Ədalət Şükürov

Ədalət Şükürov (Ədalət Zakir oğlu Şükürov; d. 22 aprel 1966, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni. Azərbaycan Respublikasının əməkdar artistii,[3] Dağıstan Respublikasının Xalq Artisti.[4] Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər Klubunun sədri,[5] iqtisad elmləri namizədi.

Ədalət Şükürov
Ədalət Zakir oğlu Şükürov
Ədalət Zakir oğlu Şükürov
Ədalət Zakir oğlu Şükürov
Ümumi məlumatlar
Doğum adı Ədalət
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1992 - günümüz
Janr Pop
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]
Boyu 1.68 sm[1][2]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2006Dağıstan Respublikasının xalq artisti  — 2008
adaletshukurov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanıb. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmətini çəkib. Hərbi xidməti bitirib, geri döndükdən sonra 1987-ci ildə Sankt-Peterburq Mədəniyyət Universitetinin "kütləvi tədbirlər rejissoru" fakültəsinə daxil olur. Ali təhsil aldıqdan sonra Ədalət Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyir. Bir müddət sonra o, Luqa şəhərinin baş rejissoru işləyir və kütləvi tədbirlər keçirir. "Salsa Viva" rəqs məktəbini bitirib. Baltik Turizm və Biznes Akademiyasında aspirantura oxuyub. Elmi işini Sankt-Peterburqda müdafiə edib. 2007-ci ildən İqtisad elmləri namizədidir.[6] Dizaynerliklə də məşğul olan Ədalət Şükürov, arabir rəssamlıq da edir.

Azərbaycan, İngilis, İspanRus dillərini bilir.

Şəxsi həyatı

Evlidir. İki övladı var.

Karyerası

1992-ci ildən mahnı bəstələməyə və şeirlər yazmağa başlayır. Daha sonra musiqi və mətnləri aranjman edərək, ifa edir. Oxuduğu mahnılar xüsusilə Azərbaycanda çox sevildiyindən O, 2000-ci ildə Azərbaycana gəlir və fəaliyyətini burada davam etdirir. Həmin zamanlar Dağıstanda da çox sevilir və ora dəvət alır. 2000-ci ildən etibarən mütəmadi olaraq Dağıstanın əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında "Dərbəndin ad günü", "Gənclər Günü", Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var. Ədalət Şükürova 16 may 2006-cı ildə AzərbaycanRusiya dövlətləri arasında Mədəniyyət münasibətlərinin təbliğatı və inkişafında aktiv iştirak etdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın əməkdar artisti fəxri adı verilib.[3] 22 aprel 2008-ci ildə Dağıstan Respublikasının prezidenti Muxu Əliyev tərəfindən Dağıstanın əməkdar artisti fəxri adı verilib. 22 iyun 2015-ci ildə Dağıstan Respublikasının prezidenti şəxsən Ramazan Abdulatipov tərəfindən böyük təqdimatla Dağıstanın xalq artisti fəxri adı verilib.[4] Bundan başqa, ona "Dağıstanda xidmətlərinə görə" medalı da təqdim olunub.

Konsertlər

TarixKonsertin adıKonsert Zalı
2009Yada sal məni, sevgilimYaşıl Teatr
2013Solo konsertDağıstanın Mahaçqala şəhərindəki Rusiya konsert zalı
2016İsti yayMambo Beach Klub[7]
2016Bokal vinaUkrayna, Kiyev şəhərindəki "Carribean Club"[8]
2017Açıq Hava KonsertiHeydər Əliyev Mərkəzinin parkında[9]
2017Nə yaxşı ki, yanımdasan sənMambo Beach Klub[10]
2018Любимым женщинамDağıstanın Mahaçqala şəhərindəki "Rus dram teatrı"ının böyük zalı
2018Solo konsertDərbənd şəhərindəki Şəhristan restoranı
2018Açıq Hava KonsertiHeydər Əliyev Mərkəzinin parkında[11]
2018Açıq Hava KonsertiDağıstan Dövlət Filarmoniyasında[12]

Mükafatları

Aşağıdakı siyahıda Ədalət Şükürovun mükafatları göstərilmişdir.

Türkiye & Azerbaycan Kardeşlik Ödülleri

İl Mükafat İstinadlar
2017 Azerbaycanın En İyi Pop Sanatçısı [13]

Fəxri adları

Mükafat və döş nişanı Tarix Qeyd İstinadlar
Azərbaycan Respublikasının Əməkdar Artisti &0000000020020000.000000 2006 İlham Əliyev tərəfindən [14]
Dağıstan Respublikasının Əməkdar Artisti &0000000020020000.000000 2008 Muxu Əliyev tərəfindən
Dağıstan Respublikasının Xalq Artisti &0000000020020000.000000 2015 Ramazan Abdulatipov tərəfindən [15]

Vəzifəsi

Vəzifə Tarix Federasiya İstinadlar
Sumqayıt şəhər Klubunun sədri &0000000020020000.000000 2017 Azərbaycan Kikboksinq Federasiyası [16]

Albomlar

Albomun adı Çıxış tarixi Albom şirkəti Format
Əzizim 2002 Səbuhi AMD CD, kaset, iTunes
22 aprel (instrumental) 2002 Səbuhi AMD CD, kaset, iTunes
Demə-demə 2002 Səbuhi AMD CD, kaset, iTunes
Qapı 2003 Səbuhi AMD CD, kaset, iTunes
Qoca çinar 2004 Səbuhi AMD CD, kaset, iTunes
İtirdim 2005 Səbuhi AMD CD, kaset, iTunes
Kiminsən? 2007 Səbuhi AMD CD, kaset, iTunes
Yada Sal Məni, Sevgilim 2008 STS Production CD, kaset, iTunes
Badə 2010 STS Production CD, kaset, iTunes
Duşa bolna 2012 STS Production CD, kaset, iTunes

İstinadlar

  1. "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
  2. Azərbaycanlı məşhurların boyu neçə santimetrdir? - SİYAHI
  3. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 may 2006-cı il tarixli, 1458 nömrəli Sərəncamı". 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2018.
  4. "Ədalət Şükürov Dağıstanın xalq artisti oldu – FOTO". 2018-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  5. "Əməkdar artist Sumqayıt Regional Klubun prezidenti seçilib". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  6. "Onlar həm alim, həm də sənətçidirlər…". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  7. "Ədalət Şükürovun "İsti yay"ından fotolar". 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  8. http://axsam.az/?name=xeber&news_id=56859
  9. "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  10. "Arxivlənmiş surət". 2018-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  11. "Arxivlənmiş surət". 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  12. "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  13. "Arxivlənmiş surət". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  14. "Arxivlənmiş surət". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  15. "Arxivlənmiş surət". 2018-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  16. "Arxivlənmiş surət". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.