1991. səh.42–43.
Mənbə
- ^ a b Serkan Kaya, ,Ahmet Rasim’in Hikayeleri, Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Yüksek Lisans Tezi, İstanbul 2005
- ^ "TBMM Albümü". tbmm.gov.tr. 31 Ekim 2012. 11 Nisan 2015 tarihinde kaynağındanArxivləşdirilib 2015-04-11 at the Wayback Machine arşivlendi. Erişim tarihi: 23 Ocak 2012.
- ^ a b Metehen Yıldız, Ahmet Rasim’in Eserleri, Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü YüksekLisans Tezi, İstanbul 2006