Ədhəm Yusubov

Ədhəm Süleyman oğlu Yusubov (d. 31.12.1939) — rəssam.

Bioqrafiya

31.12.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur[1]. 1963-ildə Əzim Əzim-zadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq bölməsini bitirmişdir. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin keramika bölməsini bitirmişdir. 1970-1982- illər ərzində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində ixtisas fənləri üzrə müəllim vəzifəsində çalışmışdır. 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqnın üzvü, 1976-1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin sədri və SSRİ Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsi üzrə komisiya üzvüdür. 2001-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət kafedrasının dosenti və müdiri vəzifəsində çalışır.

1976-1982-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının VI və VII qurultaylarında «Dekorativ-tətbiqi sənət» bölmesinin sədri, idarə ve rəyasət heyətinə, respublika, ümumittifaq sərgi komissiyasına üzv seçilmişdir. Bu müddət ərzində onun dekorativ-tətbiqi sənətin səviyyəsinin yüksəlməsində xüsusi rolu olmuşdur. Respublikada, ümumittifaq və xarici ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq simpoziumlarda, İtaliya və Çexoslovakiyada keçirilən bienallarda Azərbaycan dekorativ-tətbiqi sənət ustalarının əsərləri böyük uğurla nümayiş etdirilmişdir.

1985-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin və Rəssamlar İttifaqının birgə səyi nəticəsində S.Bəhlulzadə adına sərgi qalereyasında açılmış 1- ci Respublika «Dekorativ-tətbiqi sənət» sərgisinin təşəbbüskarı olaraq, sərginin təşkili və təbliğində mühüm işlər görmüşdür. Bu sərgi Bakı və Moskva sənətşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. 1972-ci ildə «Üçlük» 300x400 sm qobeleni 1974-cü ildə Riqa şəhərində 2-ci ümumittifaq sərgidə, 1970-ci ildə «Abşeron» 160x250 sm, 1971-ci ildə «Bayraqlar» 160x160, 1975-ci ildə «Bahar yelkənləri» 160x200 sm, «Triumf» 220x400 sm, 1976-cı ildə «Üzümlük» 180x250 sm, 1989-cu ildə «Təəssurat» 250x300 sm, 1982-ci ildə «Qaynaqlar» 150x300 sm, «Məhsul yığımı» 250x500 sm, 1988-ci ildə «Folklor» 450x250 sm və başqa əsərləri bir çox sərgilərdə nümayiş etdirilmişdir.

1972-ci ildə «Üçlük» 300x400 sm qobeleni 1974-cü ildə Riqa şəhərində 2-ci ümumittifaq sərgidə, 1970-ci ildə «Abşeron» 160x250 sm, 1971-ci ildə «Bayraqlar» 160x160, 1975-ci ildə «Bahar yelkənləri» 160x200 sm, «Triumf» 220x400 sm, 1976-cı ildə «Üzümlük» 180x250 sm, 1989-cu ildə «Təəssurat» 250x300 sm, 1982-ci ildə «Qaynaqlar» 150x300 sm, «Məhsul yığımı» 250x500 sm, 1988-ci ildə «Folklor» 450x250 sm və başqa əsərləri bir çox sərgilərdə nümayiş etdirilmişdir. 1982-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rəssamlıq fakültəsində pedaqoji fəaliyyətə başlayan Ə.S.Yusubov, 1994-cü ildə fəaliyyətinə ehtiyac duyulan bədii toxuculuq bölməsinin yaradılmasında fəal iştirak etmişdir. 2001-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında «Dekorativ-tətbiqi sənət» kafedrasının müdiri vəzifəsində çalışaraq, təhsil prosesinin təşkilində və yüksək səviyyəli kadrların hazırlanmasında xüsusi rol oynayır.

05. 04. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılmasnın beş illiyinə həsr olunmuş qobelen sərgisinin açılışı bir daha Azərbaycanda qobelen sənətinin inkişaf və tərəqqisinin bariz nümunəsi oldu. Sərgi tələbə və müəllimlərin son beş ildə əldə etdikləri nailiyyətlərin nümayişi və hesabatı idi.

İstinadlar

  1. "Ədhəm Süleyman oğlu Yusubov". 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.