Əhliman Axundov
Axundov Əhliman Molla Əli oğlu (1903-1977), ədəbiyyatşünas.
ƏHLİMAN AXUNDOV | |
---|---|
Əhliman Molla Əli oğlu Axundov | |
Doğum tarixi | |
Doğum yeri | Əliquluuşağı, Qubadlı |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı şəhəri |
Elm sahələri | ədəbi tənqid[1], folklorşünaslıq[1] |
Həyatı
Əhliman Əli oğlu Axundov 30 sentyabr 1903-cü ildə keçmiş Yelizavetpol mahalı Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olmuşdur. 1909-cu ildən 1919-cu ilədək atası molla Əlinin mədrəsəsində azərbaycan, fars və ərəb dilləırində İlk təhsilini almış və daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir.. 1932-ci ildə Ali Pedaqoji institutu bitirmiş, aspiranturada təhsilini davam etdirmiş və Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək elmlıər namizədi adını almışdır. Ömrünü folklor tədqiqatına bağlamış Əhliman Axundov Azərbaycanın bütün bölgələri üzrə folklor nümunələrini toplamış və ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Dil və ədəbiyyat insitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
Əhliman Axundov 1977-ci ildə Oktyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir.
Əsərləri
- Sadiq qardaş, 1942
- Qudurğan qaban, 1942
- Nağıllar, 1948
- Азербайджанские сказки, 1950 (rus dilində)
- Məlik Məmməd, 1958
- Əsli və Kərəm, 1960
- Qaçaq Nəbi, 1961
- Xalq dastanları 2 cildlik, Əhliman Axundov, 1961
- Azərbaycan nağılları 5 cildlik, 1961
- Telli saz ustaları, 1964
- Cənnət satan molla, 1965
- Sarı aşıq, 1966
- Aşıq Ələsgər, 1967
- Azərbaycan folkloru antologiyası. II cild (toplayanı Ə.Axundov) Bakı. Azərbaycan EA nəşriyyatı. 1968
- Azərbaycan dastanları 5 cildlik Əhliman Axundov, 1969
- Azərbaycan nağılları 2 cildlik, 1970
- Aşıq Ələsgər 2 cildlik, 1970
- Aşıq Hüseyn Şəmkirli, 1971
- Oyunlar, 1971
- Azərbaycan xalq nağılları, Əhliman Axundov, 1972
- Tülkü tülkü tümbəki, 1972
- Qaravəllilər, 1974
- Aşığın sözü, 1976
- Azərbaycan xalq dastanları, Əhliman Axundov, 1980
- Azərbaycan nağılları, 1982
- Azərbaycan aşıqları və el şairlər, Tərtib edən: Ə.Axundov. İki c.də II c. Bakı, Elm,1984
- Azərbaycan aşıqları Tərtib edən: Ə.Axundov. İranda nəşr olunub
- Dəli Padşah pyesi
- Achundov, Achliman // Çex Milli Hakimiyyət Məlumat bazası.
https://www.kitabal.az/book.php?book=3140
http://82.194.16.162:8080/xmlui/handle/123456789/505
https://books.google.az/books?id=byXgAAAAMAAJ&source=gbs_book_other_versions
https://royallib.com/book/ahundov_ahliman/azerbaydganskie_skazki.html