Əhməd Əhmədzadə (şahmatçı)
Əhməd Samir oğlu Əhmədzadə (13 dekabr 2004[1], Bakı[1]) ― azərbaycanlı şahmatçı, beynəlxalq usta (2019)[2]. Aşağı yaş qruplarında üçqat Azərbaycan çempionu (2015[3], 2016[4], 2018[5]), 16 yaşadək yeniyetmələr arasında Olimpiya çempionu (2019)[6]. 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini T. İsmayılov adına 6 nömrəli məktəb-liseydə davam etdirir.[7]
![]() | |
---|---|
Ölkə |
![]() |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Titulu | Beynəlxalq usta (IM) (2019) |
Son reytinqi | 2488 (oktyabr 2022) |
Maksimal reytinqi | 2488 (oktyabr 2022) |
FİDE nömrəsi | 13413007 |
Şahmat karyerası
Şahmatla 2011-ci ildə, 6 yaşındaykən məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub.[8] 2012-ci ildə birinci şahmat dərəcəsini alıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) titullarına layiq görülüb.[2][9]
2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilən məktəblilər arasında Avropa Çempionatında 2-ci yer qazanıb.[10]
2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilər arasında Sürətli Şahmat üzrə Dünya Çempionatında 2-ci olub.[11]
2015 və 2016-cı illərdə iki dəfə yaşıdları arasında, 2018-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşdur.
2019-cu ildə Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[12][13]
2019-cu ilin Noyabr ayında Monteneqroda keçiriən Klublar arası Avropa Çempionatında ilk Beynəlxalq Qrossmeyster normasını yerinə yetirmişdir.
2021-ci ilin Oktyabr ayında Şimali Makedoniyanın Oxrid şəhərində keçirilən Klublar arası Avropa Çempionatında "Vüqar Həşimov" klubu tərkibində 3-cü yer qazanıb, bürünc medala layiq görülmüşdür.
Bütün nəaliyyətləri
İl | Nəticə | Yarışın adı | Yarışın keçirildiyi yer |
---|---|---|---|
2012 | ![]() |
8 yaşadək uşaqlar arasında Avropa Kuboku | ![]() |
![]() |
7-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (8 yaşadək) | ![]() | |
![]() |
8 yaşadək məktəblilər arasında Azərbaycan Birinciliyi | ![]() | |
![]() |
Baku Open. Grup C (8 yaşadək) | ![]() | |
2013 | ![]() |
10 yaşadək uşaqlar arasında Bakı Çempionatı | ![]() |
![]() |
10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı | ![]() | |
![]() |
9 yaşadək məktəblilər arasında Avropa Çempionatı | ![]() | |
![]() |
8-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (10 yaşadək) | ![]() | |
![]() |
Batumi Beynəlxalq Şahmat Festivalı (10 yaşadək) | ![]() | |
2014 | ![]() |
Ümumilli Lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş Şahmat Festivalı | ![]() |
![]() |
10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı | ![]() | |
![]() |
11 yaşadək məktəblilər arasında Dünya Çempionatı. Sürətli şahmat (11 yaşadək) | ![]() | |
![]() |
Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (10 yaşadək) | ![]() | |
![]() |
13-cü "Dubai Juniors" şahmat turniri (14 yaşadək) | ![]() | |
![]() |
Abu Dhabi Şahmat Festivalı. | ![]() | |
![]() |
Baku Open. Grup C (12 yaşadək) | ![]() | |
2015 | ![]() |
Ümumdünya Gənclər Oyunları | ![]() |
![]() |
12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı | ![]() | |
![]() |
"The Hopes of the World" Şahmat Turniri (12 yaşadək) | ![]() | |
![]() |
Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) | ![]() | |
![]() |
Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) | ![]() | |
2016 | ![]() |
12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı | ![]() |
![]() |
Qrossmeyster Aydın Hüseynovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) | ![]() | |
![]() |
Azərbaycan Milli Müstəqillik Gününə həsr olunmuş sürətli şahmat turniri | ![]() | |
![]() |
Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) | ![]() | |
2017 | ![]() |
Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) | ![]() |
2018 | ![]() |
Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Komanda Blitz) | ![]() |
![]() |
18 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı | ![]() | |
![]() |
15-ci "Dubai Juniors" şahmat turniri (14 yaşadək) | ![]() | |
![]() |
Baku Summer Festival (Blitz) | ![]() | |
2019 | ![]() |
Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) | ![]() |
![]() |
Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Masters) | ![]() | |
![]() |
Yeniyetmələr arasında Dünya Şahmat Olimpiyadası | ![]() | |
2020 | ![]() |
Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) | ![]() |
2021 | ![]() |
Təhsil RİM-in Komandalar arasında Respublika Birinciliyi | ![]() |
![]() |
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq Turnir (sürətli şahmat) | ![]() | |
![]() |
Klublar arası Avropa Çempionatı | ![]() |
İstinadlar
- https://ratings.fide.com/crt/main225582.pdf.
- "FIDE web saytında profili". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- 12 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2015 // Chess-results.com
- 12 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2016 // Chess-results.com
- 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2018 // Chess-results.com
- "WORLD YOUTH UNDER-16 CHESS OLYMPIAD-2019 // Chess-results.com". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi Arxivləşdirilib 2022-08-08 at the Wayback Machine
- "Avropa çempionatında yüksək nəticə // Azərbaycan Müəllimi". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- ""Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə beynəlxalq usta adına layiq görülüb" // Azertag.az". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- EUROPEAN SCHOOL CHESS CHAMPIONSHIP 2013 - OPEN U9 // Chess-results.com
- World Schools Rapid Chess Championships 2014 Open Under 11 // Chess-results.com
- "World Youth Under-16 Chess Olympiad". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- ""Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu" // Trend.az". 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.