Əflatun Kazımov
Əflatun Kazımov (azərb. Kazımov Əflatun Həşim oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Əflatun Kazımov | |
---|---|
azərb. Kazımov Əflatun Həşim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Həyatı
Əflatun Kazımov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. Bakıdakı 28 nömrəli tikinti idarəsində fəhlə işləyib. Dörd övladı var. 20 yanvar gecəsi təxminən saat 04:00 radələrində Moskva prospektində hərbçilər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bədənində 14 güllə yarası olub. Moskva prospektindəki körpünün yanında bir neçə adamın qarşısına bir dəstə əsgər çıxıb, xəbərdarlıq etmədən atəş açıblar. Oradaca həlak olub. Dostları meyidini yanvarın 20-də mərkəzi ölüxanadan tapıblar. Şəhid 22 yanvarda Şəhidlər xiyabanında dəfn edilib.
Ünvan
Bu ünvanda yaşamışdır: Bakı, 8-ci kilometr, Zərdabi küçəsi, ev 2a.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.