Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri[1][2], Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri[3]. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar[4][5] olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir[6][7][8]. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar[9][10][11][5][12][13][14]. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar.
Əfqanıstan qızılbaşlarından olan Məhəmməd Nəyib Şərif (Kabil, XIX əsr) | |||
Özünüadlandırma | |||
---|---|---|---|
Qızılbaşlar | |||
Ümumi sayı | |||
50–265 min | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
İrqi | |||
Avropoid | |||
Dini | |||
Mənşəyi | |||
Oğuz (Türk) | |||
Qohum xalqlar | |||
Struktur
Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi[15][16].
Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar,[15] həmcinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası[7]. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər[15]. Onlarda öz növbəsində Qurd, Şah Sumund, Siyah Mansur və s. qollara ayrılırlar. Muradxanlılarla bağlı Kabilin mərkəzi məhəllələrindən biri adlandırılmışdır. Əfşarların adı ilə isə Kabildə Əfşari Bala məhəlləsi, Kabillə Herat arasında Nahaqçı və Təpə kəndləri bağlıdır. Herat ətrafında Abşar və Abşara kəndləri əfşar adı ilə əlaqəlidir[9]. Qızılbaşlr kabil şəhərinin Çandol məhəlləsində say baxımından üstün mövqeyə sahibdirlər. XIX əsrin sonlarına aid olan mənbələrdə qızılbaşların Kabil, Herat, Qəndahar və Əfqanstan Türküstanınında yayılması qeyd olunur[17].
1885-ci il məlumatına görə onlar öz dillərini qoruyur, fars və türk dilində danışırdılar[15]
«Sovet etnoqrafiyasına» görə[14]:
Bu Qəndahar şəhərinin sakinləri: tacirlər, sahibkarlar, marifçilər. Şiələr. Dəri dilində danışırlar. Çox gözəl xatırlayırlar ki, onların əcdadları XVIII əsrdə Nadir şah Əfşar tərəfindən bura köçürülmüşdür. Ancaq Kabil əfşarlarından fərqli olaraq türkcə danışmırlar və əmin etməyə calışırlar ki, onların əcdadları da türk dilini bilmirdilər. «Qızılbaş» terminini heç vaxt işlətmirlər. |
Əfqanıstan qızılbaşları islam şiə məzhəbində etiqad edirlər[7].
Tarix
Nadir şah Əfşarın 1738—1739-cu illər Hindistan səfərindən sonra 300 qızılbaş arxada qalmalı olur. Onlar Nadiri müşaiyyət etməli və qızılları çatdırmalı idilər. Ancaq mart ayının ikinci günündə Nadirin ölüm xəbəri gəlir. Nadirin əsas sərkərdələrindən biri olan Əhməd xan Abdali iki gündən sonra 500-600 nəfərlik dəstə ilə qızılbaşlara çatır və qızılları götürərək, onların özlərini isə qulluğa alır. Əhməd xanla isti münasibətlər səbəbindən Təbriz, Kirmanşah, Məşhəd, Şirazdan qızılbaşların qulluğa götürülməsinə səbəb olur. Qızılbaşların bölgəyə gəlişi Nadir şah Əfşarın adı ilə bağlı olması Kabil əfşarlarının folklorunda vardır[18]. Qızılbaş rəhbərləri durrani, xəzər və bəluc rəhbərləri ilə birlikdə 1947-ci ilin oktyabr ayında Əhməd xan Abdalinin tacqoyma məraimində iştirak edirlər[19].
Mikropolit Xrisanf məlumat verirdi ki, Teymur şah Durraninin 20 minlik qvardiyası vardı ki, bunun da 12 mini qızılbaşlardan təşkil olunmuşdu. Qoşun Məhəmməd xan Bayat rəhbərlik edirdi[20]. Elfinstona görə isə Qulam Xanının (qvardiya) üçdə birini təşkil edirdilər. bununla belə qvardiyanın say-seçmə hissəsi hesab edilirdi.[21] Bu məlumatı Qankovski də təstiqləyirdi. O,şah qvardiyasının üşdə birinin qızılbaş olmasını yazırdı[22]. ingilis səyyahı Aleksandr Byors qeyd edir ki, qızılbaşlar şahın şəxsi mühafizəsini təşkil edir və dövlətin aparıcı qüvvələrindən biridirlər[23]
Kralın şəxsi qulluqçuları arasında qızılbaşlar üstünlük təşkil edirdilər.[24]
Y. Qankovski Dürran imperiyasının ali postlarında Nadir şahın yaxın qohumlarının və Aud nəvvablarının olmasını qeyd edirdi[25]. Sonuncu Qaraqoyunlu sülaləsinin nəslindən idi[26]. Dürrani şahlarının sarayında olan qızılbaşların kiçik qardaş və oğulları Herat hakim sarayının əsasını təşkil edirdi[27]
Teymur Durrani şah olmamışdan öncə 1757-ci ildə Lahor nizamı təyin edilmişdir. Onun bu zaman ordusu yerli müsəlmanlarla yanaşı qızılbaşlardan da ibarət olmuşdur[28].
1761-ci ildə Panipat ətrafında baş vermiş döyüşdə Əhməd-Şah Durraninin adı ilə yanaşı naməlum qızılbaş sərkərdəsinin adı da çəkilir[29]
Əfqanıstanda hakimiyyət uğrunda mübarizədə Şiə-Qızılbaşlar Mahmud-Şah Durraninin dəstəkçiləri idi (1809 1801—1803; 1809—1819).[25]
Dost Məhəmməd xanın anası qızılbaş cavanşirlərindən idi. Bu da ona böyük hörmət qazandırırdı[17]. O, qızılbaşlar və vəzirlərlə türki dilində danışırdı[30]
Əfqanıstan əmrliyi dönəmində Kabildə qızılbaşlar ən varlı, ən savadlı və ən hökmlü insanlar sayılırdı. Kabil əmirinin cangüdənləri Qulam Xan və Qulami-Şah adlarıyla tanınırdılar. Əla çapar olaraq atlı dəstələri və artilleriya qoşununun əsasını təşkil edirdilər. Onlara hindli daimi olmayan süvari dəstələrində də rast gəlinirdi. Onlar arasından tacirlər, xırda ticarətlə mə.şqul olanlar, həkim, katib və digər məmurlar çıxırdı[15]
Hələ 1857-ci ildə qızılbaşlar öz hakimiyyətlərini qoruya, Kabil hökumətində zəif olmayan fraksiyaya sahil olmuşlar[31]. mayor Hastinqsə görə XIX əsrin ikinci yarısında qızılbaşların hakimiyyəti güçlü olsa da əvvəlki dövrlə müayisə oluna bilməz[17]
Sonradan şiə-qızılbaşlar əmir Əbdürrəhman xanın (1880—1901) və taliblərin terroruna məruz qalırlar. Mücahid terrorları zamanı qızılbaşlar Murad xandan qovulurlar. Bununla belə bu gündə də qızılbaşların törəmələrinin yüksək vəzifələrdə tapmaq mümkündür[32]
Sayları
Qızılbaşların dəqiq sayı barədə məlumat yoxdur.
XIX əsrdə Kabil əhalisinin bir hissəsi taciklər, qızılbaşlar və həzaralardan ibarət idi[33]
1838-ci il məlumatına görə Kabildə 4000 qızılbaş ailəsi yaşayırdı. Döyüşə isə 4-5 min döyüşçü çıxara bilirdilər[34]
«1857 Əfqanıstana Siyasi Missiya Jurnalı» məlumtına görə ölkədə 200 min qızılbaş yaşayırdı.[31]
1873-cü il məlumatında isə Kabildə 10 min Qızılbaşın yaşaması qeyd olunur. Cavanşirlər 2500 ailə təşkil etmişlər. Onlar Çandol məhəlləsində cəmləşmişdilər. 300 əfşar ailəsi isə Kabildən 3 mil uzaqlıqdakı ərazilərdə yayılmışdır. Muad Xanidə 1500 ailə vardı. Bundan əlavə isə 700 nəfər bayat qalasında cəmləşmişdir[34]
1885-ci ildə Əfqanıstanda 150 000 qızılbaş yaşayırdı[35]
1960-cı illərdə Əfqanıstanda 30[36]—350 min əfşarın yaşaması qeyd edilir.
1996-cı il məlumatında isə qızılbaşlar 24 milyonlun Əfqanıstan əhalisinin 1,0 % təşkil etməsi[37] qeyd edilir[38].
Adnan Menderes Kayanın sözlərinə görə Əfqanıstanda 30-400 min arası əfşar yaşayır[9]
Hazırda isə Əfqanıstanda 60-200 min arası Qızılbaşın yaşaması ehtimal edilir[39]. Əfqan mənbələri 50 min qızılbaşın olmasını bildirir[16]. Joshua Projectə görə isə onların sayı 265 min[7] nəfərdir.
Maraqlı faktlar
- Qızılbaşların adı Əfqanıstan himnində keçir.
- Durranilərin dönəmində Qızılbaşlar o qədər qüdrətli olmuşlar ki, Əhməd xan vətəndaş müharibəsindən qaçmaqdan ötrü onlara Bəlxi ələ keçirmək tapşırığı vermişdir. Onlar isə bunu asanlıqla etmişlər.[17]
Tanınmış nümayəndələri
- Dost Məhəmməd xan — Əfqanıstanın birinci əmiri. Anası Cavanşir tayfasındandır[17].
- Məhəmməd İsmayıl Daneş — Əfqanıstanın mədən və sənaye naziri (1978—1985).[40]
- Əli Rza Xan Qızılbaş nəsli:[41]
- Sərdar Əli Xan Qızılbaş (öl. 1770) — Qədəhar(1738—1747) və Həzaracat hömdarı (1747—1770)
- Əli Rza Xan (v.e. 1865) — Britaniyalılara xidmətinə görə seçilmişdir. Sonradan Pəncaba getmişdir.
- Hüseyn Əli Xan Cavanşir — Əfqan ordusunun ali baş komandanı[17].
- Abul Həsən-xan — Pişəvər hökmdarı[25].
- Əmir xan Yağləvəndli-Cavanşir — Kəşmirin əfqan hökmdarı (1770/2-1776). Kəşmirdə bir çox görməli məkanları inşa etdirən olmuşdur. Məsələn Şer Qərni sarayı, Amiran Kadal körpüsü[42][43]. Kəşmir quldurlarına qarşı mübarizə aparmışdır[44]. Vatler Laurensə görə Əfqanıstanın ən yaxşı bölgə hökmdarlarından olmuşdur[43].
- Məhəmməd Əli Cavanşir — 1920-ci illərdə Kabilin tanınmış şiə liderlərindən biri.
- Fəth Məhəmməd Cavanşir — 1850-ci illərdə Türkistana rusların mövqelərini aşkarlamaq üçün göndərilmişdir[45].
- Xan Şirin Xan (v.e. 1859)[46] — Qızılbaşların ən tanınmış nümayəndələrindən biridir. Birinci ingilis-əfqan müharibəsi zamanı Dost Məhəmmədin ümidlərinə baxmayaraq ingilisləri aşıq şəkildə dəstəkləmişdir[46]. Dost Mhəhəmməd ana tərəfinin qızılbaş olmasını əsas gətirərək ona dəstək verməsinə ümid bəsləmişdir.[47]. bununla əlaqədar olaraq onun adı Mulan Həmid Kəşmirinin «Əkbərnamə» əsərində qeyd edilir[47]. 1842-ci ildə Kabilin baş vəziri olmuşdur[48].
- Mirzə səyid Əli Xan — Kabil qızılbaşlarındandır. Türkistanın ser-dəftəridir.
- Məhəmməd İsmayıl Xan Cavanşir Qızılbaş — Çarikar hökmdarı.
- Məhəmməd Əmin Xan Qızılbaş — Tirin hökmdarı.
- Mirzə Məhəmməd Həsən Xan Qızılbaş Qəndəhari — Qəndəhar vilayətinin 27 rayonunun maliyyə rəhbəri.
- Məhəmməd Hüseyn Xan «Farari» Cavanşir (Qızılbaş) — Bihsud hökmdarı.
- Nur Məhəmməd Xan, Nəcəf Əli Xan Qızılbaşın oğlu — Həbibulla anın hakimiyyəti illərində saray şairi.
- Ağa Səid Əhməd Xan Хан Qızılbaş — Hətənqan vilayətinin ser-dəftəri.
- Molla Bayar Murad xan Əfşar (Qızılbaş) — Kabil şəhər şəriət məhkəməsinin qazisi
- Əbdülqadir Xan Əfşar Qızılbaş — İsfizar hökmdarı.
- Mirzə Əli Can xan Qızılbaş — Qəzni vilayətinin ser-dəftəri
- Baba Xan Cavanşir (Qızılbaş) — Kunar hökmdarı.
- Polkovnik Qulam Həsənxan Qızılbaş
İstinadlar
- Terry Glavin. Come from the Shadows: The Long and Lonely Struggle for Peace in Afghanistan. — Douglas & McIntyre, 2011. — С. 62
- Afghanistan Foreign Policy and Government Guide. — С. 172.
- Конституции государств Азии: в 3 т.. — Институт законодательства и сравнительного правоведения при Правительстве РФ: Норма, 2010. — Т. 2: Средняя Азия и Индостан. — С. 17. ISBN 978-5-91768-124-5, 978-5-91768-126-9.
- Cambridge History of Iran, Vol. 7
- Институт востоковедения (Российская академия наук). Афганистан: справочник. — Издательская фирма "Восточная лит-ра" РАН, 2000. — 264 с.
- "КЫЗЫЛБА́ШИ". BigEnc.Ru. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- "Qizilbash in Afghanistan". Joshua Project (ingilis). 2014-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- Rəsmi dövlət dilindən biri olması ilə əlaqədar bu dildən istifadə edirlər.
- Adnan Menderes Kaya. Avsar Turkmenleri. — 2004. — С. 242.
- Ahmad Hasan Dani, Vadim Mikhaĭlovich Masson, Unesco. History of Civilizations of Central Asia: Development in contrast : from the sixteenth to the mid-nineteenth century. — С. 724
…Afshari (a variant of Azarbaijani still spoken by the Afshars in a village that is now part of northern suburb of Kabul)
- Hasan Kawun Kakar. Government and Society in Afghanistan: The Reign of Amir ‘Abd al-Rahman Khan
The main Turkic-Mongolian languages are Uzbeki spoken by Uzbeks;… and Afshari (a variant of Azerbaijani), in the Afshar quarter near Kabul
- Азербайджанский язык // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. Александр Михайлович Прохоров. — 3-е изд. — М. : Большая Российская энциклопедия (издательство), 1969—1978.
- "Languages of Afghanistan". AfghanOnline.com (ingilis). 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- Дебец Г. Ф. Антропологические исследования в Афганистане // Советская этнография. — М.: Институт этнографии им. Н. Н. Миклухо-Маклая, 1967. — № 4. — С. 87.
- Edward Balfour. Cyclopædia of India and of Eastern and Southern Asia, Commercial, Industrial and Scientific: Products of the Mineral, Vegetable and Animal Kingdoms, Useful Arts and Manufactures. — Vol.II, Third Edition. — 1885. — С. 190.
- "Afghanistan, Ethnic Groups". 2016-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- Howard Hensman. The Afghan War, 1879-1880. — С. 408
- Bozkurt Mehmet Fuat. Kabil Avşar Ağzı. — С. 239.
- Mountstuart Elphinstone. Vol.II // An Account of the Kingdom of Caubul, and Its Dependencies in Persia, Tartary, and India. — 1839. — С. 337.
- Ю.В.Ганковский. Дурранийская империя. Очерки административной и военной системы. — 1958. — С. 142-143.
- Mountstuart Elphinstone. Vol.II // An Account of the Kingdom of Caubul, and Its Dependencies in Persia, Tartary, and India. — 1839. — С. 318.
- Ю.В.Ганковский. Глава I. Афганская армия в эпоху шахов Дуррани (1747-1819) // Империя Дуррани. Очерки административной и военной системы Arxivləşdirilib 2023-08-26 at the Wayback Machine. — 1958. — С. 123.
- Alexander Burnes. Volume I // Travels into Bukhara. — С. 156-157.
- Mountstuart Elphinstone. Vol.II // An Account of the Kingdom of Caubul, and Its Dependencies in Persia, Tartary, and India. — 1839. — С. 325.
- Ю. В. Ганковский. Дурранийская империя. Очерки административной и военной системы. — М.: Издательство восточной литературы, 1958. — С. 51—55. — 173 с.
- "AVADH". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- Ю. В. Ганковский. Дурранийская империя. Очерки административной и военной системы. — М.: Издательство восточной литературы, 1958. — С. 78. — 173 с.
- Ю. В. Ганковский. Дурранийская империя. Очерки административной и военной системы. — М.: Издательство восточной литературы, 1958. — С. 132. — 173 с.
- An account of the Last Battle of Panipat and of the events leading to it. — Oxford University Press, 1926. — С. 17-18
- G T. Vigne. A Personal Narrative of a visit to Ghuzni, Kabul and Afghanistan. — 1840. — С. 355.
- Journal of a political mission to Afghanistan in 1857. — С. 16-17.
- Terry Glavin. Come from the Shadows: The Long and Lonely Struggle for Peace in Afghanistan. — С. 62.
- Ю. В. Ганковский. Империя Дуррани. Очерки административной и военной системы Arxivləşdirilib 2023-08-26 at the Wayback Machine. — 1958. — С. 68.
- Edward Balfour. Cyclopædia of India and of Eastern and Southern Asia, Commercial, Industrial and Scientific: Products of the Mineral, Vegetable and Animal Kingdoms, Useful Arts and Manufactures, Volume 3. — Vol.III. — 1873. — С. 142.
- Edward Balfour. The Cyclopædia of India and of Eastern and Southern Asia: Commercial, Industrial and Scientific, Products of the Mineral, Vegetable, and Animal Kingdoms, Useful Arts and Manufactures. — Vol.II, Third Edition. — 1885. — С. 530.
- Əfşar
- "AFGHANISTAN historical demographical data of the whole country". 2018-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- Social Structure. — Ethnic Groups, page 104. // Afghanistan: A Country Study Arxivləşdirilib 2016-01-30 at the Wayback Machine. Editors: Richard F. Nyrop, Donald M. Seekins. Baton Rouge: Claitor’s Law Books and Publishing Division, 2001, 226 pages. ISBN 9781579807443
- "Qizilbash People of Afghanistan". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- ДАНЕШ Мохаммад Исмаил Arxivləşdirilib 2016-11-24 at the Wayback Machine (рус.), База персоналий «Кто есть кто в Центральной Азии». (rus.)
- The Panjab Chiefs. Historical and Biographical Notices of the Principal Families in the territories Under the Panjab Government. — 1862. — С. 111-118.
- "Kashmir during Pashtun rule (1752-1819)". 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- Sir Walter Roper Lawrence. The Valley of Kashmir. — С. 197.
- ohammad Ishaq Khan. Perspectives on Kashmir: Historical Dimensions. — С. 50.
- Jonathan L. Lee. The "Ancient Supremacy": Bukhara, Afghanistan and the Battle for Balkh, 1731-1901. — 1996. — С. 242.
- Christine Noelle. State and Tribe in Nineteenth-Century Afghanistan: The Reign of Amir Dost Muhammad Khan (1826-1863). — С. 14.
- William Dalrymple. The Return of a King: The Battle for Afghanistan. — С. 193-195.
- "Xianbei Stat1".