Əbdülhey Çoban
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj.[1]
Əbdülhey Çoban | |
---|---|
türk. Abdülhey Çoban | |
Qurdlar Vadisi personajı | |
İlk görünmə | Qurdlar Vadisi 30-cu bölüm |
Son görünmə | Qurdlar Vadisi Pusqu 229-cu bölüm |
Yaradan | Raci Şaşmaz, Məhməd Turqut[d] |
Canlandıran | Kənan Çoban |
Səsləndirən |
Qədir Çermik (əsasən) Əngin Yüksəl (bəzi bölümlər) |
Doğum tarixi | 1975 |
Ölüm tarixi |
12 iyun 2014, İstanbul |
Kod adı | Əqrəb |
Məlumat | |
Tam adı | Zülfü Yüksəl |
Ləqəb(lər)i | Əbdül |
Cinsi | kişi[d] |
Peşə | Dövlət qulluqçusu |
Əlaqələri |
Polad Ələmdar Məmati Baş (öldü) Ərxan Ufuk Cahid Qaya Qara (öldü) Akif Dəvəçi (öldü) Aslan Akbəy (öldü) |
Həyat yoldaşı | Qayə Əraslan |
Dini | İslam |
Milliyyəti | Türk |
Səsləndirmə
Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi.
Qurdlar Vadisində Əbdülhey
"KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib. Daha sonra Aslan Akbəy tərəfindən İstanbula çağırılıb və Polad Ələmdarı qoruması üçün yanına yerləşdirilib. Adı ərəbcədir və orijinal forması "Abd al-Hayy"dır və "canlı/həyatı verən (əl-Hayy) qulu" mənasını verir.
Bir müddət sonra ona "KGT" agenti olan və mafiya quruluşuna sızmış Polad Ələmdar adlı adamı qoruyacağı son vəzifəsi verildi. Vəzifəsinə görə Polad Ələmdarın qarşısına zibilçi kimi çıxdı. Bu hadisədən sonra Polad Ələmdar və Əbdülhey çox yaxşı dost oldu.
Qurdlar Vadisi Pusquda Əbdülhey
"Qurdlar Vadisi" əməliyyatı bitdikdən sonra sol əli olaraq Polad Ələmdarın yanında qaldı. Bir dəfəsində aralarına girib sonradan tərəf dəyişdirmiş olan Hakan və Amerika agentləri tərəfindən işgəncə altında dindirilmiş (Qurdlar Vadisi Pusqu 18-ci bölüm), başqa bir dəfə Aron Feller tərəfindən beyninə dərman verilmiş, yaddaşını itirmiş və Hakanında xidmət etdiyi İsgəndər Böyükə xidmət etmişdir. Daha sonra xilas edilmiş və Doktor Qayə Əbdülheyi müalicə etmişdir. Lakin sonra Polad Ələmdar yaddaşını bərpa edə bilmişdir. Bundan başqa, Əbdülhey (Zülfü Yüksəl) komandanın sakit üzvlərindən biridir, əməliyyatlarda ehtiyatlıdır. Düşünərək hərəkət edir, emosiyalarını çox yaxşı göstərmir və Məmati Başın ölümündən sonra Polad Ələmdarın sağ əli olur. Polad Ələmdarın sirri bildiyi üçün öldürüldüyünü düşünür və bu səbəbdən böyük bir depressiyaya girir. Ancaq Polad Ələmdar ölməmişdir.
Yeni ağsaçlı olan Polad Ələmdar Əbdülheyi naib təyin edir və bir müddət sonra qarşısına çıxır. Əbdülhey yaşadığını gizlədən Polada əsəbiləşir və təkliflərini qəbul etmir. Daha sonra barışıb komandaya qayıdır. əbdülhey "Ağsaqqallar" və "KGT"dəki bütün vəzifələrini atıb özünə yeni həyat qurmaq istəyir. Dövlət işlərindən uzaqlaşdıqdan sonra Əbdülhey Qayə ilə evlənir. Amma sonradan etdiyinə peşman olub yenidən Poladın yanına qayıdır.
Ölümü
229-cu bölümdə Mr. Keynin ofisə qoyduğu bombanı görəndə bombanı əlinə alıb uzaqlaşdırmağa çalışır. Lakin o sırada Mr. Keyn bombanı partladır və Əbdülhey ölür.[2] 234-cü bölümdə Akif, Mr. Keynin xəstəxana otağına gəlir və otaqdakı oksigen borusunu partladır. Beləliklə, o, Əbdülheyin qisasını alır.
İstinadlar
- "Kurtlar Vadisi eski kanalına döndü!". turkiyegazetesi.com.tr (türk). 14 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2020.
- "Kurtlar Vadisi'nden Abdülhey de ayrıldı". milliyet.com.tr (türk). 8 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2020.