Əhməd Anatollu

Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940).

Əhməd Anatollu
Doğum adı Əhməd Səfərov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1912-ci ildən
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940
"Şərəf nişanı" ordeni  — 1938 "Qafqazın müdafiəsinə görə" medalı  — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həyatı

Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur.[1] Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.[2]

Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir.[2] 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.[1]

Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir.[2]

Təltif və mükafatları

İfa etdiyi əsas rollar

Tənqid və Təbliğ Teatrında
RolTamaşaMüəllif
İkinci NikolayRomanovların son günləriAleksey Tolstoyun romanı əsasında
Boqdanoviç1881-ci ilNikolay Şapovalenko
QənbərAnamın kitabıCəlil Məmmədquluzadə
OlivyeParis Notrdam kilsəsiViktor Hüqo
MironovQızıl trenlərVladimir Kirşon
UspenskiHücumBoris Lavrenyov
Azərbaycan Dövlət Dram Teatrında
RolTamaşaMüəllif
CavadDağılan tifaqƏbdürrəhim bəy Haqverdiyev
MəhərrəmMüsibəti-FəxrəddinNəcəf bəy Vəzirov
Şeyx ƏhmədÖlülərCəlil Məmmədquluzadə
ZamanAnamın kitabıCəlil Məmmədquluzadə
KeşişŞeyx SənanHüseyn Cavid
PapasQaçaqlarFridrix Şiller
Anferon de MartiNel qülləsinin sirriAleksandr Düma
XaçoQaçaq KərəmVano Mçedaşvili
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
RolTamaşaMüəllif
Hambal və Həsən bəyMəşədi İbadÜzeyir Hacıbəyov
Kəblə QubadƏr və arvadÜzeyir Hacıbəyov
Mirzə HəbibLənkəran xanının vəziriMirzə Fətəli AxundovNiyazi
Orduxan bəyƏlli yaşında cavanZülfüqar Hacıbəyov
GüloğlanAşıq QəribZülfüqar Hacıbəyov
Kəblə HacıEvliykən subayZülfüqar Hacıbəyov
QoşunToy kimindir?Məhərrəm ƏlizadəAğası Məşədibəyov
MakarKeto və KoteVladimir Dolidze

İstinadlar

  1. Əhməd Anatollu, 2017. səh. 5
  2. Rəhimli, 2016. səh. 328–329

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
  • Əhməd Anatollu. Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint. 2017. 264 səh. ISBN 978 9952-31-097-7.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.