Əbu Sac Divdad
Əbu Sac Divdad — Sacilər sülaləsinin banisi, sərkərdə.
Əbu Sac ibn Divdad | |
---|---|
Azərbaycan və başqa vilayətlərin valisi | |
868 – 870 | |
Sonrakı | Məhəmməd ibn Əbu Sac |
Şəxsi məlumatlar | |
Doğum tarixi | IX əsr |
Doğum yeri | Usruşana |
Vəfat tarixi | |
Vəfat yeri | Qondişapur |
Fəaliyyəti | hərbi lider[d] |
Uşaqları | Məhəmməd ibn Əbu Sac;Yusif ibn Əbu Sac Divdad |
Dini | İslam (sünnilik) |
Həyatı
Əbu Sac Divdad Soqdiananın Usruşana vilayətində doğulmuşdu. Atasının adı Divdaştdır. Əbu Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, Afşinin iqamətgahına gətirilməsi münasibətilə çəkilmişdir. 839-cu il də Afşin Heydər ibn Kavus xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu Sacı Azərbaycanın Xilafətə qarşı çıxmış hakimi Minkicəvr əl-Fərqaniyə qarşı yolladı. Elə həmin il Əbu Sac Xilafətə qarşı üsyan qaldırmış başqa bir yerli hakimin, Təbəristan hakimi Məzyarın cəzalandırılması üçün də göndərilmişdi. Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi kimi yüksək vəzifəyə təyin etdi . 865-ci il ədək Əbu Sac bu vəzifədə qaldı. 865-ci il də Əbu Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzə qarşı Mesopotamiyadakı əl-Mədain[1] şəhərlərinin idarəsi tapşırılmışdı. 866-cı il də Əbu-s-Sac Kufə şəhəri və onun ətrafının canişini təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur. Əbu Sac Hələb, Kinnəsrin, Diyar-Mudar və sərhədyanı vilayətlərin (əs-Suğur) valisi olmuşdu. Əbu Sac Divdad 868-870-ci illərdə Azərbaycan və ətrafına başçılıq etmişdi. 870-874-cü illərdə isə üsyan etmiş mütəğəlliblərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 874-cü il də Əbu Sac Əhvaz hakimi təyin olunur. Burada o, əd-Dulab adlı yerdə Əbu-s-Sac qoşunlarını darmadağın edən zincilərə qarşı mübarizə aparmalı olur. Əhvaz vilayəti zincilər tərəfindən ələ keçirildikdən və qaynı Əbdülrəhman öldürüldükdən sonra Əbu Sac tutduğu vəzifədən azad olunur.
Ölümü
Yaqub əl-Səffarla birləşərək 876-cı ildə xəlifə əl-Müvəffəqə qarşı vuruşmuş, məğlub olmuş və İraqdakı bütün mülkləri əlindən alınmışdı. Bağdada sülh üçün gedərkən yolda, oktyabr ayında Qondişapurda vəfat etmişdir.
İstinadlar
- Madelung, Wilfred. "Banu Saj." Encyclopaedia Iranica. Ed. Ehsan Yarshater. Columbia University.