Əbdül Xalıqov

Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974).

Əbdül Xalıqov
Əbdül Süleyman oğlu Xalıqov
Doğum tarixi
Doğum yeri Rusiya imperiyası, Amur vilayəti, Blaqoveşensk
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı şəhəri
Dəfn yeri Fəxri Xiyaban
Təhsili
Fəaliyyəti hərbi lider[d]
Partiyası
Mükafatları "Lenin" ordeni

Həyatı

Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir.

1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir.

1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir.

1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.

1985-ci ildə təqaüdə çıxmış və ittifaq əhəmiyyətli fərdi pensiyaçı olmuş, xidmət etdiyi dövrdə Lelin ordeni və 2 Qızıl Ulduz medalı ilə təltif edilmişdir. Bununla yanaşı, SSRİ DTK-nın "fəxri əməkdaşı" (1964) və Azərbaycan SSR-in "əməkdar hüquqşünası" (1980) fəxri adları verilmişdir.

Əbdül Xalıqov 1996-cı ilin iyul ayının 30-da Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.