Əbukir döyüşü (1799)

Əbukir döyüşü25 iyul 1799-cu ildə general Napoleon Bonapartın başçılığı ilə 11 000 nəfərlik fransız qoşunu ilə 18 000 nəfərlik Osmanlı qoşunu arasında Misirin Əbukir burnunda baş verən döyüş. Türk qoşunları Əbukir burnuna fransızların Misirdən çıxarılmasında Osmanlıya dəstək verən Böyük Britaniya donanmasına məxsus gəmilərlə, admiral Sidni Smitin rəhbərliyi altında gətirilmişdilər.

Əbukir döyüşü (1799)
Misir ekspedisiyası
General Myurat Əbukir döyüşündə (1799), rəssam: Antuan-Jan Qros, 1806.
Tarix 25 iyul 1799
Yeri Əbukir burnu, Misir
Nəticəsi Fransızların parlaq qələbəsi
Münaqişə tərəfləri

 Fransa

 Osmanlı imperiyası

Komandan(lar)

Napoleon Bonapart

Mustafa Paşa

Tərəflərin qüvvəsi

Fransa
10 000 əsgər
1 000 atlı

Osmanlı imperiyası
18 000 əsgər

İtkilər

Fransa
Canlı qüvvə: Ölü: 220
Yaralı: 600

Osmanlı imperiyası
Canlı qüvvə: Ölü: 7 000
Əsir: 1 500

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Döyüşün xəritəsi

    Napoleon 10 000 piyada və 1 000 süvari ilə döyüşə girərək Osmanlı qoşunlarını məğlub edir və 2 avqustda Əbukir yenidən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə Britaniya donanması tərəfindən məruz qaldığı biabırçı məğlubiyyətin əvəzini çıxmış olur.

    Döyüşdən əvvəl

    Napoleon Bonapart 1798-ci ilin payızında Misir ekspedisiyası zamanı bu torpaqları işğal etdikdən sonra faktiki olaraq bu yerlərin hökmdarına çevrilir. 1799-cu ildə o, Suriyanı ələ keçirmək üçün Misiri tərk edir.[1] İngilislərin köməyinə arxalanan türklər vəziyyətdən istifadə edərək Misiri geri almaq üçün Seyid Mustafa Paşanın başçılığı altında 18 000 nəfərlik ordunu 14 iyulda ingilis gəmiləri ilə Əbukir burnundan Misir sahillərinə çıxarırlar və 16 iyulda əraziyə sahib olurlar. İrəliləməkdən çəkinərək müdafiə mövqeyi tutmağı qərara alırlar. Buna qarşı Napoleon Bonapart Fələstindən geri dönməyi və 11 000 nəfərlik ordu ilə Əbukir uğrunda döyüşə girməyi qərara alır.

    Döyüşün gedişi

    İki saatlıq hazırlıqdan sonra hər iki tərəf artilleriya duelinə başlayır. Fransız generalı Mürat İoahim hər biri üç yüngül topa malik dörd eskadriliyadan ibarət ikicərgəli atlı süvarisini irəli yeridir. Birinci süvari cərgəsi türklərin qərar tutduğu təpələrin arasına istiqamət götürür və bu zaman türk atıcıları onları hər iki tərəfdən güllə-borana məruz qoyurlar. Lakin süvarilərin arxasınca müşayiət edən yüngül toplar atəş açmağa başladıqda, türklər çaxnaşmaya düşərək müqavimət qabiliyyətlərini itirirlər.

    Generallar Lann və Desten vaxtında bunu görərək təpələrə hücuma keçərək onları tuturlar. Türklər dərəyə endikdə burada onları süvarilər qarşılayır. Beləliklə, türklər dənizə qısılırlar. Canlarını qurtarmaq üçün yeganə ümidləri dəniz olan türklər özlərini dalğaların qucağına atırlar. Onlar üzərək gəmiyə yetişməyə can atsalar da əksəriyyəti dənizdə batır. Türk ordusunun mərkəzinin ön cərgəsi cinahlara kömək etmək istədikdə general Mürat məharətlə onları mühasirəyə salır. Artıq döyüşün ilk saatında türklərin itkisi min nəfərlərlə ölçülür. Qalibin əlinə 18 top, 30 sursat qutusu və 50 bayraq keçir. Fransızların türklərin ikinci cərgəsinə hücumu üçün əlverişli şərait yaranır. Mustafa Paşa əhatəsindəki əsgərlərlə birlikdə hücuma keçmiş fransızlara qarşı vuruşarkən general Myurat tərəfindən başından ağır yara alır. Güllə onun bir yanağından girib çənə və dişləri zədələmədən digərindən çıxır. Bundan sonra Paşa minlərlə döyüşçüsü ilə təslim olur. Osmanlıların 3 boncuğu, 100 bayrağı, 32 səhra topu, 120 sursat qutusu, 400 atı döyüş meydanında qalır.

    Döyüşün bitməsi

    Fransızlar osmanlı türk ordusunu darmadağın edərək mütləq qələbə qazandılar. Bu döyüşdə fransızların itkisi 200 ölü və 550 yaralıdan ibarət olmuşdur. Türklər isə demək olar ki, bütün ordunu itirdilər. Onlardan 2 000 nəfər döyüş meydanında ölmüş, təxminən 4 000 nəfər suda batmış, 1 000 nəfərə yaxın döyüşdə aldığı yaralar nəticəsində ölmüş, 1 500 nəfər isə əsir götürülmüşdür. Bu qələbə fransızların 1802-ci ilə kimi Misirdə mövqelərini saxlamasına imkan vermişdir. Lakin Amyen sülhünə əsasən 1802-ci ildə Fransa ərazidən çəkilməli olmuşdur.

    İstinadlar

    1. Durant 1975, p. 113.

    Mənbə

    • Connelly, Owen. 2006. Blundering to Glory: Napoleon's Military Campaigns. MD: Rowman and Littlefield.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.