Ədəbi dil

Ədəbi dil – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili.

Ədəbi dil adətən elmi vә bәdii әsәrlәrdә, mәtbuatda vә idarәçilik aparatında, televiziya vә radioda, mәktәblәrdә işlәdilən dildir. Dialektlәrә, loru dilә, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur.

İki qolu mövcuddur: yazılı vә şifahi ədəbi dil. Ədəbi dilin elmi-filoloji qaydaları vә normaları var. Zәngin üslublar sisteminә malik olan, daim yenilәşsә dә, sabit әnәnәni qoruyub saxlayan "Ədəbi dil" universaldır vә cәmiyyәt hәyatının bütün sahәlәrindә geniş istifadәsi zәruri hesab olunur.

Milli dil daşıyıcıları arasında yüksək sosial nüfuza malik olan milli dilin dialekt alt sistemidir. Həm yazılı, həm də danışıq formalarında fəaliyyət göstərir. Bədii ədəbiyyatın dili, yazıçıların dili, adətən eyni normalara istiqamətlənsə də, özündə çox fərdi, ümumi qəbul olunmayan dili birləşdirir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif xalqlarda ədəbi dilin və bədii ədəbiyyat dilinin yaxınlıq dərəcəsi eyni deyildir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.