Ədalət Bayramoğlu

Ədalət Bayramoğlu — əsasən Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltaraş, keramika ustası.

Ədalət Bayramoğlu
Ədalət Bayramov
Doğum tarixi
Doğum yeri Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Kastamonu, Türkiyə
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Soltan Məhəmməd" mükafatı

Həyatı və təhsili

Ədalət Bayramoğlu 1956-cı ildə Sabirabad rayonunda anadan olub. 1976–1982-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində Təsviri incəsənət fakultəsində təhsil alıb.[1]

Fəaliyyəti

Mahir Hüseynbəyli, Adil Əliyev və Ədalət Bayramoğlu 1995-ci il
Ədalət Bayramoğlu Atatürk lövhələrini işləyərkən 2007-ci il

1982-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyində muzeylərin dekorativ bəzək işlərini görməyə başlamış, eləcə də həmin ildən etibarən SSRİ və Azərbaycanda keçirilən bir çox sərgilərdə də iştirak etmişdir. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv olan Bayramoğlunun Amerika, İngiltərə, Kanada, Fransa, Çin, Rusiya, Polşa, Litva, Seneqal, TürkiyəƏlcəzairdə sərgiləri keçirilmişdir. 1995-ci ildə Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən Rəssamlıq Kollecində bir müddət dərs deyib. Həmçinin Antalyada yerləşən Venesiya, Topqapı və Kreml Palas otellərinin relyefli keramika, mozaika və dekorativ bəzək işlərini görmüşdür. 2000-ci ildə Türkiyənin Kastamonu şəhərinə işləməyə dəvət edilir. İngiliscə, fransızca, ərəbcə və rusca bilən Bayramoğlu 2001–2008-ci illər ərzində Kastamonuda tarixi abidələrin bərpasını və dekorativ bəzək işlərini aparıb. Bayramoğlu daha çox miniatür üslubda əsərlər yaratmışdır. Sənətkarın keramika sənəti haqqında yazdığı kitablar bir çox Avropa ölkəsində dərslik olaraq istifadə olunur. O yaxın və uzaq şərq miniatürü və Səlcuqlu miniatürü tərzində əsərlər yaradan tanınmış sənətkarlardandır.[1]

Atatürkə həsr olunmuş lövhələr

2007-ci ildə Kastamonuda yerləşən Memar Vedat Mədəniyyət Mərkəzində 1919–1933-cü illəri əhatə edən Atatürkü, Türkiyə İstiqlaliyyət müharibəsini və eləcə də Milli Mübarizə tarixini əks etdirən 13 keramik lövhə hazırlamışdır. Lövhələrin ölçüləri 190x280 sm-dir. Hər lövhədə Atatürk təsvir edilib və bununla yanaşı Atatürkün müəyyən sahələr və tarixi hadisələr haqqında dediyi fikirlər qeyd olunub. Bu lövhələr Atatürkün təsvirindən, dediyi fikirdən və eləcə də bu fikirə aid təsvirlərdən ibarət kompozisiyanı özündə əks etdirir. Kompozisiyaların ümumi sayı 13-dür və hazırda Memar Vedat Mədəniyyət Mərkəzinin Atatürk sərgi zalında nümayiş etdirilir.[2]

İkinci lövhə teatr sənətçilərinə həsr olunub və Atatürkün 1930-cu ildə sənətkarlar haqqında dediyi bu fikir lövhədə öz yerini alıb:

" Hamınız millət vəkili ola bilərsiniz, nazir ola bilərsiniz, hətta prezident də ola bilərsiniz, lakin sənətkar ola bilməzsiz[3]. "

Ölümü

Tutulduğu xərçəng xəstəliyinə görə üç il müalicə almasına baxmayaraq həkim Münif İslamoğlu Kastamonu Dövlət Xəstəxanasında 2 sentyabr 2008-ci ildə 52 yaşında dünyasını dəyişib. Kastamonuda vida mərasimi təşkil olunub daha sonra isə rəssamın nəşi Azərbaycana göndərilərək Sabirabad rayonunda dəfn olunub.[4]

Ailəsi

Cəmilə Bayramoğlu ilə ailə həyatı qurub. 1992-ci ildə Cavid adlı bir oğulları dünyaya gəlib. Lakin 2014-cü il yanvarın 25-də Bakıda sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülüb. Bu zaman həmin ərazidə hərəkətdə olan avtomobili idarə edən Cavid Bayramlı dağıntılar altında qalaraq dünyasını dəyişib. Cavid Bayramlı da atası kimi rəssam idi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alırdı.[5][6]

Sərgiləri

Ədalət Bayramoğlunun Amerika, İngiltərə, Kanada, Fransa, Çin, Rusiya, Polşa, Litva, Seneqal, TürkiyəƏlcəzairdə sərgiləri keçirilmişdir.

Kastamonu ilə bağlı yaratdığı miniatür əsərlər Kastamonu valiliyi tərəfindən beş fərqli yerdə sərgilənib.

Ölümündən sonra 5 iyun 2015-ci ildə Türkiyədə həyat yoldaşının təşəbbüsü ilə Rıfat İlqaz Mədəniyyət Mərkəzində sərgisi açılıb.[7]

Mükafatları

Əl işləri

Xarici keçidlər

İstinadlar

  1. Ədalət Bayramoğlunun Atatürk mövzulu lövhələri Arxivləşdirilib 2018-10-15 at the Wayback Machinetürk.
  2. "Atatürk Sərgi Zalı[[Türk dili|türk.]] ". 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
  3. "Sənətkar ola bilməzsiz fikrinin mənası[[Türk dili|türk.]] ". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
  4. "Azərbaycanlı rəssam Bayramoğlu vəfat etdi[[Türk dili|türk.]] ". 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
  5. "Türkiyə mətbuatı ev uçqunu zamanı dünyasını dəyişən Cavid Bayramlıdan yazıb". 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
  6. "Çox yox, cəmi 5 il daha yaşasaydı, bütün Azərbaycan onunla fəxr edəcəkdi". 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
  7. ["Mərhum rəssam Bayramoğlunun keramika və rəsm sərgisi açıldı[[Türk dili|türk.]] ". 2018-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11. Mərhum rəssam Bayramoğlunun keramika və rəsm sərgisi açıldıtürk. ]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.