Ədalət Partiyası (Azərbaycan, 1993)

Ədalət Paryiyası — 1993-cü ildə İlyas İsmayılov tərəfindən yaradılan sol təmayüllü siyasi partiya.

Ədalət Partiyası
Loqonun şəkli
Sədri İlyas İsmayılov
Sədr müavinləri

Mütəllim Rəhimli

Elxan Şükürlü
Quruluş tarixi 1993 (İlk dəfə)
2000 (Yenidən quruluş)
Qeydiyyat tarixi 18 may 2002
Birləşən Azərbaycan Demokrat Partiyası (1996-2000)
Üzvlüyü Demokratik Azərbaycan Bloku (2005)
İslahat Bloku (2010-2013)
Vətən Bloku (2013-2015)
Üzv sayı 5 472[1] (2023)
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156

Tarixi

Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cı ildə Azərbaycan Demokrat Partiyasına (ADP) birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İ. İsmayılov 1992, 2003 və 2013-cü illərdə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd və Milli Məclisin deputatı olub.

2007-ci ildı Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında partiyaların birləşməsi təklifi üzərinə müzakirələr başlamış, lakin birləşmə gerçəkləşməmişdir.[2]

2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.[3]

2013-cü ildə Ədalət Partiyası Azərbaycan Yaşıllar Partiyası ilə "Vətən" Siyasi Blokunu təsis etmişdir. Daha sonra bloka Azərbaycan İslam Partiyası da qatılmışdır. Blok 2013-cü il prezident seçkilərində vahid namizədlə — İlyas İsmayılov ilə qatılmışdır.[4][5] Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.[6]

Partiya qərargahı

Əvvəllər Ceyhun Hacıbəyli 2 ünvanında yerləşən ofisdə fəaliyyət göstərən Ədalət Partiyası hazırda Nizami rayonunda Neftçilər metrosunun yaxınlığında Əzim Əzimzadə küçəsindəki binada yerləşir. Bina partiyaya dövlət tərəfindən icarə müqaviləsi ilə verilib. Ədalət Partiyası ilə bərabər sözügedən binada Böyük Quruluş və Azərbaycan Liberal Demokrat partiyaları da yerləşir. Özünə görə hər üç partiyanın qərargahını normal hesab etmək olar[7].

Seçkilərdə

Parlament seçkiləri

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

İlyas İsmayılov
0 / 100
Partiya vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərdə iştirak etmədi.
0 / 125
2000 Ədalət Partiyası 1996-2000-ci illərdə Azərbaycan Demokrat Partiyasına birləşmişdir.
2005

İlyas İsmayılov
0 / 125
0 / 125
201012 7610.53
1 / 125
1 / 125
20156 5070.23
0 / 125
0 / 125
2020
0 / 125
0 / 125

Ara seçkilər

Seçki Sədr Səs Mandat
#  %
2006 İlyas İsmayılov
1 / 10

Bələdiyyə seçkiləri

Seçki Sədr Səs Yer
#  % ±
2004 İlyas İsmayılov
2009[8]
13 / 15.591
2014
2019

Ara bələdiyyə seçkiləri

Seçki Sədr Səs Bələdiyyə üzvü
#  %
2006[9] İlyas İsmayılov
1 / 1.901

İstinadlar

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. "İlyas İsmayılov: "Ədalət və Azadlıq partiyalarının birləşməsi üçün işçi qrup yaradılıb"". 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  3. ""Ədalət"çilər birləşməkdən danışır…". 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  4. "Azərbaycanda iki partiya "Vətən" bloku yaratdı". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  5. "İslamçıların seçki sirri: "Hökumətin öz maraqları olub"". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  6. ""Vətən" bloku bütün dairələrdən namizəd irəli sürəcək - Mayis Güləliyev". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  7. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
  8. "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  9. "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.