Əfrayıl Hüseynov
Əfrayıl Paşa oğlu Hüseynov (29 may 1929, Zəngilan rayonu – 23 avqust 2009, Bakı) — polkovnik-leytenant.
Əfrail Hüseynov | |
---|---|
Hüseynov Əfrail Paşa oğlu | |
Doğum tarixi | 29 may 1929 |
Doğum yeri | Qıraq Müşlan, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 23 avqust 2009 (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Paşa |
Fəaliyyəti | yazıçı |
Həyatı
Əfrayıl Hüseynov 1929-cu ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub.[1] 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə universitetdə təhsilini başa vurub.
1951-ci ilin avqustundan "Milli Təhlükəsizlik İdarəsi"nə işə qəbul olunub. 34 il bu idarədə işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb.
Təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğul olub.
"Türkün zühuru", "Türkün şüuru", "Fəzilət savaşı", "Polad paslanmaz", "Kədər gedər", "Toponim ekizlər", "Şaqqar bulaqlar", "Zəngəzur güzargahlarında", "Çahargah dostlar", "KQB-dən cavab", "1967, Xankəndi, erməni fəsadları" və digər ilkin mərxəzlərə söykənən elmi-fəlsəfi əsərlərin müəllifidir.
Əfrayıl Hüseynov 2009-cu ildə Bakıda vəfat etmişdir.
İstinadlar
- Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 394. ISBN 978-9952-8032-5-9.