Əbu Davud
Əbu Davud və ya tam adı ilə əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني, 817[1], Sistan – 888[1], Bəsrə, İraq, Abbasilər) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi.
Əbu Davud | |
---|---|
ərəb. أبو داود | |
Doğum tarixi | 817[1] |
Doğum yeri | |
Vəfat tarixi | 888[1] |
Vəfat yeri | |
Elm sahələri | fiqh |
Tanınmış yetirmələri | Məhəmməd Tirmizi, Nəsai |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Azd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar[2]. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur[3].
Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi. O, 300-dən çox mühəddisdən hədis öyrənmişdir ki, onların arasında Əbu Sələmə, Əhməd ibn Hənbəl, İbn Əbu Şeybə, Yəhya ibn Main [2] və bir çox başqaları[3] kimi məşhur mühəddislər də vardır.
Əbu Davud hüquqi mövzularda hədislərə xüsusi diqqət yetirmişdir. O, hüquqi məsələlərdə hər hansı "zəif" hədisdən istifadə etməyi qiyasla hökmə əməl etməkdən daha üstün hesab etmişdir.
889-cu ildə Bəsrədə vəfat etmişdir[4].
Əməyi
Əbu Davud 21-ə yaxın kitabın müəllifidir, onlardan ən məşhurları:
- "Sünəni-Əbu Davud" 4800-ə yaxın hədisdən ibarət hədislər toplusudur.
- Kitab əl-Mərasil 600 mürsəl hədisdən ibarət hədislər toplusudur.
- Risalət Əbu Davud ila Əhli Məkkə — Məkkə əhlinə onun sünənini təsvir edən məktub[5].
Sünən Əbu Dauda
Sünəni Əbu Davud Səhihi Buxari və Səhihi Müslim məcmuələrindən sonra sünni alimləri tərəfindən tanınan altı hədis toplusu arasında üçüncü yeri tutur. "Sünən"dən gələn hədislər şəriətin bir çox məsələlərinə güclü dəlillər verir. Çox vaxt "Sünən"də Səhihi Buxari və Səhihi Müslimin məcmuələrində olmayan hədislərə rast gəlmək olar. Əbu Davud hədisləri çox diqqətlə seçdiyi və tədqiq etdiyi 500.000 hədisdən 4800-ə yaxınını öz toplusuna daxil etdiyi üçün bir çox alimlər Əbu Davudun işini yüksək qiymətləndirmişlər. Bir çox hədislər səhihlik dərəcəsinə çatır[2].
Sünnənin bir neçə siyahısı vardır ki, mətnlərində kiçik uyğunsuzluqlar vardır[3].
İstinadlar
- Deutsche Nationalbibliothek Record #119462575 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Muslim Press, 2011
- Али-заде, 2007
- أبو داود // سير أعلام النبلاء
- Translation of the Risālah by Abū Dāwūd Arxivləşdirilib 2009-08-19 at the Wayback Machine
ədəbiyyat
- Ализаде А. А. Абу Давуд // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — С. 27. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0)
- Abū Dāʾūd al-Sid̲j̲istānī / Robson, J. // Encyclopaedia of Islam. 2nd ed : [en.] : in 12 vol. / ed. by P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs et al. — Leiden : E. J. Brill, 1960–2005.