Əhməd İsgəndərov

Əhməd İsgəndərov Əhməd oğlu (23 noyabr 1927, Mərdəkan, Bakı, Azərbaycan SSR - 13 oktyabr 2017, Moskva, Rusiya) — tarixçi-şərqşünas, tarix elmləri doktoru (1969), professor (1970), Rusiya EA-nın müxbir üzvü (1979), RSFSR-in "Əməkdar elm xadimi" (1978). [1][2][3]

Əhməd İsgəndərov
Əhməd İsgəndərov Əhməd oğlu
Doğum tarixi 23 noyabr 1927(1927-11-23)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2017(2017-10-13) (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Elm sahələri Yaponiya tarixi
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
  • Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsi[d]
Üzvlüyü
Mükafatları "Şərəf nişanı" ordeni
RSFSR əməkdar elm xadimi

Həyatı

Əhməd İsgəndərov 23 noyabr 1927-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1940-cı ildə anasının ölümündən sonra Bakıya köçmüş və burada 8 saylı orta məktəbdə təhsil almışdır. Əhməd İsgəndərov 1943-cü ildə Bakı Memarlıq Texnikumuna daxil olaraq bir il orada oxumuş, daha sonra 1944-cü ildə yenicə yaranmış Hərbi-dəniz hazırlıq məktəbinə daxil olmuşdur. Lakin İsgəndərov təhsilini yarımçıq qoyaraq 1945-ci ildə Moskva Xarici Dillər Hərbi İnstitutuna daxil olmuşdur. Beş il burada oxumuş və 1950-cı ildə baş leytenant rütbəsi almışdır.[1][3]

Fəaliyyəti

Əmək fəaliyyəti

Əhməd İsgəndərov iki il Xarici Dillər Hərbi İnstitutunda işləyir. 1957-1958-ci illərdə SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, 1958-ci ildən 1965-ci ilə qədər Praqada çıxan "Dünyanın və sosializmin problemi" jurnalında məsləhətçi redaktor, daha sonra şöbə müdirinin müavini vəzifəsində çalışır. O, 1960-63-cü illərdə SSRİ EA-nın Asiya Xalqları İnstitutunda böyük elmi işçi, 1963-65-ci illərdə "Dünyanın və sosializmin problemı" jurnalında şöbə müdiri vəzifəsini icra edir.[1][2]

1965-1969-cu illərdə SİKP MK informasiya şöbəsində məsləhətçi, 1969-70-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində məsləhətçi-ekspert, 1970-1972-ci illərdə SSRİ EA-nın Beynəlxalq Fəhlə Hərəkatı İnstitutunun direktor müavini kimi fəaliyyət göstərir. Daha sonra 1972-1987-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini işləyir. Əhməd İsgəndərov 1987-ci ildən "Tarixin sualları" jurnalının baş redaktoru olur.[1][2][3]

Elmi fəaliyyəti

Əhməd İsgəndərov 1953-cü ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1958-ci ildə Yaponiya tarixi üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Əhməd İsgəndərov 1969-cu ildən tarix elmləri doktoru, 1970-ci ildən professor elmi rütbəsini almışdır. O, 1979-cu ildə SSRİ EA-nın müxbir-üzvü, həmçinin Asiya və Afrika ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur.[1][3]

Elmi əsərləri

40 il elmi fəaliyyətlə məşğul olan Əhməd İsgəndərov Yaponiyanın feodalizm dövrünə, tarixi və mədəniyyətinə, beynəlxalq milli azadlıq hərəkatına həsr olunmuş təqribən 80-dək elmi əsərin müəllifidir. Eyni zamanda alim "Üçüncü dünya: problemlər və perspektivlər" kollektiv monoqrafiyanın əsas müəlliflərindəndir. Həmçinin 2002-ci ildə nəşr olunmuş "İmperiyanın qürubu" adlı kitabın müəllifidir. Əhməd İsgəndərovun əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir. Əsas elmi işləri:[1]

  • "Toetomi Xideyosi"
  • "Tarix və cəmiyyət"
  • "XVI yüzilliyin feodal Yapon şəhəri"
  • "Rusiya monarxiyası: islahatlar və inqilab"
  • "Afrika, siyasət, iqtisadiyyat, ideologiya"
  • "Portuqaliyanın Yaponiyaya girməsi tarixindən"

Vəfatı

Əhməd İsgəndərov 13 oktyabr 2017-ci ildə Moskvada vəfat etmişdir.[1]

Mükafatları

  • 1978-ci ildə RSFSR-in "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
  • 1987-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.[1]

Nəşrləri

  • Искендеров, Ахмед Ахмедович. Феодальный город Японии XVI столетия. — М., 1962.
  • Искендеров, Ахмед Ахмедович. Национально-освободит, движение: проблемы, закономерности, перспективы. — М., 1970.
  • Искендеров, Ахмед Ахмедович. Третий мир: проблемы и перспективы / (на многих языках, в соавт.). — М., 1972—1974.
  • Искендеров, Ахмед Ахмедович. Африка: политика, экономика, идеология (на англ. и фр. яз.). — М., 1973—1976.
  • Искендеров, Ахмед Ахмедович. Освободившиеся страны на пороге XXI в. — М., 1988.
  • А.А Искендеров. Тоётоми Хидэёси. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1984
  • Искендеров, Ахмед Ахмедович. История и общество. — М., 1988.
  • Искендеров, Ахмед Ахмедович. Рос. монархия: реформы и революции. — ВИ, 1993-1995.
  • Энциклопедический словарь юного историка / Искендеров, Ахмед Ахмедович. — 2-3 изд. — Москва, 1994, 1997.
  • Историческая наука на пороге XXI в. — Вопросы истории, 1996. — Т. № 4.
  • Научная элита. Кто есть кто в Российской Академии наук. — М., 1993. — С. 284.

İstinadlar

  1. "Əhməd İsgəndərov" (PDF) (Azərbaycan). files.preslib.az. 23-5-2011 tarixində arxivləşdirilib (PDF).
  2. Asya Hacızadə. "Moskvada görkəmli tarixçi Əhməd İsgəndərovun 75 illiyi qeyd edilmişdir" (Azərbaycan). azertag.az. 18-2-2020 tarixində arxivləşdirilib.
  3. Vüqar Orxan. "Tarixçi, Şərqşünas Əhməd İsgəndərov" (Azərbaycan). medeniyyet.az. 24-11-2019 tarixində arxivləşdirilib.

Ədəbiyyat siyahısı

  • Мировой революционный процесс на современном этапе /А.Искендеров.- М.: Знание, 1966.- 47 с.
  • Национально-освободительное движение /А.Искендеров.- М.: Международное отношения, 1970.- 392 с.
  • Освободившиеся страны к 2000 году /А.Искендеров.- М.: Международное отношения, 1986.- 67 с.
  • Феодальный город Японии ХV1 столетия /А.Искендеров.- М.: Изд.вост.лит., 1961.- 116 с.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.