Əhməd Əhmədzadə (həkim)

Əhməd Yaqub oğlu Əhmədzadə (16 fevral 194625 may 2021[1])— alim, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasının müdiri (1998–2021). İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq etmişdir.[2]

Əhməd Əhmədzadə
Əhməd Yaqub oğlu Əhmədzadə
Doğum tarixi 16 fevral 1946(1946-02-16)
Doğum yeri Qazax, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 may 2021(2021-05-25)[1] (75 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Tibb Universiteti
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Tanınır Respublikada ən müasir müalicə metodlarının ətrafların sınıqları zamanı tətbiq etmək professor Əhməd Əhmədzadəyə məxsusdur. İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq etmişdir.

Həyatı və elmi fəaliyyəti

Əhməd Əhmədzadə 1946-cı il fevral ayının 16-da Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhər 1 nömrəli orta məktəbdə almışdır. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1970-ci ildə buranı bitirmişdir. 1970–1973-cü illərdə təyinatla Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim travmatoloq işləmişdir.

1973-cü ildə Moskva şəhərində Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun kliniki ordinaturasına qəbul olmuşdur. 1975-ci ildə ordinaturanı bitirdikdən sonra həmin il əyani aspiranturaya daxil olmuşdur. 1978-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ildə Azərbaycana qayıdaraq Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında assisent vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

1983–1988-ci illərdə Moskva 2 nömrəli Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında doktorantura təhsili almışdır. 1988-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib, yenidən Azərbaycana qayıdır. Azərbaycan Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında professor vəzifəsində çalışmışdır. 1998-ci ildən ölənədək həmin kafedranın müdiri olmuşdur.

İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq edən şəxsdir.

İstinadlar

  1. https://yenicag.az/ehmed-ehmedzade-vefat-etdi/.
  2. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.

Mənbə

  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.