Əbu Ömər əl-Şişani

Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri.

Əbu Ömər əl-Şişani
Tarxan Batiraşvili
Doğum tarixi
Doğum yeri Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR, Pankisi dərəsi, Birkiani kəndi
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Rakka,Suriya
Vəfat səbəbi döyüşdə ölüm[1][2]
Vətəndaşlığı Gürcüstan Gürcüstan
İraq Şam İslam Dövləti (de-fakto)
Həyat yoldaşı Seda Dudurkaeva
Uşağı qızı: Sofiya[3]
Atası Teymuraz Batiraşvili
Milliyyəti kist, yəni çeçen
Fəaliyyəti hərbi qulluqçu, Mücahid
Üzvlüyü

Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir.

Həyatı

Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir:

" Üç oğlum var - üçü də islamçı olub. Mən isə xristianam, kilsəyə gedirəm. Nə mənim atam, nə də babam müsəlman olmayıblar.[3] "

Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.[3]

Yeniyetmə vaxtı

Yaşadıqları Pankisi dərəsi İkinci Çeçen Müharibəsində üsyançıların əsas tranzit bölgələrindən biri olduğundan müharibənin qızğın vaxtlarında atası Temuri ilə, 13-14 yaşlı Tarxan çeçen mücahidlərə kömək olmaq üçün gizlin yollarla Rusiyaya keçmiş və bəzən də mücahidlərlə birgə rus qoşunlarına qarşı mübarizə aparmışdı.[4]

Hərbi xidmətdə

Məktəbi bitirdikdən sonra Gürcü Ordusunda xidmətə başlayan Batiraşvili burada silah və xəritə üzrə bilikləriylə fərqləndiyindən tez bir zamanda keçmiş komandiri Malxaz Topurianın rəhbərlik etdiyi xüsusi kəşfiyyat dəstəsinə qəbul edilir.

Yeni təşkil edilmiş kəşfiyyat dəstəsində çavuş rütbəsinə yüksələn Batiraşvili 2008-ci il Rus-Gürcü müharibəsi vaxtı gürcü tərəfdən ön cəbhədə xidmət etmiş, rus tank kolonlarının kordinatlarını gürcü artilleriya birliklərinə ötürmüşdür.

Gürcüstan Müdafiə Nazirliyi bildirir ki, 2010-cu ilin sentyabr ayında Batiraşvili qanunsuz silah saxlamada ittiham edilərək 3 il müddətinə həbsə məhkum edilmişdir.<ref name="The Wall Street Journal">The Wall Street Journal: Meet the Rebel Commander in Syria That Assad, Russia and the U.S. All Fear.İŞİD-in liderlərindən olan Əş-Şişani ABŞ-nin martın 4-də Suriyanın Əş Şəddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində yaralanıb.Əbu Umar Əş-Şişani ağır yaralandıqdan sonra bir neçə gün koma vəziyyətində olub və 14 martda ölmüşdür.

İstinadlar

  1. White House press briefing.
  2. https://obamawhitehouse.archives.gov/the-press-office/2016/08/04/press-conference-president-after-meeting-national-security-officials.
  3. BBC Azərbaycanca: Gürcü serjant necə cihadçı oldu? Arxivləşdirilib 2014-08-17 at the Wayback Machine (9 iyul 2014)  (az.)
  4. The Wall Street Journal: Meet the Rebel Commander in Syria That Assad, Russia and the U.S. All Fear Arxivləşdirilib 2014-10-20 at the Wayback Machine (19 noyabr 2013)  (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.