Əbdül Hüseynov

Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; d. 27 oktyabr 1925, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 14 may 2017, Moskva, Rusiya) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim.

Əbdül Hüseynov
Doğum tarixi 27 oktyabr 1925(1925-10-27)
Doğum yeri
Vəfat tarixi 14 may 2017(2017-05-14) (91 yaşında)
Vəfat yeri

Həyatı

Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır.

2017-ci ilin may ayında vəfat etmişdir[1].

Yaradıcılığı

Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir[2].

Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur[2].

14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib.[2].

Tarixi roman və povestləri

  • "Səlahəddin"
  • "Mustafa xanın xəzinəsi"
  • "Əkinçi taxtda"
  • Əfzələddin Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar"
  • "Abşerondan Ontarioyadək"
  • "Arzamaslı qız"
  • "Biz əslən Bakıdanıq"[2]

Monoqrafiyaları

  • "Yılmaz Günel"
  • "Mövsün Ərtoğrul"
  • Türk kinosu"[2]

İctimai fəaliyyəti

Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan KonqresiAzərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub[2].

Barəsində

Moskvada və Bakıda çapdan çıxmış "XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı" kitabında Əbdül Hüseynov haqqında da məqalə verilmişdir[2].

İstinadlar

  1. Əbdül Hüseynov vəfat etdi Arxivləşdirilib 2017-06-19 at the Wayback Machine. qafqazinfo.az, 15.05.2017  (az.)
  2. Tanınmış azərbaycanlı yazıçı-alim vəfat etdi Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine. lent.az, 15.05.2017  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.