Əfşar imperiyasının hərbi sistemi
Əfşar imperiyasının hərbi sistemi — Əfşarların hərbi sistemlərinin kökü Səfəvilər dövlətinin dağılması ərəfəsində Xorasandakı qanlı toqquşmalar dövrünə əsaslanırdı. Yerli sərkərdə olan və türkman Əfşar tayfasına mənsub Nadirqulu xan Əfşarın komandanlığı altındakı döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər idi və onlar indiki İranın şimal-şərqində fəaliyyət göstərirdilər. Nadirqulu özünü şah elan etdikdən sonra onun komandanlığı altındakı döyüşçülərin ümumilikdə sayı 375 minə çatırdı. Tarixçi Maykl Eksvortiyə görə bu ordu öz dövrünün ən güclü ordusu olmaqla birlikdə, onun ən böyü üstünlüyü ən istedadlı və uğurlu sərkərdə olan Nadir tərəfindən idarə olunması idi.[1][2][3]
Əfşar imperiyası Silahlı Qüvvələri | |
---|---|
Qurulub | 1736 |
Dağılıb | 1796 |
Daxildir |
Quru qüvvələri Hərbi donanma |
Qərargah | Məşhəd |
Canlı qüvvə | |
Dağılan kadr | 1796 |
Sənaye | |
Yerli təchizatçılar | Mərv, İsfahan, Kirmanşah və Amül silah fabrikləri |
Əlaqədar məqalələr | |
Rütbələr |
Xan Sultan Bəy Minbaşı Yüzbaşı Onbaşı |
Nadir şahın 1747-ci ildə öz sərkərdələrindən bir qrupunun əli ilə qətlə yetirildikdən sonra dövlət tədricən dağılmağa və on illər boyunca davam edəcək vətəndaş müharibəsinə sürüklənməyə başladı. Elə bu proseslərin başlaması ilə də Nadirin bir zamanların nə güclü ordusu hesab edilən ordusu da dağıldı. Ali hakimiyyəti ələ almaq üstündə Əfşarlardan bir çox mübarizə aparsa da, onlardan başqa da namizədlər çox idi. Ölkədəki ali hakimiyyətin bərpası isə yalnız Ağa Məhəmməd şah Qacarın dövründə bərpa edildi. Bu XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın uğurlu hərbi yürüşlərindən sonra mümkün oldu.[4]
Ümumi baxış
Əfşar ordusu əsasən süvari birliklərə əsaslanan bir ordu idi. Bu ordudakı döyüşçülərin sayı 1743-cü ildə öz zirvəsinə çataraq 375 min nəfər oldu. Bu rəqəm həddindən artıq çox olmaqla birlikdə, davamlı olaraq bu qədər insanın orduda saxlanması istehsalın azalması və sərfiyyatın çoxalmasna səbəb olaraq ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxarırdı.[5] Əfşar ordusunun əvvəlki dövrlərdəki ordulardan əsas fərqi odlu silahdan geniş şəkildə istifadə olunması idi. Səfəvi ordusu dövründə, yəni XVI əsr boyunca artilleriya və tüfəngçi bölmələrinin nüvəsi formalaşdırılsa da, onların sayı həmişə ordunun əsasını təşkil edən ənənəvi süvari ordu döyüşçülərinin sayından az olmuşdur. Bu ənənəvi ordudakı döyüşçülər ənənəvi silahlarla - balta, qılınc, əmud, ox-kaman ilə silahlanırdı və yarım köçəri ya da tam köçəri tayfalardan toplanırdı. Avropada süvarilər tapançalar və karabinlərlə silahlandırılan dönəmdə Səfəvilərdəki şahların orduları ənənəvi silahlarla silanlandırılırdı.[6] Yalnız Nadir şahın dövründə ilk dəfə ordunun böyük bir qismini odlu silahlarla silahlandırmaq mümkün oldu. Elə buna görə də, odlu silahlarla davranmağı öyrənilməsinə diqqət, təlim və tədrisə diqqət artırıldı. Belə bir hal Avropada bir əsr əvvəldən artıq başlamışdı.[7]
Nadirin ordusunun üzvlərinin çox az bir qismi etnik olaraq iranlı və ya fars idi. Özünün ən çox üzvü olduğu zamanda bu ordunun üzvlərindən 60 mindən çoxu Azərbaycandan, 60 mini türkmən və özbəklərdən, 70 mini əfqanlardan və indiki pakistanlılardan, 65 mini Xorasandan, 120 mini isə digər fərqli-fərqli Qərbi İran etnoslardan (Kürdüstan, Həmədan, Luristan, Baxtiyari, Fars və Xuzistan) toplanırdı. Göründüyü kimi bu ordudakı ən çox döyüşçü müxtəlif türk tayfalarından toplanırdı. Bu döyüşçülərin çoxu yüngül silahlarla silahlanmış süvarilər idi. Bu döyüşçülər başlarına Kulə-i Nadiri adlanan papaqlar qoyurdu. Bu papaqla 18 düyüm hündürlükdə olmaqla birlikdə, ətrafına keçi və ya qoyun dərisi sarılmış olurdu. Döyüşçülərin çiynindən yundan hazırlanmış mantiya asılır, qırmızı, sarı və ya yaşıl rəngli açıq köynək, dəri çəkmələr geyinirdilər. Çox döyüşçünün həm ağır, həm də zəncirli zirehlərdən ibarət zirehli geyimləri var idi. Yüngül silahlandırılmış hər bir süvari qılıncla, tüfənglə və balta ilə təchiz edilirdi. Bəziləri qalxan da daşımaqda idilər.[8] 1744-cü ildə Nadirin ordusuna 13 min mühafizəçi süvari qvardiyası, Nadirin öz tayfası olan Əfşarlardan ibarət 20 min süvari, 50 min əfqan süvari, 12 min cəzayirçi, 40 min adi piyada tüfəngçisi və sayı bilinməyən artilleriya, qarnizon döyüşçüləri mövcud idi. Orduda həmçinin, Qacarlar kimi tayfalardan toplana çox sayıda döyüşçü də var idi. Döyüşçülərin çoxu çaxmaqlı və ya köhnə miquelet kilidli muşketlərlə silahlanmışdı, bəzilərində matçlok tipli tüfənglər də var idi. Piyadalar süngülərdən istifadə etmirdilər.[9] Əfqanlar çox zaman odlu silahlara malik olmurdular, çünki onların döyüşdəki tapşırıqları əsasən nizədən istifadə etmək idi. Türk və digər tayfalardan toplanan yüngül silahlı süvarilər döyüşçülər də odlu silahalrdan o qədər də istifadə etmirdilər, onlar döyüşdə qılıncdan, nizələrdən və oxlardan istifadə edirdilər.[10]
Əfşar ordusunun dövrlər üzrə artış sürəti[11] | ||
---|---|---|
İl | Army | ±% i.a. |
1729 | 25 | — |
1733 | 100 | +41.42% |
1736 | 150 | +14.47% |
1743 | 375 | +13.99% |
Piyadalar
Səfəvilər dövründə olduğu kimi Nadir zamanında da piyada bölmələri ikinci dərəcəli bölmə kimi dəyərləndirilirdi və əhəmiyyətinə görə süvarilərdən sonra dəyərləndirilirdi. Buna əlavə olaraq, odlu silahla silahlandırılmış piyada bölmələri heç vaxt tam olaraq inkişaf etdirilməmişdi. Buna istisna olaraq, islahatları ilə odlu silahlı piyada bölmələri Səfəvi ordusuna gətirmiş Şah Abbası göstərmək mümkündür.
Bütün piyada korpusunda kolah-e Naderi (کلاهِ نادری) adlanan hündür papaqlı mavi tunika və qırmızı şalvardan ibarət standart bir forma var idi.
Nadirin Əfqanıstanın qərbindəki Abdali əfqanlarına qarşı ilkin yürüşləri ona güclü süvari orduya qarşı savaşa bilmək üçün həll yolu tapmağa sövq etdi. Odlu silahlarla təchiz edilmiş piyadalar sisteminin təkmilləşdirilməsi, artilleriya qüvvələri və manevr edə bilən süvarilər kimi həll yolları ilə Nadir Abdali əfqanlarının süvari döyüşçülərini məğlub etməyi bacardı.
Tüfəngçilər
Tüfəngçi ordunun nizami tüfənglə silahlandırılmış bölməsi idi və Səfəvilər dövründən etibarən bu bölmənin döyüşçülərinin sayı durmadan artmışdır. Tüfəngçi həmçinin uzun xənzər və ənənəvi bölgə silahlarından olan şəmşirlə də silahlandırılırdı. Ümumilikdə tügəngçi cəzayirçi ilə müqayisədə daha yüngül tüfənglə təchiz edilirdi.
Cəzayirçilər
Cəzayirçi Nadirin ordusunun tüfəngçiləri arasında elit qüvvələri təşkil edirdi. Bu piyadalar tərəfindən istifadə edilən çaxmaqlı tüfəng olan Jazāyer (جزایر) Avropadakı analoqlarından daha ağır çaplı idi və nəticədə daha geniş diapazona, eləcə də təkmilləşdirilmiş dəqiqliyə malik idi. Ortalama Avropa tüfəngi 5 kiloqram ağırlığında olmaqla, 18 millimetrlik diametrlə atəş açırdısa, cəzayir 18 kiloqram idi və 24 millimetr diametrlə atış açırdı.
Avropadakı tüfənglərdən fərqli olaraq, cəzayir kağız kartrij əvəzinə burnuz vasitəsiylə doldurulurdu. Bu da o deməkdir ki, bunun məsafə, təsir və dəqiqlik kimi üstünlükləri olsa da, Avropadakı analoqları ilə müqayisədə onların doldurulması üçün daha uzun vaxt sərf etmək lazım gəlirdi. Səfəvi ordusunda cəzayirlərdən istifadə barədə məlum olan ilk məlumatın tarixi XVII əsrin ortalarına qədər gedib çıxmaqdadır. Cəzayirçilər cəzayir adlanan tüfəngdən əlavə, şəmşir adlanan soyuq silahla da silahlanırdılar. Piyada qoşunun cəzayirçilər bölməsi aramsız təlimlər və məşqlə məşğul olurdular.[12][13] Bu tipdə təlimlərdən birinin şahidi olan şəxs xatirələrində belə yazır:
Piyadalar - mən tüfəng daşıyan döyüşçüləri nəzərdə tuturam - öz bölmələrində birləşir və öz silahları ilə hədəfə atəş açırdılar - bu davamlı olaraq təkrar edilirdi. Əgər Təhmasibqulu xan [Nadir şah nəzərdə tutulur] bir siravı döyüşçünün davamlı olaraq yaxşı atəş açdığının şahidi olardısa, onu 100 və ya 50 nəfərlik dəstənin komandanlığına təyin edərdi. O, bütün döyüşçüləri cəsarətli, qabiliyyətli və təcrübəli olmağa təşviq edərdi və ən sadə sözlə desək, özü güclü xarakteri və hərbi bacarıqları ilə ona nümunə olardı.[13] |
Cəzayirçi bölmələri hər gün saatlarla məşq edirdi. Döyüşçülərin təlim-məşqlərdə təcrübə qazanmalarına xüsusi önəm verilirdi.[14] Nadir cəzayirçi bölmələrini şəxsən özü təşkil etmişdi və döyüşlərdə tez-tez cəzayirçilərə şəxsən komandanlıq edirdi. Başqa bir şahidin bildirdiyinə görə, cəzayirçilər yaxşı təşkil edilmişdilər və ən yaxşı sursatla təmin edilmişdilər.[15]
Cəzayirçilərin ümumi sayı barədə müxtəlif məlumatlar mövcuddur və hesabatlardakı rəqəmlər bir-birindən fərqlənməkdədir. Lakin ümumilikdə ortalama olaraq götürsək, bu korpusun döyüşçülərin sayının bir neş on min olduğu təxmin edilə bilər. Conas Hanvet 1744-cü ilə aid yazısında bildirirdi ki, Nadirin 12 minlik cəzayirçisinə əlavə olaraq, 40 minlik nizami tünfəngçisi də var idi. [15]Nadir həmçinin özünün Mərkəzi Asiya yürüşündə 12 min nəfərdən ibarət cəzayirçi korpusuna komandanlıq etmişdir.
Cəzayirçilərin piyada qoşun növü olmasına baxmayaraq, bəzən yürüşlər zamanı zəruriyyət qarşısında onlar süvari dəstələr kimi də döyüşlərdə iştirak edirdilər. Belə döyüşlərə misal olaraq Karnal döyüşünü göstərmək olar. Onlar təchizatlarının və hərbi bacarıqlarının yüksəkliyinə görə Nadirin müxtəlif yürüşlərində ən fərqli və çətin döyüş tapşırıqlarını yerinə yetirmiş və qələbədə mühüm paya sahib olmuşdurlar. Belə döyüşlərə misal olaraq Damğanı, Murçexortu, Kərkükü, Muradtəpəni, Karnalı və Qarsı göstərə bilərik.
Karnal döyüşündə oynadığı həlledici rola görə, cəzayir barədə "ox cəzayirə cavab verə bilməz" deyə bir şahid tərəfindən qeyd dedilmişdir.[16]
Süvarilər
Ən əvvəldən süvari bölmələri ordudakı ən önəmli bölmə hesab edilirdi. Nadir süvari ordu bölmələrində mühüm islahatlar həyata keçirdi. Bu islahatlardan biri süvarilərin atlarının maliyyə təminatının dövlət tərəfindən yerinə yetirilməsi idi. Buna qədər süvarilər öz atları ilə riskə getmək istəmirdilər, çünki adətən bu atlar öz sahiblərinin ən dəyərli mülklərindn bir hesab edilirdi. Süvari korpusu əsas etibarilə iki hissəyə bölünmüşdü. Birincisini dövlət tərəfindən ordu üçün toplanmış süvarilər, ikincisini isə tabe olan tayfaların orduya göndərdiyi və ya böyük torpaq sahibləri tərfindən orduya göndərilən süvarilər təşkil edirdi.
Səfəvilər dövründən etibarən ənənəvi olaraq süvarilər öz Osmanlıdakı analoqları üzərində üstünlüyə sahib idilər:[11]
...onlar bütün istiqamətlərdən hücuma keçdilər, hər hansı yeni istiqamətdə dövrə edirdilər. Sıralar bağlandı və sonra onlar hücum edib dağılışdılar, sonra bu səpələnmiş qrup eyni nöqtədə sıraları yenidən qapadılar. Onlar geri çəkilir və sonra da əks hücuma keçirdilər...... Basile Vatatzes |
Süvarilərin çoxu şəmşirlə, nizəylə və xəncərlə silahlansa da, bəzən odlu silahdan da istifadə edirdilər. 1736-cı ildən etibarən tüfəng süvarilərin birinci dərəcəli silahlarından biri oldu. Bu qoşunlara həm kəşfiyyatda, həm də atışmada mühüm dərəcədə yardım edirdi. Sonuncuya misal olaraq Karnal döyüşü göstərilə bilər.
Dövlətin süvari bölmələri arasında ən prestijlisi şahın şəxsi süvari qvardiyası hesab edilirdi. Ən məşhur birliklərdən biri tərcüməsi Səltənət süvariləri mənasını verən Savaran-e Saltanati bölməsi idi. Əfşarlar, Qacarlar, Cəlairilər kimi tayfalar Nadirin süvarilər toplaması üçün əsas mərkəzlər hesab edilirdi. Həmçinin başda Şahsevənlər olmaqla, müxtəlif Azərbaycan tayfalarından da süvarilər toplanmaqda idi. Savaran-e Sepah-e Khorasan bölməsində 20 fovj mövcud idi ki, hər bir fovjda 1000 əsgər var idi. Beləliklə, Savaran-e Sepah-e Khorasanda 20 min süvari cəmlənməkdə idi.
Şahın qulamları və ya Gholāmān-e Shāh bölməsində isə 3 min seçmə süvari xidmət etməkdə idi. Bu bölmənin tapşırığını Nadir şahın şəxsi mühafizəsini təşkil etmək idi.
Köməkçi süvarilər
Nadirin süvari bölmələri içərisində bir digər prestijli bölmə Savaran-e Sepah-e Xorasan idi. Bu termin Xorasanın atlı/süvari ordusu kimi tərcümə edilə bilər. Bu bölmədəki döyüşçülər əsasən Gilzay, Abdali, Kürd və imperiyanın digər tayfalarından toplanırdı. Həm Gilzay, həm də Abdali əfqan süvariləri Asiyadakı ən yaxşı süvarilərdən hesab edilirdilər. Bu ordu bölməsinin sayı hər zaman dəyişmişdir, lakin bir qaynaqda bunların sayının 70 min olduğu bildirilmişdir. Xorasanın atlı/süvari ordusundan olan süvarilər tez-tez Nadir tərəfindən Səltənət süvariləri bölməsinə yüksəldilirdi. Bu bölmə Qars döyüşündə həlledici rol oynamışdır. Beləki, onlar döyüşün gərgin anında Nadirin komandanlığı altında cinah hücumu təşkil etmiş və nəticədə qızılbaş ordusu qələbə qazanmışdır.
Artilleriya
Nadirin hərbi sahədə apardığı islahatlardan ən çox yararlanan ordu növü sözsüzki artilleriya idi. Səfəvi sülaləsinin hakimiyyəti dövründə artilleriya qüvvələrindən hərbi işdə məhdud çərçivədə istifadə edirdilər.[17] Lakin Nadirin yürüşlərində artilleriyadan geniş ölçüdə istifadə edilirdi. Nadirin yürüşlərinin adətən aqressiv sürətli hücumlara əsaslanmasına görə ağır artilleriya silahlarını daşımaq problem təşkil etsə də, Nadir ordu daxilində artilleriyadan istifadənin inkişf etdirilməsinə daim xüsusi diqqət ayırmışdır.
Nadirin ordusunun əsas tədarükçü fabrikləri Amül, Kirmanşah, İsfahan və Mərvdə yerləşirdi. Bu hərbi fabriklər yüksək keyfiyyətdə silah istehsal edir və ordularını yaxşı istifadə qabiliyyətinə malik toplarla təmin edirdilər. Bununla belə, səyyar emalatxanalar Nadirə strateji hərəkətliliyini qoruyub saxlamaqla yanaşı, tələb olunduqda ağır mühasirə topunun yerləşdirilməsi kimi sahələrdə çox yönlülüyünü qoruyub saxlamağa imkan verdi.
Nadirin ordusu içindəki ən önəmli artilleriya bölmələrindən biri zamburakçılar idi. Bu zamburakçı bölməsi 1 və ya 2 poenderlik yüngül və dəvələrin belinə yerləşdirilən kiçik toplardan təşkil edilmişdi. Bu toplar meydan toplar ilə müqayisədə qeyri-dəqiq və atış məsafəsi qısa olsa da, meydan döyüşlərində yaylım atəşi açmaqla kütləvi ölümə səbəb olması onun əsas üstünlüyü idi. Həmçinin bir digər üstün cəhəti isə yüngül və dəvə üstündə olduğuna görə yerdəyişməsi asan və çevik olması idi. [11]
Meydan artilleriyası Nadirin ordusunun ayrılmaz hissəsi idi. Nadir xanın Mesopotamiyaya birinci yürüşü zamanı, o, mühasirədə olan Bağdada yardım etmək üçün gəlmiş Topal Osman paşanı qarşılamaq üçün şimaldakı Samarraya gedərkən ordusunda 18 top olmuşdur. Onlardan 4-ü 30, 6-ı 15, 6-ı 9 pouderlik olmuşdur.[18]
Nadirin ordudakə islahatlarından yararlanan əsas sahələrdən biri kimi meydan artilleriyası və ya topları özlərinin Osmanlı və Moğol imperiyalarındakı analogiyaları müqayisədə daha üstün mövqeyə sahibləndilər. Əfşar ordusunun artilleriyası bu iki imperiya artilleriyası ilə müqayisədə daha dəqiq atış gücünə malik idi.[19][2] Bu artilleriya qüvvələri Nadir şahın Mərkəzi Asiya yürüşündə də mühüm rol oynadılar. Mərkəzi Asiyadakı süvari döyüşçülər Əfşar ordusunun istifadə etdiyi modern artilleriya silahlarından xəbərsiz idilər və bu da Nadir üçün qələbəni daha da asanlaşdırırdı.
Hərbi donanma
1734-cü ildən etibarən Nadir dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi. Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Məskət sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi.[20]
Şimal donanması
Şimal donanması Xəzər dənizində fəaliyyət göstərirdi. 1745-ci ildə iki freqat və 4 kiçik gəmi (hamısı yerli istehsal) donanma daxilində xidmət etməkdə idi.[21] Qaynaqların bildirdiyinə görə, bu donanmaya daxil olan gəmilərdən biri 1752-ci ildə Rəşt yaxınlığında yandırılmışdır. Şimal donanması yaradılmamışdan əvvəl, Nadir ruslardan gəmi ala bilmək üçün böyük məbləğlərdə pullar ödəmişdir. Bu gəmilərdən Nadirin Dağıstan yürüşü zamanı maddi-texniki təminat göndərmək üçün istifadə edilmişdir.[22]
Cənub donanması
Cənub donanmasının əsas üzdüyü məkan İran kərfəzi və Oman körfəzi idi. Lakin bu donanmanın Ərəbistan dənizində də fəaliyyə etdiyi dövrlər olmuşdur.
1734-1736-cı illər: 1734-cü ildə Nadir ingilislərdən iki briqantin gəmisi aldı. Bundan başqa, yerli ərəb şeyxindən də iki ədəd briqanin əldə edildi.[23] Patna və Ruperall adlandırılan ingilis briqantinlərinə müvafiq olaraq Veddell və Kuk komandan təyin edildi.[24] Əfşarlar 1736-cı ildə Buşehrdə saxladıqları Ost-Hind şirkətinə məxsus olan Northuberland gəmisinin kapitanını gəmini onlara satmağa məcbur etdilər.[25] "Böyük məbləğ qarşılığlnda satın alınan" gəmi döyüş gəmisinə dönüşdürüldü. Gəmi o dövrdə pis vəziyyətdə idi və buna görə də, Ost-Hind şirkəti "potensial Əfşar iddialarından özlərini qorumaq üçün addımlar atdılar".[26] Həmin ilin oktyabrında donanma ingilislərdən 8 min tümənə satın alınmış 20 silahlı 2 freqat daha əldə etdi və onlardan biri Cavan adlandırıldı.[27] Arxiv sənədlərində isə, yalnız bir gəminin satıldığı göstərilmişdir.[28] Cavan daha sonra Fəth-i Şah adlandırıldı və donanmanın bayraqdar gəmisi oldu.[28][29] Lakin baqa bir qaynağa görə isə, Fəth-i Şah gəmisi əvvəlki Northumberland gəmisi olmuşdur.[30] Cavan şəxsi olaraq Bombeydə yerləşən EİC şirkəti tərəfindən Əfşarlara satılmaq üçün əldə edilmişdi və şirkət bu satışdan 200 faiz mənfəət əldə etmişdi.[28] Donanmaya daxil olan başqa bir gəmi isə fransız tacirlərdən satın alınmış l'Heureux gəmisi idi.[30]
1737-ci il: 1737-ci ilə aid holland qaynağı donanmanın inventarını belə təqdim etmişdir:
Gəmi | Kökən | Qeydlər |
---|---|---|
Fəth-i Şah | ingilis | 7.000 tümənə alınmışdır. |
Capitaine | ingilis | Purchased for 4.000 tümənə alınmışdır. |
Fatta Mamoedieb | ingilis | 400 tümənə alınmışdır. |
Nastar Chanie | ingilis | 300 tümənə alınmışdır. |
Toeckelc | Basidu | Şeyx Rəşiddən 3.000 tümənə alınmışdır. |
Fattilhaije | Basidu | Şeyx Rəşiddən 1.300 tümənə alınmışdır. |
Fatta Rhamhanied | ərəb | 400 tümənə alınmışdır. |
Illhaiji | Basidu | Şeyx Rəşiddən 400 tümənə alınmışdır. |
Bilinmir | Basaydu | Şeyx Rəşiddən alınmışdır. |
Bilinmir | Basaydu | Şeyx Rəşiddən alınmışdır. |
Bilinmir | Yerli | Məhəmməd Lətif xan tərəfindən tikilmişdir. |
Bilinmir | Yerli | Məhəmməd Lətif xan tərəfindən tikilmişdir. |
a also spelt Fattishahi (fars. فتح شاهی) b (fars. فتح محمودی) c also spelt Tawakkul (fars. توکل) d (fars. فتح رحمانی) | ||
Mənbə: Villem Floor (1987)[31] |
1741-1742-ci illər: 1.100 tonluq Bombey mərkəzli gəmi olan Şavallum onu hazırlayan konsortium (Con Lambton, parsi tacir Bhomanji Rüstəmci və Manoji Novroji və bombeyli Şivan Set Dharam Set) tərəfindən satılmış və Rəhimi adlandırılmışdır. Bu gəmi Əfşar donanmasının bayraqdarı kimi xidmət etmişdir.[32] 1742-cı ildə cənub donanmasına 15 gəmi daxil idi və onların çoxu Kambey körfəzindəki Suratda hazırlanmışdı.[33] Əfşarlar Suratdakı gəmi hazırlayanlara daha 11 gəmi sifariş verdilər və bu sifarişlərdən birincisi 1741-ci ildə hazır edildi. Bu gəmilər tik ağacından hazırlanmışdılar və öz davamlılıqları ilə seçilirdilər.[34] 1742-ci ildə Robert Qalley gəmisi ingilis Eusteys Pikokdan 1000 tümə qarşılığında satın alındı.[28] Daha iki gəmi - Meri və Pembrok Suratdakı EIC tərəfindən hazırlandı və 186.251 rupiyə (9.312 tümənə və ya 23.280 pounda bərabər idi) Əfşarlara satıldı.[35] Pembrok lazimi təchizatlardan məhrum idi, Meri isə su sızmasına məruz qaldığı üçün gündəlik nasosa ehtiyyacı var idi.[36]
1745-ci ildə: 1745-ci ildə donanmada 30 gəmi mövcud idi.[34]
1747-ci ildə: 1747-ci ildə cənub donanmasında 20-25 gəmi mövcud idi.[26]
İstinadlar
- Axworthy, 2007. səh. 635-646
- Axworthy, 2009
- Michael Axworthy. Iran: Empire of the Mind. Penguin Books. 2007. səh. 158.
- Gavin R.G Hambly (1991). "Agha Muhammad Khan and the establishment of the Qajar dynasty". The Cambridge History of Iran, Vol. 7: From Nadir Shah to the Islamic Republic. Cambridge: Cambridge University Press. pp. 104–144. ISBN 9780521200950. id=H20Xt157iYUC&q=false&redir_esc=y#v=snippet&q=false&f=false Agha Muhammad Khan and the establishment of the Qajar dynasty. The Cambridge History of Iran, Vol. 7: From Nadir Shah to the Islamic Republic (#bad_url). VII. Cambridge: Cambridge University Press. 1991. səh. 104–144. ISBN 9780521200950. (#missing_pipe)
- Axworthy, 2007. səh. 639-645
- Axworthy, 2007. səh. 636
- Axworthy, 2007. səh. 645
- Axworthy, 2007. səh. 639-641
- Axworthy, 2007. səh. 644
- Axworthy, 2007. səh. 640-641
- Axworthy, 2007. səh. 639
- Abraham of Crete. The Chronicle of Abraham of Crete. Costa Mesa. redaktor və tərcüməçi Corc Bournoutian. 1999. səh. 118.
- Vatatzes, 1939. səh. 133
- Axworthy, 2007. səh. 645-650
- Jonas Hanway. An Historical Account of the British Trade. 251–253.
- Laurence Lockhart. Nadir Shah: A Critical Study Based Mainly Upon Contemporary Sources. London: Luzac & Co. 1938. səh. 88.
- Rudi Matthee. Unwalled Cities and Restless Nomads: Firearms and Artillery in Safavid Iran. London. red. Charles Melville. 1996.
- Purgstall J. Von Hammer. Histoire de l Empire Ottman. Paris. french translation by J.J. Hellert. 1835–1843.
- Axworthy, 2009. səh. 639
- Michael Axworthy. "NAVY i. Nāder Shah and the Iranian Navy". Encyclopædia Iranica. 20 December 2012. 17 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
- Axworthy, 2018. səh. 174
- Mirfendereski, 2001. səh. 18
- Axworthy, 2000
- Floor, 1987. səh. 39
- Floor, 1987. səh. 41
- Mirfendereski, 2001. səh. 18
- Floor, 1987. səh. 42
- Good, 2018. səh. 227
- Black, 2004. səh. 73
- Barendse, 2009. səh. 294
- Floor, 1987. səh. 41–42
- Barendse, 2009. səh. 295–296
- Axworthy, 2000
- Ward, 2014. səh. 53
- Good, 2018. səh. 228
- Good, 2018. səh. 230
Mənbə
- Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. səh. 180.
- Maykl Eksvorti. The Army of Nader Shah. Iranian Studies. 40 (5). 2007. səh. 180.
- Basile Vatatzes. Persica: Histoire de Chah-Nadir. Bucharest. N. Iorga. 1939.
- Mirfendereski, Guive. A Diplomatic History of the Caspian Sea. Springer. 2001. doi:10.1057/9780230107571_4. ISBN 978-0-230-10757-1.