Əhməd Əhmədov (general)

Əhməd Hüseyn oğlu Əhmədov (1969, Tumaslı, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı

Əhməd Əhmədov
16 iyun 2000 28 iyul 2017
ƏvvəlkiMürsəl İsayev
SonrakıFazil Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 1969
Doğum yeri
Rütbəsi general, general-leytenant

Həyatı

Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilmişdir.

Ailəlidir. Dörd övladı var.

İstinadlar

    Xarici keçidlər

    • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında Əhməd Əhmədov haqqında səhifə. mia.gov.az (az.)
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.