Əfqanıstan dilləri
Əfqanıstan dilləri — Əfqanıstan Respublikasında rəsmi və qeyri rəsmi işlədilən dillər. Hal hazırda ölkədə dəri və puştu dövlət dili kimi qəbul olunub[1]. Bundan başqa ölkədə özbək, türkmən, bəluc, paşai və nuristan dilləridə geniş yayılıb. 1980-cı ildən bu dillər üstünlük təşkil etdiyi bölgələrdə xüsusi status əldə etmişlər[2]. 2004-cü ildən, Əfqanıstan Konustutiyasının 16-cı maddəsinə əsasən türk dilləri (özbək və türkmən), bəluc, paşai, nuristan və pamir dilləri üçüncü rəsmi dil hesab olunur
Ümumi məlumat
1936-cı ilə qədər dövlət dili yalnız dəri dili (buna farsi-kabili deyirdilər) olmuşdur. Geniş əhali kütləsi, o cümlədən puştular bu dildə danışırdılar. Dəri dili şəhərlərdə bu günə qədər geniş yayılmışdır. 1936-cı ildən puştu dili ikinci dövlət dili kimi qəbul edildi. 1964-cü ildən isə əhəmiyyətinə görə birinci dilə çevrilir. Əfqanıstanda yaşayan xalqlar 30-dan artıq dildə danışır. Əhalinin 85 faizindən çoxu puştu və ya fars dilində, ya da hər iki dildə danişa bilir. Lüğət tərkibinə görə bu dillər bir-birindən uzaq olsalar da, hər ikisidə İran dil qrupuna aid edilir. "Concise Encyclopedia of Languages of the World"-un 2009-cu il məlumatına görə Əfqanıstan əhalisinin 60 %-nin ana dili puştu dilidir.
Hind-Avropa dillərindən Əfqanıstanda hind və ari dilləri geniş yayılmışdır. Özbəklər, türkmənlər, qazaxlar, qırğızlar və uyğurlar türk dillərində danışır. Əfqanıstanda yaşayan xaqların bir qisminin indiyədək öz əlifbası yoxdur. Ərəb hərfləri əsasında yaradılmış əlifba ancaq dəri və puştu dillərindədir. Əhalinin əksəriyyətinin puştu dilində danışmasına baxmayaraq bütün xalqların bir-biri ilə ünsüyyətində dəri dili əsas sayılır. Ölkə ərazisində dil qrupları aşağıdakı kimi paylanmış:
Dil | Faiz[3] |
---|---|
Dari | 35–55 % |
Puştu | 27 % |
Özbək | 8,5–9 % |
Türkmən | 2,5 % |
Digərləri | 4 % |
Həmçinin bax
Mənbə
- Cabir Məmmədov, Həbibə Soltanova. "İran və Əfqanıstanın coğrafiyası". Bakı.1989.s.149.
İstinadlar
- "The Constitution of Afghanistan". 2013-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
- Encyclopaedia Iranica. AFGHANISTAN v. Languages Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
- "The World Factbook". 2014-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.