Əfrand Daşdəmirov

Əfrand Firuddin oğlu Daşdəmirov (12 mart 1942, Bakı7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru.[1]

Əfrand Daşdəmirov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
31 mart 1990 14 sentyabr 1991
Birinci katibAyaz Mütəllibov
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1942(1942-03-12)
Doğum yeri
Vəfat tarixi 7 aprel 2015(2015-04-07) (73 yaşında)
Vəfat yeri
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi fəlsəfə
Elmi dərəcəsi
Elmi adı akademik

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir[2].

1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir[3].

Pedaqoji fəaliyyəti

Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur[1].

Əsərləri

1976-cı ildə onun "Millət və şəxsiyyət" (rus. "Нация и личность") adlı monoqrafiyası işıq üzü gormüşdür. 1984-cü ildə “Marksist-Lenin millət və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemləri” (rus. "Проблемы личности в Марксистко-Ленинской теории нации и национальных отношений") adlı 1996-cı ildə isə "Cəmiyyətşünaslığın nəzəri-metodoloji məsələləri" (rus. "Теоретико-методологические проблемы обществоведения") adlı monoqrafiyaları çıxmışdır. 2000-ci ildə “Rusiya və Azərbaycan: tarix və müasirlik” [«Россия и Азербайджан: история и современность»], 2001-ci ildə “Qafqazarası münasibətlərin ideoloji problemləri” [«Идеологические проблемы меж кавказских отношений] əsəri, həmin ildə “Milli ideya və etniklik” [«Национальная идея и этничность»] kitabı ikinci dəfə dərc edilmişdir. 2005-2008-ci illlərdə “Qarabağ münaqişəsi yenidənqurma kontekstinə” [«Карабахский конфликт в контексте перестройки»], 2008-ci ildə "Millət tarixin kəskin dönümündə” [«Нация на крутом повороте истории»] adlı kitablar işıq üzü görmüşlər[3].

O, 8 monoqrafiyanın və 200-dən artıq elmi əsərin müəllifidir. Ə.F.Daşdəmirovun "Milli münasibətlərin sosioloji strukturu", "Şəxsiyyət və millət", "Milli ideya və etniklik", "Cəmiyyətşünaslığın nəzəri-metodoloji problemləri: yeni yanaşmalar haqqında qeydlər və düşüncələr" və b. nəşri tarixindən asılı olmayaraq, bu gün də öz aktuallığını saxlamaqdadır[1].

Mükafatları

Əfrand Daşdəmirov 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Dövlət" ordeni ilə təltif edilmişdir[4].

İstinadlar

  1. Əliağa Məmmədli. "Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə" (az.). anl.az. 2012. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
  2. "Akademik Əfrand Daşdəmirovun 70 yaşı tamam olur". AMEA (az.). science.gov.az. 06.03.2012, 17:13. İstifadə tarixi: 2014-07-10.
  3. "ƏFRAND DAŞDƏMİROV - 70 İLLİYİ MÜNASİBƏTİLƏ". Şərq Fəlsəfəsi Problemləri (az.). orientalphilosophy.org. 23-06-2013, 01:56. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
  4. "Əfrand Firudin oğlu Daşdəmirov". AMEA (az.). science.gov.az. 2011. 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.

Ədəbiyyat

  1. Əliağa Məmmədli, Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə, "Elm". - 2012.- 30 aprel.- Səh.14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.