Əbu Süleyman Məhəmməd əs-Sicistani
Əbu Süleyman Məhəmməd Sicistani (farsca: ابوسلیمان سجستانی) (təq. 912[1], Bağdad – təq. 987[1][2], Bağdad[3]) — İslam humanizmi dövrünün Bağdad filosoflarından biri idi. Mənşəcə fars idi[4], indiki İranın Sicistan və ya Sistan əyalətindən olduğuna görə bu adı daşıyırdı. Əl-Məntiqi də adlandırılırdı (e.ə. 932 - e.ə. 1000 il).
Əbu Süleyman Məhəmməd əs-Sicistani | |
---|---|
Doğum tarixi | təq. 912[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 987[1][2] |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Fəlsəfəsi
Dindar olmasına baxmayaraq, həm dini, həm də fəlsəfəni etibarlı və doğru mənbə hesab edirdi; sadəcə onların hər biri fərqli mövzuları əhatə etdiyini zənn edirdi. Beləliklə, Kalam elmindən istifadə edən ilahiyyatçıların rasionallıq ilahiyyatını və "Saflıq qardaşları" tərəfindən irəli sürülən fəlsəfə və dinin sintezi ideyasını rədd etdi.Ən məşhur əsəri Sivan əl-ikma "Hikmətin gəmi", öncəki dövrlərdən zamanına qədər olan qədər fəlsəfə tarixini təsvir edirdi.
Sicistani hesab edirdi ki, həqiqət haqqında biliyi ancaq bir təlimlə, bir elm sahəsi ilə kəsb etmək mümkün deyildir. Hər bir ideyada həqiqət haqqında azacıq da olsa bilik mövcuddur. Elə isə ancaq bir təlimdən yapışıb digərini rədd etmək həqiqətin aşkara çıxmasına mane olur. Dinlə fəlsəfə arasında əsaslı ziddiyyət axtarmaq həqiqətin aşkara çıxarılmasını çətinləşdirir. Odur ki onların ziddiyyəti mümkün deyildir[5]. Bununla yanaşı, Sicistani məzmun, məqsəd və metod baxımından dinlə fəlsəfəni bir-birindən fərqləndirmişdir. O, yunan fəlsəfəsinin Şərq hikməti və islam dininə uyğunluğu haqqında traktatları oxuyur, dinlə fəlsəfənin uyğunlaşdırılmasına dair fi kirləri tənqid edirdi. Filosof iddia edirdi ki, dinlə fəlsəfəni birləşdirmək mümkün olsaydı, Allah bunu müqəddəs yazılarda insanlara xəbər verərdi. Yəni, dini fəlsəfi cəhətdən izah etmək birincinin natamamlığı mənasına gəlir, deməli, onları bir-birindən fərqləndirmək lazımdır. Fəlsəfə – din, din də fəlsəfə deyildir, mənşə baxımından ayrı-ayrı sahələrdir. Vəhy – dini, ağıl isə fəlsəfi biliyin mənbəyidir; aralarındakı fərqli cəhətlərin süni şəkildə ləğvi yolverilməzdir. Bu səbəbdən zəkanın imana müdaxiləsinə lüzum yoxdur[6]. Ağılı vəhydən bütövlükdə təcrid edən Sicistani deyirdi ki, zəka vəhy olmadan insanı kamilləşdirə bilər. Ola bilsin ki, Sicistani bu iddianı vəhyin ağılla izahının qey- 135 ri-mümkünlüyünü, dinlə fəlsəfənin ayrı-ayrı sahələr olduğunu isbatlamaq məqsədilə səsləndirmişdir.
Xülasə, Sicistani bütün elm sahələrinin həqiqət haqqında bilikləri bu və ya digər dərəcədə ehtiva etdiyini iddia etməklə dinlə fəlsəfənin bir-birinə zidd olmadığını bildirmişdir. Amma o, məzmun, məqsəd və metod baxımından onları bir-birindən fərqləndirmiş, bəlkə də, məhz bu cəhəti isbatlamaq üçün dünyanın əzəliliyi və ağlın müstəqilliyi məsələlərində özünəməxsus ideyalar səsləndirmişdir.
Mənbə
- Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 133-135.
İstinadlar
- الفارابي (unspecified title) (ərəb.). / red. ع. ب. مخلوف, tər. (not translated to ar) دار النشر سوي, 2007. S. 15. 239 s. ISBN 978-2-02-048161-8
- https://archive.org/details/galerikitabkuningfiles2/book1/mode/2up. S. 11.
- various authors Encyclopedia of Medieval Philosophy. / red. H. Lagerlund Springer, Dordrecht, 2011. S. 17. doi:10.1007/978-1-4020-9729-4
- Frye, ed. by R.N. (1975). The Cambridge history of Iran (Repr. ed.). London: Cambridge U.P.
- Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 143.
- محمد يوسف موسى. بين الدين و الفلسفة في رأي ابن رشد و فالسفة العصر الوسيط. مصر: دار المعارف، 19 s. 68.