Ədüdiddin Ay Aba

Ədüdiddin Əbubəkr Tuğanşah Ay Aba Səlcuqlu əmiri, vali

ƏDÜDİDDİN AY ABA
Ədüdiddin Əbubəkr Tuğanşah Müəyyəd oğlu Ay Aba
Doğum yeri Nişapur
Vəfat tarixi
Vəfat yeri Nişapur
Fəaliyyəti hərbi lider[d]

Həyatı

Ədüdiddin Əbubəkr Tuğanşah Müəyyəd oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.Atasının ölümündən sonra, 1174-cü ildən 1185-ci ilədək Nişapurun hakimi olmuşdu.

Sultanşah Mərvdən Sərəxs üzərinə arasıkəsilməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar. Sərəxsı Sultanşahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Müəyyəd Ay Aba oğlu Toğan şaha Sərəxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sərəxsı, sonra isə Tusu tutdu.[1]

Mərv və Səraxsın təslimindən sonra dağılan və Xorasandakı siyasi tarixləri sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir kütlə Farsa öz eldaşları salqurluların yanına getdi. Onlardan bir çoxunun isə Anadoluya getdiyi ehtimal edilir. Bistamda yaşayan Dinara gəlincə, o, Xarəzmşah Təkişin İraqa yürüşü zamanı buranı da tərk edərək Nişapura, Toğan şahın yanına gəldi və onun bacısı ilə evləndi. Dinar Toğanın ölümünə qədər (məhərrəm, 581- aprel, 1185) onun yanında qaldı və həmin il Kirmana gedərək buranı ələ keçirdi.

O, 1185-ci ildə vəfat edib.

İstinadlar

  1. ibn ül-Əsir, XI, s. 169; Cüveyni, II, s. 20-21 (hər ikisi bu faktı Məşarib üt-təcarib əsərindən götürmüşdür.) İbn ül-Əsir (XI, s. 170) başqa bir salnaməçinin sözlərini nəql edir: Təkiş tərəfindən Xarəzmdən qovulan Sultan şah Mərvi zəbt etmiş və oğuzları buradan uzaqlaşdırmışdır. Ancaq oğuzlar geri qayıdaraq Sultan şahı Mərvdən qaçırmışlar, xəzinəni yağmalamış, adamlarının çoxunu öldürmüşlər. Buna görə də Sultan şah vədlər verərək qara-kıtaylardan mühüm miqdarda qoşun alaraq geri dönmüş, oğuzları Mərv, Səraxs, Nəsa və Əbivərddən qovmuşdur.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.