Əbdürrəhman ibn Rəbiə
Əbd ür-Rəhman ibn Rəbiə ərəb: (عبدالرحمن بن ربيعة) erkən Xilafət dövrü ərəb sərkərdəsi. Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır.
Təbəriyə görə 642-643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər.[1] Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.[2]
İstinadlar
- Təbəri, I, 2668
- yenə orada, I, 2668-2669-2871.
Həmçin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.