Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir.[2]
Əbrəc Əlbeyt Qüllələri | |
---|---|
| |
21°25′08″ şm. e. 39°49′35″ ş. u. | |
Ölkə | |
Yerləşir | Məkkə, Səudiyyə Ərəbistanı |
Tikilmə tarixi | 2004-2012 |
Mərtəbə sayı | 120[1] |
Mərtəbə sahəsi |
|
Memar | Devid Nan |
Memarlıq quruluşu | Postmodern memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Tikintisi
2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır.[3] Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd. dollar xərclənmişdir.[4] Binanın ümumi tutumu 65 000 nəfərdir. Həmçinin, binada 4000 nəfərlik məscid də fəaliyyət göstərir. Saat qülləsinin dörd tərəfli saatının diametri 46 m olan hər bir tərəfi qızıl suyuna salınmış keramik lövhədən ibarətdir.[5] Dünyanın ən hündür ikinci binası olan Əbrəc Əlbeyt Qüllələrinin Məscidül-Hərama baxan tərəfində ərəbcə yazılmış "Allahın adı ilə" kəlməsi iki milyon ədəd LED lampası ilə işıqlandırılır.
Qalereya
- Gecə görüntüsündə Saat Qülləsi
İstinadlar
- http://www.skyscrapercenter.com/mecca/makkah-royal-clock-tower-hotel/84/.
- "Clock tower museum in Makkah thrown open to visitors". Saudigazette (ingilis). 11 May 2019. 5 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2019.
- Bsheer, Rosie. "How Saudi Arabia obliterated its rich cultural history". Middle East Eye (ingilis). 20 December 2020. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
- - Abraj Al Bait Arxivləşdirilib 11 iyul 2016 at the Wayback Machine Abraj Al Bait Towers, Mecca, Saudi Arabia
- "Makkah Clock Royal Tower, A Fairmont Hotel - The Skyscraper Center". Council on Tall Buildings and Urban Habitat. 28 March 2014 tarixində orijinalından arxivləşdirilib.
Xarici keçidlər
- "Makkah Clock Royal Tower". en:Emporis. 25 April 2021 tarixində orijinalından arxivləşdirilib.
- Reshaping Mecca—slide show, en:The New York Times