Əbyəlil rayonu
Əbyəlil rayonu (başq. Әбйәлил районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Askar kəndidir.
Əbyəlil rayonu | |||||
---|---|---|---|---|---|
Әбйәлил районы | |||||
|
|||||
53°25′00″ şm. e. 58°30′00″ ş. u. |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 521 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi yerləşməsi
Rayon Başqırd Zauralın mərkəzi hissəsində və Cənubi Uralın şərq yamaclarında yerləşir. Sahəsi 4.3 min km²-dir. Rayon ərazisinin yarısı meşə ilə örtülüdür. Əsas çayları: Böyük və Kiçik Kizil, Yanqelka, Sakmardan. Rayonda 33 göl vardır. Uraltau və Arendık silsilələri rayon ərazisindən keçir. Dəniz səviyyəsindən 600–1000 m hündürlükdə olan Krıktıtau silsiləsinin davamını təşkil edir (ən yüksək nöqtəsi Karataş dağıdır (1118 m). Bannoye gölü Başqırdıstandakı ən dərin göldür (28 m). Duz gölləri (Muldakkul, Tozlokul) palçıq mənbəyi kimi istifadə edilir. Hər iki göl 1965-ci ildən bəri respublikanın təbiət abidələridir. Son illərdə onlara daha 9 təbii obyekt əlavə edilir. Mauızdı gölünün ətrafları kurort sahəsi elan edilmişdir. Solenom gölündə (Muldakkul, Tozlokul) Başqırd Zauralı bölgəsindəki yeganə balıqyetişdirmə məntəqəsi vardır.
Uraldakı ən qədim (təqribən 200-100 min il) arxeoloji məkan, Karabalıktı gölünün sahilindəki Urta-Tube ibtidai insanların məskunlaşdığı yerdir[2].
Tarixi
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin fərmanına əsasən Başqırd Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsi ləğv edilərək 48 rayon qurulur. 1954-cü ildə heç vaxt yaranmayan Maqnitogorsk vilayətinin bir hissəsi olmalı idi. Əbyəlil rayonu minerallarla zəngindir. 1950-ci illərə qədər burada qızıl mədəni vardı. Böyük Vətən müharibəsi illərində Kusimovski, Yelembetovski və Niyazqulovski mədənlərində Maqnitoqorsk dəmir və polad zavodları üçün manqan çıxarılırdı. 1999-cu ildən etibarən Bəkr-Uzyak yatağında mis istehsalı bərpa edilmişdir. Sahə həm də mərmər, yəşəm, əhəng daşı, xromitlər, mis piritlərlə zəngindir.
Əhalisi
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[3]:
2024 — 47,22 min nəfər.
2035 — 49,58 min nəfər.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 88,6%, ruslar - 8,6%, tatarlar - 1,6%, digər millətlərdən olanlar - 1,2%[4].
İstinadlar
- Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
- "§ 1". bashkiria-ufa.narod.ru (rus). 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
- "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-19.
- "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.