Əhməd Bozgəziyev

Əhməd BozgəziyevQafqaz müsəlmanlarının IX Müftisi.

1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının VI qurultayında yüksək dini savada malik olan Əhməd Əfəndi Bozgəziyev Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. O, mütailə ilə məşğul olub dini baxışları müasir elmə isnad edərək əsaslandırmağı sevən bir insan olub. Orucluğun müalicəvi əhəmiyyətindən bəhs edən moizələrlə məscidlərdə çıxışlar edərək insanları mübarək Ramazan ayının fəziləti ilə bağlı maarifləndirməyə çalışıb. İslamın sosial ehkamlarını izah etməyə çalışıb, müasir dövlət quruluşunu ilkin müsəlman icmasının oxşarı hesab edib.

Dini tələblərə ciddi əməl olunmasını əsas vacib şərt sayıb. Zahirən təkəbbürlü göründüyünə görə, dindarlar arasında bir o qədər də nüfuza malik olmayıb. Buna görə də, 1969-cu ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Müfti Əhməd Əfəndi Bozgəziyev müftilikdən kənar edilib.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.