Əhməd əl-Hafiz Naxçıvani

Əhməd Əyyub oğlu əl-Hafiz NaxçıvaniNaxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindən biri. Bu görkəmli memarın adı hicri 722-ci ildə (miladi 1322-ci il) inşasını başa çatdırdığı Bərdə türbəsinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur.

Əhməd Naxçıvani
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani
Şəxsi məlumatlar
Doğum tarixi XIII əsr
Doğum yeri Naxçıvan
Vəfat tarixi XIV əsr

Memar portalın kitabəsində özünü “Bənna Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin əməlidir” fikri ilə tanıtmışdır.[1] Üzərində qalan bəzi kitabə qalıqlarına və bir sıra oxşar cəhətlərinə görə müəyyən olunmuşdur ki, Kəngərli bölgəsinin Qarabağlar kəndində XIV yüzilliyin 30-cu illərində inşa edilmiş türbə də Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin yaradıcılığının məhsuludur. [2]

İnşa etdiyi abidələrin – Bərdə və Qarabağlar türbələrinin tarixinə əsasən Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin XIII yüzilliyin son rübü – XIV yüzilliyin I yarısında yaşaması aydın olur.

Mənbə

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.

İstinadlar

  1. Алескерзаде А.Надписи архитектурных памятников Азербайджана эпохи Низами. Архитектура Азербайджана эпохи Низами. Москва-Баку, 1947, с. 369-390., c. 387
  2. Kərimzadə S. Qarabağlar türbəsinin kitabələri haqqında bəzi mülahizələr. Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq. 1969, №2, s. 69-78, s. 69-78
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.