Ədli Mənsur

Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور; 23 dekabr 1945, Qahirə) — Misirin müvəqqəti prezidenti.[2][3]

Ədli Mənsur
عدلي منصور
bayraq
Misir Ərəb Respublikasının 6-cı Prezidenti
bayraq2
4 iyul 2013 8 iyun 2014
ƏvvəlkiMəhəmməd Morsi
SonrakıƏbdül Fəttah əs-Sisi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qahirə, Misir
Təhsili
  • Qahirə Universiteti[d] (–1970)
Fəaliyyəti hakim, siyasətçi, vəkil
Dini sünnilik[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib.

Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir.

Ailəsi

Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var.

Siyasi fəaliyyəti

Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib.

Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.

Ədli Mənsur 2013-cü il iyulun 3-də Misirdə dövlət başçısı (müvəqqəti prezident) postuna gətirilib[4].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.