Ədəbiyyat üzrə "Nobel" mükafatı

Ədəbiyyat üzrə Nobel Mükafatıədəbiyyat sahəsindəki nailiyyətlərə görə Stokholmda yerləşən Nobel Komitəsinin hər il təqdim etdiyi ali mükafat. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən "idealist tərzdə" yazan yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsenHenri Ceyms kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də bu göstərilir.

Nobel medalı

Namizədliklərin irəli sürülməsi mexanizmi

Nobel fondunun nizamnaməsinə görə namizədləri aşağıdakı şəxslər təqdim edə bilər:

  1. İsveç Akademiyasının, eləcə də analoji vəzifə və məqsədləri olan digər akademiyaların, institutların və birliklərin üzvləri;
  2. Universitetlərin ədəbiyyat və dilçilik tarixi fənlərinin professorları;
  3. Ədəbiyyat üzrə Nobel mükafatı laureatları;
  4. Müvafiq ölkələrdə ədəbi yaradıcılığı təmsil edən müəllif birliklərinin sədrləri.

Laureatlar

Maraqlı faktlar

  • Ədəbiyyat üzrə Nobel mükafatı alan ən gənc yazıçı Redyard Kiplinqdir. O, 1907-ci ildə, 42 yaşında bu mükafata layiq görülüb.
  • Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. O, 1970-ci il fevral ayının 2-də. 97 yaşında vəfat edib.
  • Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən qısa ömürlüsü Alber Kamyudur. O, 1960-cı il yanvar ayının 4-də, 46 yaşında, avtomobil qəzasında həlak olub.

Laureatların öz əsərlərini yazarkən üstünlük verdikləri dillər

Əsərin diliLaureatlar %
1İngilis2624,30
2–3Fransız / Alman1312,15
4İspan1110,28
5–6İtalyan
İsveç
65,61
7Rus54,67
8Polyak43,74
9–10Dan
Norveç
32,80
11–12Yunan
Yapon
21,87
13–25Ərəb
Benqal
Macar
İvrit
İdiş
İsland
Çin
Oksitan
Portuqal
Serb-Xorvat
Türk
Çex
Fin
10,93

Mənbələr

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.