Əbu-Dabi Qran-prisi

Əbu-Dabi Qran-prisi (ərəb. سباق جائزة أبوظبي الكبرى) - Formula 1 üzrə dünya çempionatının əsas mərhələlərindən biri. BƏƏnin paytaxtında keçirilir.

Yas Marina trası

Ümumi məlumat

Əbu-Dabi yarışları ilk dəfə 2009-cu il sezonunda keçirilmişdir. Əslində Qran-pri Əbu-Dabi şəhəri yaxılığındakı Yas adasında qurulmuş Yas Marina avtodromunda keçirilir. Süni şəkildə yaradılmış ada Əbu-Dabi əmirliyinə daxildir.

Qran-pri Formula 1 tarixində gecə-gündüz sistemi ilə keçirilən ilk yarışdır. Gecə yarışlarını keçirmək üçün avtodromda projektorlar qurulmuşdur. Bu sistemin tətbiqinin əsas səbəb ərazidə iqlimdən aslı olaraq havanın çox isti keçməsidir. Pilotlar yarışa təbii işıqda başalayır və süni işıqlar altında bitirirlər. Təbii işıqdan süni işıqa keçid zamanı sürücülər çətinlillə qarşılaşırlar.

Yas Marina trası 55 halqadan ibarət olub, uzunluğu 5554 metrdir. Bu trasda olan düz yol bütün F1 traslarında qurulmuş ən uzun düz yollardan biridir.

Formula 1 yarışlarında yegənə qapalı tribunlar burdadır. Avtodromun ümumi tutumu 55 mindir. Bundan başqa tras qarşısında süni buxta yaradılmışdır ki, burdakı yatlardan da yarışı izləmək mümkündür.

Qaliblər

Pilotlar

Qalibiyyət sayı Pilot İl
4 Böyük Britaniya Lyuis Hemilton 2011, 2014, 2016, 2018
3 Almaniya Sebastyan Fettel 2009, 2010, 2013
1 Finlandiya Valtteri Bottas 2017
Almaniya Niko Rosberq 2015
Finlandiya Kimi Raykkönen 2012
Niderland Max Verstappen 2020

Komandalar

Qalibiyyət sayı Komanda İl
5 Almaniya Mercedes 2014, 2015, 2016, 2017, 2018
3 Avstriya Red Bull-Renault 2009, 2010,2013
1 Böyük BritaniyaMclaren-Mercedes 2011
Böyük Britaniya Lotus-Renault 2012
Avstriya Red Bull-Honda 2020

İstinadlar

Həmçinin bax

"Formula-1" Qran-pri siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.