Ədil xan

Ədilxan İlisuluXIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış Gəncə və Şəki mahallarının məşhur zadəganlarından biri, Sultanovlar (V) nəslinin nümayəndəsi.

Ədilxan
Ədilxan İlisulu
Digər adı Ədilxan İlisulu
Doğum tarixi
Doğum yeri Şəki
Vəfat tarixi
Vəfat yeri Gəncə şəhəri,
Milliyyəti türk

Həyatı

Ədilxan Şəki şəhərində İlisu sultanları nəslindən olan bir ailədə dünyaya gəlmişdir. İlk təhsilini əvvəlcə ŞəkidəTiflisdə almışdır. Təhsilini Almaniyanın Leyptsik universitetində zootexnik ixtisası üzrə davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Şəkiyə qayıdaraq burada dilboz cinsli atların yetişdırılməsi ilə məşğul olmuş və burada, Daşüz kəndində zamanına görə Qafqazda ən böyük atçılıq zavodlarından birini inşa etdirmişdir. O, dilboz cinsli at ilxıları ilə yanaşı çoxsaylı qoyun sürülərinə, Göyçay qəzası və Gəncə quberniyalarında yetmiş min desyatin torpaq sahəsinə də malik olmuşdur. Lakin,Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün var dövləti, mülkləri, at və qoyun sürüləri və on üc kiloqram qızılla bir yerdə rəsmi şəkildə könüllü olaraq hakimiyyət dairələrinə təhvil vermişdir.Sovet hakimiyyətinin bərqərar olması ilə əlaqədar Türkiyəyə mühacirət etsə də, bir müddət sonra qayıdaraq Tiflis Kənd Təsərrüfatı Nazirliyində atçılıq üzrə mütəxəssis kimi işləmişdir. Sonralar SSRİ Kənd təsərrüfatı Nazirliyində müavin vəzifəsini də yerinə yetirmişdir. Onun Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü Semyon Mixayloviç Budyonnı ilə dost olduğu məlumdur.Ədilxan 82 yaşında Gəncədə vəfat etmiş, və İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.

Şəkinin Daşüz camışşılıq sovxozu Ədilxanın könüllü olaraq sovet hökumətinə təhvil verdiyi atçılıq zavodunun bazasında yaradılmışdır.Ədilxanın ilxılarından qalmış dilboz atlar həmin sovxozun bir şöbəsi kimi saxlanilmış və bir qayda olaraq yarışlarda iştirak etmişlər.

İstinadlar

  • İlisu (ensiklopedik məlumat kitabı) Bakı Vətən-2012 s 335
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.