Əgər sabah açılsa (miniserial, 1986)

Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır. 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyniadlı romanı əsasında çəkilmişdir.[1] Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə Emmi mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir. Filmdə Treysinin ilk sevgilisi Çarlz Stenhoup rolunu Con Loflin, ona oğurluqda kömək edən Ceff Stivens rolunu isə Tom Berencer ifa edir. "Əgər sabah açılsa" filmində mafiya bandası tərəfindən həbsxanaya atılan, lakin buna baxmayaraq başına gələcəyi bütün bu hadisələrin üstəsindən gələn Treysinin həyatından danışılır.[2]

Əgər sabah açılsa
ing. If Tomorrow Comes
"Əgər sabah açılsa" filminin afişası
"Əgər sabah açılsa" filminin afişası
Janr Melodram
İlk baxış tarixləri 16 mart 1986
Rejissor Cerri London
Operator Denis Lüiston
Pol Lomann
Prodüser Karmen Kalver
Nik Qillot
Cerri London
Bob Markell
Yaradıcısı Sidni Şeldon
Ssenarist Roman:
Sidni Şeldon
Uyğunlaşdıran:
Karmen Kalver
Rollarda Medolin Smit Osborn
Tom Berencer
Liam Nison
Devid Kit
Bəstəkar Nik Bikat
Montajçı Dik Darlinq
Bernard Qribbl
Corc V. Bruks
Rəssam Robert V. Leyn
Robert Kartrayt
Cek De Şilds
Kit Surrey
Qrehem Uilyam
Çarlz Qreffeo
İstehsalçı ölkə ABŞ ABŞ
İl 1986
Dil İngilis dili
Fransız dili
İlk çıxış tarixi ABŞ 16 mart 1986
İsveç 13 may 1989
Növü Detektiv
Triller
Rəng Rəngli
Mövsüm sayı 1
Seriya sayı 3
Davametmə müddəti 304 dəqiqə
Telekanal Columbia Broadcasting System
IMDb ID0090455

Məzmun

Əsərin baş qəhrəmanı olan Treysi Vitni Filadelfiya Bankında Ey-Bi-Em Operatoru işləyən gənc, gözəl və ağıllı qadındır. Bu əhvalat Treysi Vitni ilə Yeni Orleanda yaşayan, vəfat edən həyat yoldaşının biznesinin qeydinə qalan anası Doris Vitninin telefon xətti danışığında baş verir. Treysi anasına biznesmen olan III Çarlz Stenhoupla ailə həyatı quracağı haqqında danışır. Doris Treysi ilə görüşdükdən sonra qəflətən özünə sui-qəsd edir. Bundan xəbər xəbər tutan Yeni Orleanın Polis Leytenantı dərhal dəlil tapmağa çalışır. Treysi anasının hansı səbəbdən ölməsi xəbərini alır. Treysi öyrənir ki, Co Romano Yeni Orleanda mafiya bandası başçısı Antoni Orsattinin baş köməkçisidir. Məhkəmə zamanı Doris ona dələduzluq edən Ortassini mühakimə etmək üçün pulu qalmamışdı. Bu səbəbdən Treysinin anası özünə sui-qəsd edir.

Treysi Romanoya qarşı artıq kini vardır. O, Romanonun bu işdə əli olduğunu, məhz onun dili ilə söyləməsinə səy göstərir. Treysi bu səbəbdən silahlar almağa başlayır ki, Romanonu bununla qorxuda bilsin. O, Romanonun evinə gəlir. Romano ona içməyi təklif edir. Treysi Romanoya tapança çəkərək, onun həqiqətən bu işdə əli olduğunu yazılı surətdə qeyd etməyə məcbur edir. Lakin Romano onun əlindən silahı alaraq, hücum edir. Uzun müddət mübarizədən sonra atəş açılır. Treysi qorxu içindədir. Ona görə ki, atəş açılan zaman güllə Romanoya dəymişdir. Artıq Romano ölmüşdür. Treysi isə dəhşət içindədir. Treysi dərhal xəstəxanaya zəng vurur. Zəng vurduqdan sonra Treysi Aeroporta qaçmağa başlayır. Lakin Treysi qaça bilmir. Onu iki polis işçisi həbs edir.

Treysi öyrənir ki, Romano hələ də sağdır. Atəş açılan zaman güllədən ağır yaralanmışdır. Məhkəmə zamanı Treysini mühakimə etməyə başlayırlar. Vəkillər Treysini qətlə əl atmasını və qətl törədilən zaman şəklin oğurlanmasını söyləyirlər. Treysinin vəkili Perri Poup (mafiya bandasına işləyir) adında vəkil olur. Perri Poup Treysiyə deyir ki, hakim Lourens (mafiya bandasına işləyir) qarşısında günahkar olduğunu qəbul etsin. Həmçinin, Poup ona inandırır ki, həbs cəzası cəmi üç ay olacaq. Treysi başa düşür ki, Perri Poup və Lourens mafiyanın banda başçısı Antoni Orsattiyə işləyirlər. Antoni Orsatti və Co Romano Treysini məhv etməyi planlaşdırıblar. Treysiyə məhkəmə zamanı 15 il həbs cəzası təyin edirlər. Treysi Cənubi Luiziana ştatında yerləşən qadınlar üçün həbsxanaya göndərilir. Niaşnlısı Çarlz ona heç bir şans vermir və onu hələ doğulmamış uşağı ilə birgə atır. Treysi çətin həbsxana həyatı keçirməyə başlayır. Treysi özünə söz verir ki, özünə və anasına zərər verən insanların hamısından qisas alacaq. Məhz bu sitatdan da kitabın adı götürülüb. Haradakı, Treysi onlardan qisas alacaq, əgər sabah açılsa:

" O onları hesab verməyə məcbur edəcək ... O, səhər düşündü. Əgər sabah açılsa "

Nəhayət, Treysinin əlinə yaxşı bir fürsət düşdü. O, həbsxana nəzarətçisinin qızını xilas edir. Xilas etdikdən sonra Treysi balaca qıza dayəlik etməyə başlayır. Bu da onun həbsxanadan çıxmasına səbəb olur. Treysi həbsxanadan çıxan zaman Co Romano, Perri Poup və hakim Lourens bərk təəccüblənirlər.

Treysi Nyu-Yorkda iş tapa bilmir. Bu səbəbdən oğurluq edir. Buna Treysiyə Ceff Stivens kömək edir. Ceff Stivens məharətli dələduz və oğrudur. Stivens Treysidən qiymətli daşını oğurlayır. Bunun əksinə gedərək Treysi ondan qiymətli daşını geri götürür. Bundan sonra Treysi Böyük Britaniyaya yola düşür. Lakin onun izinə Hünter Hartoq düşmüşdür. Hünter isə psixi xəstədir. O, uşaqlıq vaxtında anasını başqası ilə birlikdə münasibətdə olduğunu görür. Bu səbəbdən anasını bıçaqla öldürür. Buna görə də, Hünter psixi pozğunluq yaşayır.

Treysi muzeylərdən qiymətli daşlar, şəkilləri və başqalarını oğurlamağı planlaşdırır. Burada Treysi Ceff ilə yenidən görüşür. Bir neçə müddət keçdikdən sonra onların əlinə çoxlu pullar keçir. Bu hadisədən sonra Treysi və Ceff birlikdə yaşamağa, həmçinin, ailə həyatı qurmağı Braziliyada planlaşdırırlar. Hünter Hartoqun onların izinə düşməsinə baxmayaraq, başqa polislərlə bərabər Treysi ilə Ceffi tuta bilmir. Lakin qısa müddətdən sonra Hünten Treysini tapır. Bu zaman onlar arasında mübarizə gedir. Mübarizənin sonunda Ceff özünü otağa çatdıraraq, Hünterə zərbələr vurur. Hünter yarı huş halda qalır. Treysi və Ceff bu hadisədən sonra qanundan kənar iş görməyərək Braziliyaya getməyə və evlənməyə hazırlaşırlar.

Rollarda

  • Medolin Smit Osborn Treysi Vitni
  • Tom BerencerCeff Stivens
  • Liam NisonAndre Trenyan
  • Devid Keyt — Deniel Kuper
  • Piter Birl — Komissar Vilyams
  • Kerol Paunder — Ernetin Littlçep
  • Si Si Eyç Paunder — Erni
  • Riçard Killi — Hünter Hartoq
  • Culian Hellouey — Trevor
  • Elis Hörson — Xanım Stenhoup
  • Ceyms Rey— Cənab Stenhoup
  • Leyn Smit— Həbsxananın rəhbəri Brenniqen
  • Sendi Martin — Qledis
  • Ayven Bonar — Akerman
  • Piter Benks — Konrad Morqan
  • Çip Arnold — Lester
  • Maykl Odli — hakim Lourens
  • Enn Şedin — Şarlotta
  • Corc Beyker — Maksimilian Pyerpoynt
  • Con Loflin — Çarlz Stenhoup
  • Dayan Kin — Silvana Puadi

Seçilmiş sitatlar

  • O onları hesab verməyə məcbur edəcək ... O, səhər düşündü. Əgər sabah açılsa. (ing. She was going to make them pay… Tomorrow, she thought. If tomorrow comes)
  • Həyəcan təqibdədir. (ing. The excitement is in the chase)

Saundtreklər

Filmin ilk saundtrek albomu 1986-cı ildə[3] istehsal edilmişdir. Albomdakı bütün treklərin bəstəkarı Nik Bikatdır. Albomda onun tərəfindən bəstələnən filmin giriş mahnısı olan "If Tomorrow Comes Theme" treki xüsusilə seçilir. Albom 11 treki ehtiva edir.[4]

Başlıq Müddət
1. Tracy Does Tai Chi 2:52
2. The Chase 2:50
3. Jeff 3:25
4. Prison 4:32
5. Cooper's Madness 2:01
6. Prison Breakout 3:33
7. USA-USSR Chess Match 4:24
8. Arrival in London 2:57
9. Laser Robbery 4:32
10. Train Robbery 2:21
11. If Tomorrow Comes Theme 2:57

Ölkələrdə adı və çıxış tarixi

Ölkə Dil Adı Çıxış tarixi Qeydlər
ABŞ ABŞİngilis diliIf Tomorrow Comes16 mart 1986
Niderland NiderlandHolland diliIf Tomorrow Comes18 iyun 1987
İsveç İsveçİsveç diliTracys hämnd13 may 1989
Yaponiya YaponiyaYapon dili明日があるなら1 may 1990video premyera
Fransa FransaFransız diliLes diamants de la vengeanceRəsmi çıxış tarixi yoxdurdigər adı: Si c'était demain
Böyük Britaniya Birləşmiş Krallıqİngilis diliIf Tomorrow ComesRəsmi çıxış tarixi yoxdur
Almaniya AlmaniyaAlman diliRache ist ein süßes WortRəsmi çıxış tarixi yoxdur
Avstraliya Avstraliyaİngilis diliSidney Sheldon's If Tomorrow ComesRəsmi çıxış tarixi yoxdur
Braziliya BraziliyaPortuqal diliSe Houver AmanhãRəsmi çıxış tarixi yoxdur
İspaniya İspaniyaİspan diliSi hubiera un mañanaRəsmi çıxış tarixi yoxdur
Portuqaliya PortuqaliyaPortuqal diliSe o Amanhã ChegarRəsmi çıxış tarixi yoxdur
Polşa PolşaPolyak diliJesli nadejdzie jutroRəsmi çıxış tarixi yoxdur
Rusiya RusiyaRus diliЕсли наступит завтраRəsmi çıxış tarixi yoxdur
Finlandiya FinlandiyaFin diliJos huominen tuleeRəsmi çıxış tarixi yoxdur
Danimarka DanimarkaDanimarka diliListetyv på høje hæleRəsmi çıxış tarixi yoxdur
Yunanıstan YunanıstanYunan diliAn to avrio ertheiRəsmi çıxış tarixi yoxdur

Maraqlı faktlar

  • Filmin sonunda Treysi Sidni Şeldonun "Maskasız sima" (ing. The Naked Face) əsərini oxuyur.
  • Filmin səhnələrinin birində "Geri gələcəyə" (ing. Back to the future) və "Yaradan" (ing. Creator) filmlərinin afişaları göstərilir. Bu filmlər 1985-ci ildə çəkilmişdir.

İstinadlar

  1. Əgər sabah açılsa İsveç dilində Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014
  2. Əgər sabah açılsa Imdb.com saytında qısa məzmunu Arxivləşdirilib 2021-04-26 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014
  3. Əgər sabah açılsa Saundtrek Arxivləşdirilib 2012-06-06 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014
  4. Əgər sabah açılsa filminin saundtrek siyahısı Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.