Əbu Rafi

Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır.

Əbu Rafi
Doğum tarixi bilinmir
Doğum yeri
Vəfat tarixi təq. 660
Vəfat yeri

Həyatı

Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir. Səlmadan onun Ubeydullah adlı oğlu doğulur. Əbu Rafi Abbas ibn Əbdülmüttəlibın həyat yoldaşı Umm əl-Fədl ilə birlikdə Məkkədə İslamı qəbul edir[1]. Müsəlman olsada qul olduğu üçün hicrət edə bilməmişdi.

Əbu Süfyan məkkəlilərin Bədrdə gördükləri məğlubiyyəti təsvir edərək dedi ki, onların yerlə göy arasında dayanan ağ geyinmiş, qara atlı adamlar tərəfindən məğlub edildiklərini söyləyir. Bu əsnada Əbu Rəfi onların mələk olduqlarını iddia etdikdə Əbu Ləhəb tərəfindən döyülür. Əbu Rafi Mədinəyə Bədrdə əsir düşən Abbas ibn Əbdülmüttəlib üçün fidyə gətirilir. Bədr döyüşündən sonra Məkkəyə köçür və Məhəmməd peyğəmbərə xidmət edir.

Uhud döyüşündə və ondan sonra müsəlmanların müşriklərə qarşı yürüşlərində iştirak etmişdir. Əbu Rafi zövcəsi Səlma ilə Xeybərə səfərə çıxır. Daha sonra Səlma Məhəmməd peyğəmbərin oğlu İbrahim ibn Məhəmmədin (aprel 630) doğumunda yardımçı olur. Əbu Rəfi Peyğəmbərə oğlu olduğunu dedikdə, ona bir qul hədiyyə verir.

629-cu ilin ümrəsində və Misirin fəthində (639-641) iştirak etmişdir. Hədislər nəql ertmişdir. O, ehtimala görə 655-660-cı illər arasında Kufədə vəfat etmişdir. Əl-Vaqidi Əbu Rafinin xəlifə Osman ibn Əffanın (ö. 656) öldürülməsindən əvvəl Mədinədə vəfat etdiyini bildirir[2][3]. Onun altı övladı olmuşdur: Rafi, Həsən, Ubeydullah, Mütəmir (Muqirə), Əli və Səlma

İstinadlar

  1. Э. Кулиев. "Абу Рафи'". e-minbar.com. Электронный минбар. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
  2. ص113 — كتاب الإصابة في تمييز الصحابة — أبو رافع الأنصاري — المكتبة الشاملة
  3. ص156 — كتاب أسد الغابة في معرفة الصحابة ط العلمية — إبراهيم أبو رافع — المكتبة الشاملة
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.