Əbdülqədir Paşa
Əbdülqədir Paşa (ö. 1685) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
Əbdülqədir Paşa | |
---|---|
dekabr 1661 – mart 1662 (ləqəbi: Hüsambəyzadə) | |
Əvvəlki | Hüsambəyzadə Əli Paşa |
Sonrakı | Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Hüsambəyzadə Əli Paşa |
Həyatı
Doğum tarixi məlum deyil. Atası Sultan Mehmed dönəminin kaptan-ı dəryalarından Hüsambəyzadə Əli Paşadır. Bu səbəblə bəzi mənbələrdə Hüsambəyzadə olaraq anılır. Dərya bəylərindən olub, atasının vəfatının ardından 1661-ci ilin dekabrında kaptan-ı dəryalığa gətirildi. Ancaq 2 ay sonra vəzifədən alınaraq Rodos bəylərbəyi, 1663-cü ildə isə Sivas sancaqbəyi olaraq təyin edildi. Ardından ikinci dəfə Rodos bəylərbəyliyinə təyin edilsə də, çox keçmədən kaptan olaraq Qara dənizə göndərildi. 1680-ci ildə Mustafa Paşanın vəfatı ilə başsız qalan Osmanlı donanmasını İstanbula gətirmişdir. Bu xidməti mükafatlandırıldı və üçüncü dəfə Rodos bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 1685-ci ildə vəfat etdi.
Mənbə
- Sicill-i Osmani I, səh. 132