Əflatun Amaşov
Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri.[1]"Xalq qəzeti"nin baş redaktoru
Əflatun Amaşov | |
---|---|
"Xalq qəzeti"nin baş redaktoru | |
Vəzifədədir | |
23 sentaybr 2022-ci ildən | |
Əvvəlki | Həsən Həsənov |
15 mart 2003 – 24 sentyabr 2022 | |
Əvvəlki | Vəzifə təsis edilib |
Sonrakı | Rəşad Məcid |
1 noyabr 2015 – 10 mart 2020 | |
Seçki dairəsi | 62 saylı Saatlı |
Əvvəlki | Cəlal Əliyev |
Sonrakı | Əziz Ələkbərli |
1992 – 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 aprel 1957 (66 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, siyasətçi |
Dini | islam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.[2] 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.
1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
Fəaliyyəti
Jurnalistika fəaliyyəti
1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
İctimai-siyasi fəaliyyəti
1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur.
1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.
2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, bir övladı var.
Mükafatları
- "Əməkdar jurnalist" fəxri adı — 22.07.2010[4]
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15.07.2015[5]
- "Şöhrət" ordeni — 25.04.2017[6]
- "Fəxri mədəniyyət işçisi" döş nişanı — 25.04.2017 (Mədəniyyət və Turizm Nazirliyi tərəfindən)[7]
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu[8]
Üzvlükləri
- Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.[9]
İstinadlar
- "Suallarınızı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırır — www.azadliq.org". Archived from the original on 2015-07-30. İstifadə tarixi: 30 iyul 2015..
- "Tərcümeyi–hal: Amaşov Əflatun Əhməd oğlu — Azərbaycan Mərbuat Şurası". Archived from the original on 2015-07-30. İstifadə tarixi: 30 iyul 2015..
- Bakıda Frankofoniya həftələri çərçivəsində "Le Carrefour" qəzetinin təqdimatı keçirilib Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine. azertag.az, 05.04.2017 (az.)
- "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
- "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. Archived from the original on 2015-07-30. İstifadə tarixi: 2015-07-22..
- "Ə. Ə. Amaşovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
- "Şura sədri "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
- Ə. Ə. Amaşovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- "Əflatun Amaşov Mətbuat Şurasının sədri seçilib — www.mediaforum.az". 2015-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2015. Arxivləşdirilib.