Ədadil Qadınəfəndi
Ədadil Qadınəfəndi (d. 1845 — ö. 12 dekabr 1875) — 32. Osmanlı sultanı Əbdüləzizin ikinci xanımı.
Ədadil Qadınəfəndi | |
---|---|
اداديل كادينيفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Soçi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Mahmud türbəsi |
Fəaliyyəti | Əsilzadəlik |
Atası | Tandal bəy Aredba |
Anası | Aublaa xanım |
Həyat yoldaşı | Əbdüləziz |
Uşaqları |
Mahmud Cəlaləddin Əfəndi Əminə Sultan |
Dini | Sünni, İslam |
Həyatı
Ədadil xanım 1845-ci ildə Abxaz əsilzadəsi Tandal bəy Aredba və xanımı Aublaa xanımın ailəsində dünyaya gəlmişdir. Saray xidmətçilərindən biri tərəfindən saraya alınmış, Validə Pərtəvniyal Sultan tərəfindən xüsusi təhsil almışdır. Mavi gözləri və uzun qəhvəyi saçları ilə tezliklə vəliəhd Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi və 1861-ci ilin yazında cütlük Dolmabağça sarayında evləndi. Bir neçə ay sonra əri taxta çıxmış, Ədadil xanım da ikinci qadınəfəndi olaraq sarayda nüfuz qazanmışdır.
Nigahdan bir il sonra ilk övladı Mahmud Cəlaləddin Əfəndini, 1866-cı ildə isə Əminə Sultanı dünyaya gətirmişdir. Ancaq qızı çox keçmədən vəfat etmişdir. Abxaziyada yaşayan qardaşı Aslan bəyi yanına çağıraraq birlikdə həccə getmiş, həccdən döndükdən sonra bütün ailəsini İstanbula gətirtmişdir. Ancaq döndükdən qısa müddət sonra qardaşı xəstələnərək vəfat etmiş, bu səbəblə ağır böhran keçirən Ədadil xanım çox keçmədən vəfat etmişdir. Cənazəsi Sultan Mahmud türbəsi yaxınlığında dəfn edilmişdir.
Övladları
- Mahmud Cəlaləddin Əfəndi (d. 16 noyabr 1862 — ö. 1 sentyabr 1888)
- Əminə Sultan (d. 30 noyabr 1866 — ö. 23 yanvar 1867)
Mənbə
- https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey14.htm
- http://www.enfal.de/otarih44.htm
- https://books.google.com/books?BAAAAIAAJ
- https://books.google.com/books?qGAtAQAAIAAJ
- http://freepages.genealogy.rootsweb.com/~royalty/turkey/persons.htmlArxivləşdirilib+2014-02-09+at+the+Wayback+Machine
- http://4dw.net/royalark/