Əbu Zeyd Bəlxi

Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur.[3] Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlamfiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur.

Əbu Zeyd əl-Bəlxi
Doğum tarixi 850[1]
Doğum yeri Bəlx, Əfqanıstan
Vəfat tarixi 934[2][1][…]
Vəfat yeri
Milliyyəti Fars
Fəaliyyəti Coğrafiya, riyaziyyat, həkim və psixoloq

Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır.

Əsərləri

  • Məsalihül-Əbdan və'l-Ənfüs

Günümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur.

Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir. Həmçinin, əsərində dövrünün həkimlərinin fiziki xəstəliklərə və sağlamlığa əhəmiyyət verməməsini, psixoloji və ya ağıl xəstəliklərini göz ardı etdiklərini qeyd edərək, tənqid etmişdir. Əbu Zeyd əl-Bəlxi bilinən ilk idraki psixoloq və medikal psixoloq, nevroz ilə psixozu aydınlaşdıran ilk adamdır. Bundan başqa, nevrotik xəstəliklərin təsnifatını verən və bu xəstəliklərin hər birinin müalicəsi üçün fərqli müalicələr təklif edən ilk həkimdir.

Digər əsərləri:

  • Əxlaq'ul Uməm
  • Aksam-u Ulum'il Fəlsəfə
  • Aksam'ul Ulum
  • Bəyan-u Vucuh'il Hikmət-i fi'l Əvamir-i və'n Nəvahi'iş Şər'iyyəti
  • Ədəb-üs-Sultan vər-Raiyyə
  • Əl-Əsma vəl-Küna vəl-Əlkab
  • Əl-İlm vət-Ta'lim
  • Kitabu Əməd-il-Aksa fil-Hikməti
  • Kitab'un fi'l Hilaf
  • Kitab-us-Siyasət-is-Sağir
  • Kitab-us-Siyasət-il-Kəbir
  • Ma Yasihhu min Əhkam-in-Nücum
  • Nazm-ul-Qur'an
  • Suvar-ul-Akalim-il-İslamiyyə
  • Şərai-ul-Ədyan

Mənbə

  1. BALKHĪ AL- // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. "ABŪ ZAYD BALḴĪ". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.