Əbdülqadir İnan
Fəthəlqadir Mustafa oğlu Süleymanov (başq. Фәтхелҡадир Мостафа улы Сөләймәнов); mühacirətdə — Əbdülqadir İnan (başq. Абдулҡадир Инан); 29 oktyabr 1889, Şiqay kəndi, Yuxarı Ural qəzası, Ufa quberniyası (müasir Sarı Küldək kəndi, Kunaşak rayonu, Çelyabinsk vilayəti) Rusiya imperiyası — 26 iyul 1976, İstanbul, Türkiyə) — yazıçı, filoloq, etnoqraf, publisist, içtimai-siyasi xadim, şərqşünas.
Əbdülqadir İnan | |
---|---|
başq. Фәтхелҡадир Мостафа улы Сөләймәнов | |
Doğum tarixi | |
Doğum yeri | Şiğay, Başqırdıstan, Rusiya imperiyası |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Elm sahəsi | fəlsəfə |
İş yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fəthəlqadir Süleymanov 29 oktyabr 1889-cü ildə Başqırdıstanın Şığay-Harı Külmək kəndinndə (indiki Çelyabinsk vilayətinin Kunaşak rayonunun Şikayevo kəndi) doğulmuşdur. Bioqrafik kitablarda, ensiklopediyalarda adı Əbdülqadir İnan kimi qeyd edilir. O bu adı Türkiyədə almışdır.
Kəndindəki üsul-u cədid (yeni üsul) məktəbində yazıb-oxumağı, rus dillini, Troitskdə "Rəsuliyyə" mədrəsəsində oxuyarkən ərəb, fars, türk dillərini mükəmməl öyrənmişdir. 1914-cü ildə Ali Müəllimlər Məktəbini bitirmiş və 1915-ci ildə "Ümumrusiya Müsəlmanlarının Məhkəmə-i Şəriyəsi" qarşısında imtihan vərərək müdərris (müəllim, din alimi, professor) ünvanını və diplomunu almışdır.
Tanınmış başqırd maarifçisi Əbdürrəhman Rəsuli şagirdi, gənc Fəthəlqadirə 1910-cu ildən Rusiyadaki türk xalqlarının dastanlarını, etnoqrafyasını, adət-ənənlərini, dinlərini incələməyi tapşırır. Araşdırçamı başqırdların ən aktual probleminə həsr etdiyi ilk elmi-publisistik məqaləsini də 1908-ci ildə Orenburqda çıxan "Vakıt" qəzetində çap etdirir.
1918-ci il milli oyanışın təsiriylə yaranan "Başkurt" qəzətində yazar olaraq çalışan Fəthilkadir Söləymanov 1919-cu ildə Başkurt Təhsil nazirliyi elmi kurulunda vəzifə almışdır. 1919-1920-ci illərdə Leninqrada getməli, kitabxanalarında çalışaraq Türklüyü ilgiləndirən əsərləri vətənə gətirməli olur.
Milli məsələdə Bolşeviklərlə bölüşəmədiklərinə görə 1914-cü ildən tanıdığı və dostluq etdiyi Əbdülzəki Validi(Əhməd Zəki Vəlidi Toğan) ilə birlikdə 1923-cü ildə vətəni tərk edərək Asiya Türklərinin yaşadığı çeşidli bölgələri, İranı, Əfqanıstanı, Hindistanı dolaşdıqdan sonra 1924-cü ildə Avropaya keçərlər.(Yeni Türk Ansiklopedisi,1985:1438). Paris və Berlində elmi çalışmalar apardıqdan sonra 1925-ci ilin iyulunda İstanbula gəlir.(Türkiyə Dışındaki Türk Ədəbiyyatları Antolojisi,2004:418).
Həmin il vətəni tərk etməli olan ziyalılar yalnız Əbdülzəki Validi və Əbdülqadir İnan olmamışdır. Onlarla siyasi xadim, hərbçi, aydın də təqiblərdən yaxa qurtarmaq üçün vətəndən getməli olmuşdur. Onların bir qismi də Azərbaycana sığınmışdır. Buna misal Azərbaycanda yaşadığı 1923-1937-ci illərdə üslubiyyata aid 14 monoqrafiya və dərslik yazmış Abdulla Şərifovu, Əziz Qubaydullini və b. göstərmək olar.(Ural-Altay: bıyattar aşa kiləçəkkə,2005:460).
1925-ci il Türkiyat İnstitüsündə Fuat Köprülüyə asissent təyin edildi və Əbdülqadir İnan, Tüküstanlı, Türkmən, İdel oğlu, B.Süləyman imzalarıyla «Türkəad», «Yeni Türküstan», «Yeni Kafkasya» «Bildiriş» və b. yayınlarda elmi, publisistik məqalələr dərc etdirir. Türk folkloru malzəmələri toplusu olan «İlk elmi səfərdən məruzə» adlı kitabını 1930-cu ildə çap olunur.(İstoriya i Kulıtura Başkortostana,1997:359).
Əbdülqadir İnan elmi çalışmaları öyrənilsə də, onun siyasi fəaliyəti, Azərbaycan muhacirləriylə əlaqəsi indiyədək araşdırılmayıb. Bu isə onun sonraki fəaliyətini doğru qiymətləndirmək və araşdırmaq üçün olduqça önəmlidir. Azərbaycan mühacirlərinin qəzet və jurnallarında məqalələr yayınladmaqla yanışı o “Odlu yurt” jurnalında və “Bildiriş” qəzətində çalışmışdır. “Bildiriş” gazətəsinin ilk sayından «imtiyaz sahibi: A.Kazımzadə, məsul müdürü: Kamal» olduğu göstərilir. 1931-ci ilin iyunun 11də həmin ilin avqustun 13-ünədək «imtiyaz sahibi: A.Kazımzadə, məsul müdürə: B. Süləyman olmuştur. Sonraki saylarda isə «umumu nəşriyat və yazı işləri müdirə: Mirzə Bala» olduğu yazılmıştır. (Ağaoğlu.2004:6). Bundan başqa «Odlu yurt» jurnali da Məhəmməd Əmin Rəsulzadənin baş mühərrirliyi, A.Kazımzadənin imtiyaz sahipliyi, Kamalın və B.Süleymanın məsul müdürlüyü ilə yayınlanmıştır. (Tahirli,2002:28)
“Bildiriş” gazətəsinin 1931-ci il iyunun 4-də çap olunan 44 sayından başlayıp 1931 yıl 25 Hazirinındakı 47 sayında bitən “Başkurt ıstan məsələsi və Başkurt hərəkatı (Şamson Tipəyəfin əsəri münasəbətiylə)” məqaləsinin başlığın altında və makalənin sonunda “Yazan: Başkurtıstanlı Əbdülqadir” imzası var. Dəmək bu makalənin müəllifi Əbdülqadir İnandır (Fəthəlkadir Süləyman). Bundan başqa Tatarıstan, Başkurdıstan, Kazakistan, Sibər Türkləri hakkında olan makalələr və ya onların fakatlarını gazətə Əbdülqadir İnan vasıtasıyla gəlirmiş. Azərbaycanlılarla sık bağlı olan Əbdülqadir İnan 1940-1970 yıllarda yazmış olduğu ilimi makalələrdə bələ Azərbaycan folklor və ətnografya malzəmələrindən gəniş istifadə ətmiştir. Sözsüz ki, bu malzəmələrin çoğunu ona arkadaşları Məhəmməd Əmin Rəsulzadə, M.B.Məmmədzadə, A.Kazımzadə, Ə.Cəfəroğlu və b. almıştır.
1933-cü ildə Ankara «Türk Dil Kurumu»nda ilk ixtisas katibi (başuzman)[1] [2] kimi fəaliyyətə başlayan Əbdülqadir İnan 1936-da Atatürkün əmriylə profəsör olarak tayın ədildi və 9 yıl Dil və Tarih-Coğrafya Fakültəsində “Doğu Türk Ləhçələri” dərsi vərmiştir. Sovyətlər Birliğinin İkinci Cihan Savaşında dönüş yaratması Türkiyə hükümətini korkuya saldı. Savaşı kazanan Sovyət ordusunun gəri dönərkən Türkiyəyə girəcəği korkusu yarandı. Türkiyə siyasiləri millətini, vatanını səvən ilimlə uğraşan bilim insanlarını kurban vərmək kararına gəldi. Zəki Vəliti Toğan, Əbdülqadir İnan və b. bilim kişiləri görəvdən alınarak mahkəməyə verildilər. Sovet təhlikəsi ötdükdən sonra 1945-ci ildən Əbdülqadir İnan Türk Dil Kurumunda, Diyanət İşləri Bakanlığı Müşavərə Həyətində, 1964-1973 yılları arasında da Türk Kültürünü Araştırma Ənstitüsündə çalışmıştır. (Yəni Türk Ansiklopədisi,1985:1438).
Məktəb müallimi, ünivərsitə profesoru, jurnalist kimi faaliyət göstərməklə yanışı, daim əlimi araştırma ilə məşgul olan Əbdülqadir İnanın ətnografya, folklor, ədəbiyyat, Türk halklarının dili sahasında 350 ilimi əsəri yayınlanmıştır. Onun “Tarixdə və Bugün Şamanizm”(1954 və 1972-ci il), “Türkoloji Dərs hülasası” (1936), “Makalələr və İncələmələr” (1968), “Əski Türk Dili Tarihi” (1976) kitapları təkçə Türkiyədə deyil, dünyanın hər yerində Türkoloqlar tərəfindən yüksək kıymətləndirilir. Əbdülqadir İnanın Türkiyə, Azərbaycan, Rusiya və b. ölkələrdə yaşayan araştırıcıların əsərləri haqqında incələmələr də az deyildir.
Əbdülqadir İnan (Fəthəlkadir Süləyman) 1976-cı ildə Türkiyədə vəfat etmişdir.
Ədəbiyyat
- Абдулкадир Инан. Библиографический указатель. Издательство «Гилем». Уфа, 1996. 62 стр.
- Инан А. Шаманизм тарихта һәм бөгөн. Өфө, 1998.(на башк. яз.)
- Tarihte ve bugun samanizm. Materyaller ve Arastirmabar. III Baski. Abdulkadir Inan. Ankara, 1986 — 8:64.
- Из истории российской эмиграции: письма А.-З. Валидова и M. Чокаева (1924—1932 гг.). — Москва, РАН, 1999.
- Судьба и наследие башкирских ученых-эмигрантов. Уфа, 1995
- Башкортостан: Краткая энциклопедия. Уфа, 1996.
- Шакур Р. Абдулкадыр Инан//Знаменитые башкиры. Уфа, 1998. (На башк. яз.)
- Хабиров М. М. Инан Абдулкадыр//Календарь знаменательных и памятных дат, 1999. Челябинская область. Ч., 1999.
Xarici keçidlər
- Зауральская Башкирия. Кунашакский район
- Значение научных идей Абдулкадира Инана в развитии этнологических, религиоведческих и правоведческих знаний/Дамир Валеев
- Абдулкадир Инан. На башкирском яйляу. Пер. Л. Аралбаевой
- Абдулкадир Инан и религия древних тюрков/Байназарова Р. А. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Инан Абдулкадыр
- Философская мысль в Башкортостане
- Türk Dil Kurumu. "Türk Dili Tetkik Cemiyeti Bülteni". archive.org (türk). 1934.
- Türk Dil Kurumu. "TDK Arşiv". twimg.com (türk). 1936. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.